2.4. Digər say sistemləri
Qeyd olunduğu kimi, ikilik və onluq say sistemlərindən
əlavə səkkizlik və onaltılıq say sistemlərindən də istifadə olunur.
Səkkizlik və onaltılıq say sistemləri ikilik say sisteminə oxşardır
və bu sistemlərin birindən digərinə keçid daha asandır. Çünki 8 və
16 ədədləri 2-nin qüvvətləridir, yəni 8=2
3
, 16=2
4
.
Səkkizlik say sistemində ədədlərin ifadə olunması üçün 8
rəqəmdən (0-dan 7-yə qədər), onaltılıq say sistemində isə 16
işarədən, o cümlədən 10 rəqəmdən (0-dan 9-a qədər) və ingilis
əlifbasının 6 böyük hərfindən (A, B, C, D, E, F) istifadə olunur.
2.2 saylı cədvəldə 0-dan 20-dək olan onluq ədədlərin
səkkizlik və onaltılıq sistemlərdə ekvivalentləri göstərilmişdir.
Ikilik say sistemindən səkkizlik və onaltılıq say sisteminə və
ya əksinə keçmək olar.
Dostları ilə paylaş: |