1.5. Müasir kompüterlərdə informasiyanın kodlarla
təsvir edilməsi
Qeyd olunduğu kimi, 1 bit vasitəsilə yalnız iki qiymət – 1 və
ya 0 qiymətləri kodlaşdırıla bilər. 2 bitlə dörd (0-dan 3-ə qədər -
00, 01, 10, 11), 3 bitlə səkkiz müxtəlif qiymət (0-dan 7-yə kimi)
kodlaşdırılır. Aydındır ki, kodlaşdırma üçün istifadə olunan
bitlərin sayı artdıqca, daha böyük həcmdə informasiyanın
kodlaşdırılması mümkün olur.
Ümumiyyətlə, müasir kompüterlərdə 256 simvol istifadə
edilir. Yuxarıda qeyd olunduğu kimi, bu 256 simvolun təsvir
olunması üçün maksimum 8 bit kifayət edir (əlavə 1). Onlardan
128 simvol standart, 128 simvol isə dəyişən olur. Standart hissəyə
idarəedici simvollar, rəqəmlər, hesab əməlləri, böyük və kiçik
ingilis hərfləri, durğu işarələri daxildir. Dəyişən hissədə isə milli
şriftlər (milli standartlar), mətnlərdə istifadə olunan müxtəlif
işarələr, psevdoqrafika və s. əksini tapır.
Bu simvollar toplusunu (cədvəlini) ASCII standartı
adlandırırlar. ASCII standartı kompüterlər üçün "əlifba" hesab
17
olunur. Burada kompüterdə istifadə olunan simvollar, onların
şəkilləri, kodları (nömrələri) müəyyən edilir. Qeyd olunmalıdır ki,
bu standart kompüterlərdə istifadə olunan standart deyil (bax:
növbəti paraqraf).
Əslində ASCII standartına daxil olan ilk 32 simvol (onların
kodu 0-dan 31-ə kimidir) istifadəçilər tərəfindən istifadə olunmur.
Onlar
idarəedici
simvollar
olduğundan
proqram-texniki
təminatının istehsalçıları tərəfindən kompüterlərin idarə edilməsi
üçün tətbiq edilir.
ASCII standartında istifadəçilər tərəfindən istifadə oluna
biləcək simvollar siyahısında ilk simvol – probeldir. Onun kodu
32-dir.
Cədvəldən görünür ki, növbəti 15 simvol (33dən 47-yə kimi
kodlara malik olan simvollar) xüsusi simvollar və durğu
işarələridir. 48-57 kodlara 0-9 rəqəmlərinə, 58-64 kodları riyazi
simvol və durğu işarələrinə, 91-96 və 123-127 kodları isə xüsusi
simvollara uygundur. 65-90 kodlarında A-dan Z-ə qədər ingilis
əlifbasının baş hərfləri, 97-122 kodlarında kiçik hərfləri göstərilir.
ASCII standartının ikinci hissəsinə 128-ci koddan
başlayaraq milli standartlar (milli əlifbanın böyük və kiçik
hərfləri, milli valyuta və digər işarələr) daxil edilir. Bundan əlavə,
sənədlərin hazırlanması zamanı istifadə olunan və proqramlarda
tətbiq edilən müxtəlif xüsusi simvollar da cədvəlin bu hissəsində
nəzərdə tutulur.
Dostları ilə paylaş: |