635) Şiller sınağı aparmaq üçün mama aşağıdakılardan hansını hazırlamalıdır?
A) Xloramin
B) Vazelin
C) Pereks məhlulu
D) Lyuqol məhlulu
E) Veroqrafin
Şiller sınağı aparmaq üçün lyuqol məhlulundan istifadə edilir.
Ədəbiyyat: B.И.Дуда.«Гинекология», 2002. В.А.Загребина, А.М.Торчинов,«Гинекология»,1991 səh126
636) Mastopatiya nə deməkdir?
A) Süd vəzisinin hormonal xəstəliyidir
B) Süd vəzisinindoğuşdan sonrakı iltihabıdır
C) Süd vəzisinin bəd xassəli şişidir
D) Süd vəzisinin çıxarılması əməliyyatıdır
E) Süd vəzisinin xoş xassəli şişidir
Uşaq doğma dövrundə qadının süd vəzilərinin toxuması aybaş vaxtı və hamiləlik zamanı dəyişikliyə uğrayır .Süd vəzilərinin dishormonal xəstəlikləri
hipotalamus-hipofiz-yumurtalıqda baş verən dəyişiklikdən asılıdır Məs: mastopatiya
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М.Торчинов,«Гинекология»,1991 səh95
Dostları ilə paylaş: |