673) Yenidoğulmuşlarda tranzitor hipertermiyanın səbəbi hansıdır?
A) Yenidoğulmuşların asfiksiyası
B) Hormonal kriz
C) Fizioloji sarılıq
D) İstilik mərkəzinin tam inkişaf etməməsi
E) Yenidoğulmuşların dəri xəstəlikləri
Yeni doğulmuşlarda mərkəzi sinir sisteminin də digər üzvlər kimi funksional cəhətdə hələ tam inkişaf etməməsi, istilik əmələ gəlməsi ilə istilik vermə arasında müvazinət olmaması nəticəsində tranzistor hipertermiya baş verir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72.
674) Yenidoğulmuşlarda ilkin çəkinin itməsinin səbəbi nədir?
A) Fizioloji mastit
B) Virus infeksiyası
C) Pis qulluq
D) Maye itkisi və süd azlığı
E) Fizioloji sarılıq
Yeni doğulmuş uşaqda ilkin çəkinin itməsi baş verir.Bu çəki itkisi 200- 300 qrama qədər olur. Bunun səbəbi ilkin olaraq maye itkisi (çox sidik ifrazı) və ana südünün ilk günlər az ifraz olunması, eyni zamanda uşağın zəif əmməsidir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 35.
Dostları ilə paylaş: |