405) Doğuş vaxtı dölün hipoksiyasına nə səbəb ola bilər?
A) Ölü döl
B) Özbaşına düşüklər
C) Dölün düzgün olmayan vəziyyəti
D) Sidik kisəsinin dolu olması
E) Uşaqlığın atoniyası
Dölün düzgün olmayan vəziyyıtində döğuş aparılarsa əvvəlcədən dölun hipoksiyasına qarşı profilaktik tədbirlər görulməli və keysəriyyə kəsiyi əməliyyatı aparılmalıdır.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 50
406) Doğuş vaxtı yenidoğulmuşun asfiksiyasına səbəb olan hal hansıdır?
A) Ciftin vaxtından əvvəl ayrılması
B) Pis iyli dölyanı mayenin olması
C) Sadalananların hamısı
D) Sürətli doğuş
E) Dölyanı mayedə mekoniumun olması
Asfiksiya-yenidoğulmuşda doğuşdan dərhal sonra tənəffus aktının olmamasıdır . Sadalananların hamısı yenidoğulmuşun asfiksiyasına səbb ola bilər
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 50
407) Həkim olmayan halda mama asfiksiyada doğulmuş uşağı canlandirmaq üçün nəyi bilməlidir?
A) Hamısını
B) Nəfəs yollarını açmalı (təmizləməli)
C) Taktil (toxunma) qıcıqlandırma
D) Körpəni soyuqdan qorumalı
E) İlk yardımı ləngitməməli
Asfiksiya-yenidoğulmuşda doğuşdan dərhal sonra tənəffus aktının olmamasıdır .Mama asfiksiyada doğulmuş uşağı canlandırmaq üçün cəld göstərməli, yenidoğulmuşa ilk yardım göstərməyi bacarmalıdır.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 58
Dostları ilə paylaş: |