898) Zimnitski sınağı üçün xəstəyə neçə qab verilir?
A) 5
B) 6
C) 4
D) 7
E) 8
Zimnitski üsulu ilə böyrəklərin funksiyasını öyrəndikdə xəstə adi pəhrizdə olur və o, sutka ərzində hər 3 saatdan bir çıxan sidiyi ayrıca qaba yığır. 8 qabdakı sidiyin hərəsinin miqdarını və xüsusi çəkisini ayrıca təyin edirlər.
Ədəbiyyat: Ədəbiyyat Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991
899) Drenaj və tamponları kim dəyişməlidir?
A) Palata tibb bacısı
B) Mama
C) Həkim
D) Baş tibb bacısı
E) Tibb bacısı
Drenajlar və tamponların işlədilməsi sırf həkim manipulyasiyası olduğu üçün, onların dəyişdirilməsi həkim tərəfindən yerinə yetirilməlidir.
Ədəbiyyat: Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 324) N.P.Paleyev Bakı-1991
Dostları ilə paylaş: |