693) Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər neçə qramitirə bilər?
A) 150-300 qr
B) 1000 qr
C) 100 qr
D) 500 qr
E) 200 qr
Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər 150-300 qram itirə bilər ki, bu da onun zəif qidalanmasına, ana südünün az olması və sidiklə maye itirməsi nəticəsində baş verir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 46.
694) Aşağıda sadalanan vaksinlərdən hansı cansız vaksinlərə aiddir?
A) Vərəm əleyhinə vaksin (BSJ)
B) Poliomielitə qarşı oral vaksin (OPV)
C) Difteriya, göyöskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT)
D) Qızılcaya qarşı olan vaksin
E) Hepatit B-yə qarşı vaksin (EUVAX)
Vaksinlər 2 qrupa bölünür. : Canlı və cansız. Difteriya, göy öskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT) cansız vaksindir.Vaksinasiya 2-3-4 aylıqda aparılır revaksinasiya isə 18-aylıqda aparılır.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)səh 5
Dostları ilə paylaş: |