550) Palcıq müalicəsinə əks göstəriş nədir?
A) Yumurtalıqların iltihab mənşəli hipofunksiyası
B) Xroniki salpinqooforit
C) Sonsuzluq
D) Fiksə olunmuş əyri uşaqlıq
E) Zahılıq dövrü
Doğuşdan sonrakı dövrdə qadının orqanizmi hələ çox zəif olur. Cinsiyyət üzvlərinin öz əvvəlki vəziyyətinə qayıtması halı baş verir. Ona görə də bəzi yerli müalicə zahılıq dövründə əks göstəriş sayılır. Çünki qadının digər üzvlərinə mənfi təsir göstərir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 278
551) Kurort müalicəsinə əks göstəriş hansıdır?
A) Cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri
B) Yumurtalıqların funksiyasının zəifliyi
C) Alqodismenoreya
D) Qan azlığı
E) Uşaqlıq qanaxmasına meyillilik
Bəzi aybaşı siklinin pozğunluqlarında, klimaks dövründə menorragiya, metrorragiya ola bilər. Ona görə də lazım gəldikdə uşaqlıq boşluğunun selikli qişası qaşınır və hormonoterapiya, vitaminoterapiya, uşaqlığı yığan preparatlar, qankəsici, anemiya əleyhinə dərmanlar təyin edilir. Kurort müalicəsi əks göstərişdir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 276
Dostları ilə paylaş: |