955) Aseptika nədir?
A) Alətlərin sterilizasiyası
B) Mikrobların yaraya düşməsinin qarşısını alan profilaktik tədbirlərdir
C) Patogen mikrobların məhvi deməkdir
D) Alətlərin dezoinfeksiyası
E) Yaradakı mikrobların məhv olunması tədbirləri kompleksi
Mikroblar yaraya ekzogen və endogen yolla düşür. Mikrobların yaraya düşməsinin qarşısını almaq üçün yaraya toxunacaq bütün əşyalar sterilizasiya olunur aseptik şərait yaradılır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241
956) Əməliyyatda iştirak edən tibbi heyət hansı geyimdə olmalıdır?
A) Fərqi yoxdur
B) Steril xalat, kalpak, maska və baxildə
C) Xüsusi geyimdə
D) Təmiz xalatda
E) Steril xalatda
Əməliyyatda iştirak edən tibbi heyət steril xalat, kalpak , maska və baxildə olmalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
957) Biksin universal yığımı necə olmalıdır?
A) Sarğı otağına lazım olan bütün materiallar bir biksə yığılır
B) Bir əməliyyatda lazım olan ancaq sarğı materialları bir biksə yığılır
C) Bir əməliyyat üçün lazımolan satğı materiallrı,əməliyyat ağları və əməliyyatın iştirakçılarının paltarları bir biksə yığılır
D) Bir neçə əməliyyata lazım olan sarğı materialları, əməliyyat ağları və iştirakçıların paltarları bir biksə yığılır
E) Əməliyyat ağları və iştirakçıların paltarları bir biksə yığılır
Bir əməliyyat üçün lazımolan satğı materiallrı,əməliyyat ağları və əməliyyatın iştirakçılarının paltarları bir biksə yığılır
Ədəbiyyat: М.С.Брукман «Руководство к практическим занятиям по хирургии». М:Медицина 1983. Səh. 32
Dostları ilə paylaş: |