489) Opsomenoreya nədir?
A) Aybaşı günlərinin sayının 2 gün və daha çox artması
B) Nadir baş verən aybaşılar
C) Aybaşı vaxtı ayrılan qanın miqdarının azalması
D) Aybaşı günlərinin sayının 1- 2 günə kimi azalması
E) Aybaşı vaxtı ayrılan qanın miqdarının çoxalması
Kliniki gedişinə görə aybaşı funksiyasının pozulmalarından biri aybaşının gec-gec (nadir) olmasıdır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
490) Hipomenstrual sindroma hansılar aiddir?
A) Menorragiya, polimenoreya, hipomenoreya
B) Alqodismenoreya, oliqomenoreya, polimenoreya
C) Hipomenoreya, oliqomenoreya, opsomenoreya
D) Polimenoreya, opsomenoreya, proyomenoreya
E) Hipomenoreya, oliqomenoreya, proyomenoreya
Kliniki gedişinə görə aybaşı zamanı itirilən qanın miqdarının az, müddətinin qısa və nadir olması sindromu ilə müşahidə edilir. (hipo,oliqo,opso menoreya)
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
Dostları ilə paylaş: |