32
toplama əməlindən istifadə olunur, başqa sözlə bu əməllər
hesablama zamanı toplama əməli ilə əvəz edilir.
Ikilik sistemdə çıxma əməlinin yerinə yetirilməsi üçün çıxan
üzərində çevirmələr aparılır və sonra alınmış nəticə ilə çıxılan
toplanır. Belə ki, çıxanın düz kodu əsasında onun tamamlayıcı
kodu tapılır.
Hər hansı ədədin düz kodu elə həmin ədədin özüdür.
Verilmiş ədədin əks kodunu almaq üçün bu ədəddə olan
vahidləri sıfırlarla və sıfırları isə vahidlərlə əvəz etmək lazımdır.
Məsələn, 10101
2
ədədinin əks kodu 01010
2
şəklindədir.
Verilmiş ədədin tamamlayıcı kodunu almaq üçün əks
kodun sağdan birinci mərtəbəsinin üzərinə 1 əlavə etmək lazımdır.
Ədədin tamamlayıcı kodu çixma əməlini toplama əməli ilə
əvəz etməyə imkan verir. Bunu nümayiş etdirmək üçün onluq say
sistemində nümunəyə baxaq.
Onluq say sistemində ədədin tamamlayıcısı həmin ədədin
mərtəbəsinin 1 vahid artırılması üçün (mərtəbələrin sayı daha artıq
ola bilər) tələb olunan ədədə deyilir. Məsələn, 547 ədədinin
tamamlayıcısı onu 1000 ədədinə tamamlayan 453 ədədidir, yəni
1000-547=453.
Misal. 634 ədədindən 135 ədədinin çıxılmasını toplama ilə
əvəz edin.
Adi halda:
634-135=499.
Toplama əməli ilə həmin nəticəni almaq üçün əvvəlcə 135
ədədinin tamamlayıcısını (onu 4 mərtəbəli ədədə tamamlayan
ədədi) tapılır: 865. Sonra 634 ədədi ilə 865 ədədi toplanılır:
634+865=1499.
Çıxılan və çıxan 3 mərtəbəli olduğundan nəticədə (1499)
dördüncü mərtəbədə duran ədəd (1) artıq olduğu üçün atılır və fərq
alınır: 499.
Düz kod Əks kod Tamamlayıcı kod
10101
2
01010
2
01011
2
33
Kompüterlərdə çıxma əməlinin toplama əməli ilə əvəz
olunması da təxminən belə prinsipə əsaslanır. Yəni ədədlərin
çıxılması mənfi ədədlərin toplanmasına gətirilir. Qeyd olunduğu
kimi, mənfi ədədin tamamlayıcı kodunu tapmaq üçün isə həmin
ədədin əks kodunun üzərinə 1 gəlmək lazımdır. Kompüterdə
mənfi ədədlər onların tamamlayıcı kodları şəklində saxlanılır.
Məsələn, -47 ədədi kompüterdə 11010001
2
şəklində təsvir olunur.
-47
10
=>
00101111
2
düz
=>[11010000
2
]
əks
=>
11010001
2
tam.
.
Aşağıda ikilik say sistemində iki tam ədədin toplanmasına
və çıxılmasına dair müxtəlif misallar nümunə kimi verilir.
Misal. Toplananların hər ikisi müsbətdir: 27+18.
Onluq say sistemində
Ikilik say sistemində
Dostları ilə paylaş: