944) Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olmalıdır?
A) Sol böyrü üstə və ayaqlar qarına yığılmış vəziyyətdə
B) Diz-dirsək vəziyyətində
C) Arxası üstə
D) Qarın üstə
E) Sağ böyrü üstə
Düz bağırsaq sol qalça çuxuru nahiyyəsində yerləşdiyi üçün mayenin daha asan bağırsağa qovulması məqsədilə xəstə sol böyrü üstə sol ətraf qarına yığılmış vəziyyətdə olmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.41
945) Köçürülən qan hansı dərəcəyə qədər qızdırılmalıdır?
A) 33-35o C
B) 37-38 o C
C) 38-40 o C
D) 42-44 o C
E) 40-41 o C
Bədən temperaturuna uyğun olması üçün köçürülən qan 37-38 o C -yə qədər qızdırılmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 315
946) Buz qovuğu əməliyyat sahəsində nə qədər saxlanmalıdır?
A) 15 dəqiqə
B) Buz əriyənə qədər
C) 1 saat
D) 30 dəqiqə
E) 45 dəqiqə
Buz əriyənə qədər buz qovuğu əməliyyat sahəsində saxlanılır. Buzun əriməsi isə temperaturdan asılı olaraq müxtəlif ola bilər.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 287
Dostları ilə paylaş: |