Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects


  Informasiyanın kodlaşdırılması və saxlanması



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə10/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   6   7   8   9   10   11   12   13   ...   61
Gasimov-informatika-darslik

1.3.  Informasiyanın kodlaşdırılması və saxlanması 

Informasiya  siqnallar  formasında  qəbul  olunur  və  ötürülür. 

Hər  növ  siqnalın  öz  qəbuledicisi  olmalıdır.  Məsələn,  qulaq  səs 

siqnallarını,  göz  işıq  siqnallarını  və  s.  qəbul edir.  Informasiyanın 

saxlanması  üçün  isə  onun  kodlaşdırılması  tələb  olunur.  Insan 

düşüncəsinin  və  fikirlərinin  mətnlər  şəklində  yazılmasını 

informasiyanın  xüsusi  siqnallarla  kodlaşdırılması  kimi  qəbul 

etmək  olar.  Informasiyanın  yazı  şəklində  saxlanması  üçün  qəbul 

edilmiş  siqnallar  hərflərdir.  Yazının  kodlaşdırılması  sisteminə 

əlifba  deyilir.  Əlifbalar  müxtəlif  olduğundan  eyni  bir 

informasiyanı  müxtəlif  sistemlərdə  (dillərdə)  kodlaşdırmaq 

mümkündür.  Bəzən  yazıların  kodlaşdırılıması  üçün  daha 

mürəkkəb  kodlaşdırma  sistemlərindən  –  heroqliflərdən  istifadə 

edirlər.  

Rəqəmsal  informasiyanın  elektron  qurğuların,  o  cümlədən 

kompüterlərin köməyi ilə saxlanması, emalı, qəbulu və ötürülməsi 

üçün  onlar  da  kodlaşdırılmalıdır.  Kompüterdə  məlumatlar  0  və  1 

rəqəmlərinin  ardıcıllığı  şəklində  ifadə  olunur,  yəni  rəqəmsal 

informasiyanın verilməsi (təqdim və təsvir olunması) üçün istifadə 

olunan  siqnallar  0  və  1  rəqəmləri  ilə  işarə  olunur.  Məsələn: 

qurğulardan  asılı  olaraq  impulsun,  işıq  selinin,    elektrik 

cərəyanının və s. olması 1, olmaması isə 0 rəqəmi ilə verilir.  

Kompüterdə  informasiya  ayrı-ayrı  simvolların  toplusu 

şəklində emal olunur. Informasiyanın verilməsi üçün tələb olunan 

bütün  simvollar  müəyyən  olunmuş  kodlarla  –  ədədlərlə  işarə 

olunur. Hər hansı söz kompüterə daxil edilərkən  və ya rabitə xətti 

ilə  ötürülərkən  o,  ayrı-ayrı  hərflərinin  (simvollarının)  kodlarına, 

yəni ədədlərə çevrilir və ədədlər şəklində saxlanılır və ya ötürülür. 




 

14 


Kompüter  texnikasında,  eləcə  də  digər  rəqəmli  texnologiyalarda 

audio,  video,  qrafika,  şəkil  və  s.  növ  məlumatlar  da  analoji 

qaydada  kodlaşdırılır,  emal  olunur  və  saxlanılır.  Bu  kodlar  da 

(ədədlər) iki rəqəmin – 0 və 1 rəqəmlərinin vasitəsilə ifadə olunur.  

Informasiyanın 0 və 1 rəqəmlərinin vasitəsilə ifadə olunması 

sistemi  ikilik  say  sistemi  adlanır.  Ikilik  say  sistemi  ingiliscə 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin