505) Nekrospermiya nədir?
A) Eyakulyatda hərəkətli spermatozoidlərin olmaması
B) Eyakulyatda spermatozoidlərin sayının az olması
C) Eyakulyatın olmaması
D) Eyakulyatda yetkin spermatozoidlərin olmaması
E) Eyakulyatda spermatozoidlərin olmaması
Kişi sonsuzluğunun əsas səbəblərindən biri hərəkətli spermatozoidlərin olmamasıdır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146
506) Aşağıdakı təriflərdən hansı kistaya uyğun gəlir?
A) Ətraf toxumaların dağılmasına gətirir
B) Mayenin ləngiməsi nəticəsində əmələ gələn boşluq
C) Ölçüləri siklik olaraq böyüyür
D) Keyfiyyətcə dəyişmiş hüceyrələrdən əmələ gəlir
E) Toxumaların patoloji böyüməsi
Patoloji proses nəticəsində sekresiya məhsulunun artıq hissəsi boşluqlara dolur və buna cinsiyyət sisteminin müxtəlif nahiyyələrində rast gəlinir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 153
Dostları ilə paylaş: |