18) Kiçik çanaq çıxacağının düz ölçüsü neçə sm-ə bərabərdir?
A) 10 sm
B) 12,5 – 13 sm
C) 9,5 – (11,5) sm
D) 11 sm
E) 12 sm
Bu ölçü büzdümün zirvəsindən qasıq simfizinin aşağı kənarına qədər olan məsafədir, bu sm-lə və ya çanaqölçənlə təyin edilir. Doğuş vaxtı büzdüm geriyə açıldığı üçün çıxacağın düz ölçüsü 1,5-2 sm böyüyür. 9,5 – (11,5) sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 28
19) Kiçik çanaq boşluğunun enli hissəsinin köndələn ölçüsü neçə sm-dir?
A) 12 sm
B) 10,5 sm
C) 11 sm
D) 12,5 sm
E) 13 sm
Sirkə kasalarının zirvələri arasında olan məsafədir. 12,5 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 28
20) Kiçik çanaq çıxacağının köndələn ölçüsü neçədir?
A) 10,5 sm
B) 11,5 sm
C) 12,5 sm
D) 12 sm
E) 11 sm
Oturaq qabarlarının( ic səthləri) arasında olan məsafədir. 11 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 28
Dostları ilə paylaş: |