514) Endometriozlu xəstələrin əsas şikayəti nədir?
A) Oliqomenoreya, opsomenoreya
B) İrinli ifrazat
C) Aybaşının gecikməsi
D) Ağrı, qanaxma (aybaşıdan əvvəl və sonra)
E) Qaşınma, göynəmə
Uşaqlığın endometriyasının heterotopiyası ilə əlaqədar olaraq genital və ekstragenital lokalizasiyalı olub, uşaqlığın selikli qişasının funksiyasını xatırlatdığı üçün qadında aybaşıdan əvvəl və sonra qanlı ifrazat qeyd olunur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 157
515) Yumurtalığın apopleksiyası üçün hansı simptom xarakterik deyil?
A) Xarici qanaxma
B) Palpasiya vaxtı qarının ağrılı olması
C) Şötkin – Blyumberq əlamətinin “+” olması
D) Qəflətən əmələ gələn güclü ağrı
E) Soyuq tərin olması
Yetişmiş follikul ovulyasiyaya uğradığı vaxt yumurtalıq toxuması cırıldıqda bəzən qasıq nahiyəsində qəfildən kəskin ağrı qeyd olunur və daxili qanaxma baş verir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 222
Dostları ilə paylaş: |