508) Hansı preparat hiperprolaktinemiya zamanı istifadə olunur?
A) Norkolut
B) Klomifen sitrat
C) Parlodel (bromkriptin)
D) Deksametazon
E) Hidrokortizon
Prolaktinin ifrazının çoxalması zamanı hipotalamus-hipofiz-yumurtalıqlar sistemində tənzimləmə pozulur. Bu müvazinəti tənzimləmək üçün parlodeldan istifadə edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 245; E.Ф.Кира ,В.В.Корхов «Практический справочник акушера-гинеколога»1995 səh 24
509) Hansı xəstəlik virus mənşəlidir?
A) Ureaplazmoz
B) Kandidoz
C) Genital herpes
D) Xlamidioz
E) Trixomonioz
Genital herpes virus mənşəlidir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
510) Hansı xəstəlik virus mənşəli deyil?
A) QİÇS
B) Papillomavirus infeksiyası
C) Ureaplazmoz
D) Herpes
E) Sitomeqalovirus infeksiyası
Ureaplazmoz virus mənşəli deyil.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
Dostları ilə paylaş: |