525) Adneksit hansı üzvün iltihabı adlanır?
A) Xarici endometrioz
B) Uşaqlığın selikli qişasının iltihabı
C) Daxili endometrioz
D) Artımların iltihabı
E) Yumurtalığın parenximasına qansızma
Orqanizmin müqavimətinin aşağı düşməsi və infeksiyanın virulentliyinin artmasından asılı olaraq iltihabi proses boru və yumurtalığa yayılır. Abortlar, hidrotubasiya, pertubasiya, histerosalpinqoqrafiya, uşaqlığın selikli qişasının qaşınması buna səbəb ola bilər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 104
526) Adenomioz nəyə deyilir?
A) Yumurtalıq parenximasına qansızma
B) Endometriozun borularda lokalizasiyası
C) Artımların iltihabı
D) Endometriozun ekstragenital lokalizasiyası
E) Endometriozun uşaqlığın əzələ qatında lokalizasiyası
Endometriyanın heterotopiyası zamanı uşaqlıq boşluğundan kənarda selikli qişanın quruluş və funksiyasını xatırladan hal baş verir. Lokalizasiyasına görə genital və ekstragenital endometrioz ayırd edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 157
Dostları ilə paylaş: |