691) Tənəffüsün dayanması necə adlanır?
A) Kuss - Mayl tənəffüsü
B) Taxikardiya
C) Apnoe
D) Bradipnoe
E) Çeyn-Stoks tənəffüsü
Apnoe tənəffüsün dayanması deməkdir. Ən çox yarımçıq doğulmuşlarda və ağır asfiksiyalar zamanı təsadüf edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007. Səh 146.
692) Apqar şkalasına görə uşağın vəziyyəti..... balla qiymətləndirildikdə uşaq döşə qoyulur.Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
A) 2-3
B) 4-5
C) 5-6
D) 8-10
E) 1-3
Yeni doğulmuşların vəziyyəti Apqar şkalasına görə 8-10 bal sağlam uşaq sayılır. Belə uşağı döşlə əmizdirmək əks göstəriş deyil.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007Səh 147.
Dostları ilə paylaş: |