II fəsil.
SAY SISTEMLƏRI
2.1. Ikilik say sistemi
Onluq say sistemində 10 rəqəm olduğu kimi ikilik say
sistemində də iki rəqəmdən – 0 və 1 rəqəmlərindən istifadə olunur
və bütün ədədlər onların ardıcıllığı şəklində ifadə olunur. Məsələn,
10001, 1000010, 100101.
Ikilik ədədlərin yazılışını onluq ədədlərin yazılışından
fərqləndirmək üçün adətən onların sonunda aşağıda indeks
qismində 2 yazılır. Əgər ədədin indeksində 2 göstərilməyibsə,
onun onluq say sisteminə aid olduğu hesab edilir Məsələn, 11010
ikilik ədədini həmin rəqəmlərdən ibarət onluq ədəddən
fərqləndirmək üçün onu 110102 şəklində yazırlar.
Mövqeli say sistemlərindən məlum olan ədədlərin təsviri
qaydasına əsasən p=2 (say sisteminin əsası) qəbul olunursa, onda
ikilik tam ədədi aşağıdakı kimi təsvir etmək olar:
D=d
n-1
2
n-1
+ d
n-2
2
n-2
+ +d
1
2
1
+ d
0
2
0
.
Burada d
i
– ikilik tam ədəddə sağ tərəfdən sayca i+1-ci
yerdə duran rəqəmidir. Məsələn, 11010
2
ədədində (ədədin
indeksində onun əsası göstərilib) mərtəbələrin sayı 5-ə bərabərdir,
yəni n=5. Yuxarıda baxılan qaydaya əsasən:
11010
2
=>1
2
4
+1
2
3
+0
2
2
+1
2
1
+0
2
0
Bu qayda ikilik ədədlərin onluq say sisteminə çevrilməsi,
yəni bu ədədlərin onluq say sistemində hansı ədədə bərabər
olduğunun müəyyən edilməsi üçün istifadə oluna bilər.
Qeyd olunmalıdır ki, onluq say sistemində hər bir
mərtəbənin qiyməti özündən əvvəlkindən 10 dəfə böyükdür. Ikilik
sistemdə isə hər mərtəbə özündən sağdakı mərtəbədən 2 dəfə
böyük olur.
22
Ümumiyyətlə, ikilik say sisteminin yaranmasını və tətbiqini
təkcə kompüter texnikası ilə bağlamaq düz olmazdı. Ikilik say
sisteminin meydana gəlməsi və inkişafı riyaziyyat tarixinin
maraqlı səhifələrindəndır. Ikilik say sistemində hesab əməllərinin
yerinə yetirilmə qaydaları ilk dəfə Leybnis tərəfindən verilmişdir.
Lakin ikilik say sistemi XX əsrin 30-cu illərinə qədər yalnız
nəzəri məsələlərin həllində istifadə olunurdu. Sadə quruluşlu və
etibarlı mexaniki hesablama maşınına tələbat ikilik say sisteminin
əməli tətbiqi üçün təkan oldu. Bu say sistemi ilə işləyən ilk
mexaniki hesablama maşınları Fransa və Almaniyada yaranmışdır.
Dostları ilə paylaş: |