Mama ixtisası üzrə nümunəvi test sualları
Bölmə 1. Mamalıq
1) Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?
A) Vəziyyət
B) Gələcək hissənin kiçik çanaq girəcəyinə olan münasibəti
C) Gələcək hissə
D) Uşaqlıq dibinin hündürlüyü
E) Mövqe
Hər iki əlin ovucları uşaqlıq dibində yerləşdirilir və ehtiyatla uşaqlıq dibinin hündürdə durma səviyyəsi təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 7n6,Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
2) Xarici mamalıq müayinəsinin II üsulu ilə nə təyin edilir?
A) Gələcək hissənin kiçik çanaq müstəvilərinə olan münasibəti
B) Gələcək hissə
C) Dölün çəkisi
D) Vəziyyət, mövqe
E) Gələcək hissənin kiçik çanaq girəcəyinə olan münasibəti
Əllər uşaqlığın yan tərəflərində yerləşdirilir, dölün kürəyi, xırda hissələri təyin edilir. Dölün kürəyinin harada yerləşməsindən asılı olaraq vəziyyət və mövqe təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 76Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
Dostları ilə paylaş: |