667) BCJ vaksinasiyasından sonra immunitet nə vaxt yaranır?
A) 3 həftəyə
B) 10 həftəyə
C) 6 aya
D) 8 həftəyə
E) 4 aya
BCJ vaksini yeni doğulmuşlara doğulduqdan sonrakı 3-5-ci gün vurulur. Məqsəd vərəmlə yoluxmanın qarşısını almaqdır. İmmunitet 8 həftəyə yaranır .
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 50.
668) Qarışıq qidalanma nə vaxt tətbiq edilir?
A) Yarımçıq doğulmuşlarda
B) Təbii qidalanmada
C) İlin isti fəslində
D) Ana südü çatmadıqda
E) Süni qidalanmada
Qarışıq qidalanma uşağı doyuzdurma üçün tətbiq edilir. Qarışıq qidalanmaya keçməyə səbəb ana südünün çatmamasıdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 145.
Dostları ilə paylaş: |