985) Bioloji antiseptikaya hansı aiddir?
A) Drenajların qoyulması
B) Sulfanilamidlərdən istifadə
C) Zərdabların vurulması
D) Hidrogen-peroksiddən istifadə
E) Yaraların I-li cərrahi işlənməsi
Zərdablar canlı orqanizmdən alındığına görə onlardan istifadə bioloji antiseptikaya aiddir.
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
986) Fiziki antiseptikaya hansı aiddir?
A) Zərdablardan vurulması
B) Yaraların drenajlanması
C) Yaraların spirtlə işlənməsi
D) Furasillindən istifadə
E) Antibiotiklərin vurulması
Yaraların drenajlanması fiziki antiseptikaya aiddir. Drenajlar vasitəsilə yara möhtəviyyatı xaric edilir.
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
Dostları ilə paylaş: |