11
-
sənədləşdirilmiş informasiya (sənəd) – maddi daşıyıcıda
qeyd olunmuş və identikləşdirilməsi mümkün olan
rekvizitlərə malik informasiya;
- kütləvi informasiya – əldə olunması, istifadəsi, işlənməsi,
başqa şəxslərə verilməsi və ya ötürülməsi Azərbaycan
Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan,
ümumi istifadə üçün nəzərdə tutulmuş sənədləşdirilmiş
informasiya;
- konfidensial informasiya - əldə olunması, istifadəsi,
işlənməsi, başqa şəxslərə verilməsi və ya ötürülməsi
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq məhdudlaşdırılan sənədləşdirilmiş informasiya.
Aydındır ki, hər bir informasiyanın mənbəyi və istifadəçisi
vardır. Informasiya mənbədə və ya mənbə tərəfindən yaradılır,
mənbədə saxlanılır və ya istifadəçiyə, yəni bu informasiyaya
tələbatı olan subyektə ötürülür. Informasiyanın mənbədən
istifadəçiyə ötürülməsi prosesi rabitə və ya ünsiyyət vasitələri ilə
həyata keçirilir. Informasiyanın ənənəvi ötürmə üsul və vasitələri
ilə yanaşı, müasir üsul və vasitələrdən də geniş istifadə olunur.
Məsələn, informasiyanın ötürülməsinin ən səmərəli müasir
vasitələri kimi televiziyanı, radionu və Internet şəbəkəsini
göstərmək olar.
Müasir dövrdə informasiyanın saxlanması, emalı və
istifadəsi vasitələri kimi müasir informasiya texnologiyaları, o
cümlədən kompüter texnikası və digər elektron hesablama
qurğuları önəmli yer tutur. Bu məqsədlə informasiya sistemləri, o
cümlədən avtomatlaşdırılmış informasiya sistemləri yaradılır və
tətbiq olunur.
Dostları ilə paylaş: