I fəsil.
INFORMATIKA ELMI VƏ INFORMASIYA
NƏZƏRIYYƏSININ ƏSAS ANLAYIŞLARI
1.1. Informatikanın predmeti
Informatika
öz
başlanğıcını
kibernetika
elmindən
götürmüşdür. «Kibernetika» sözü elmdə ilk dəfə XIX əsrin II
yarısında fransız fiziki Andre Mari Amper tərəfindən işlənmişdir.
Amper, idarəetmənin incəliklərini öyrənən xüsüsi bir elmin
yaradılmasının zərurət olduğunu qeyd edirdi. O vaxtlar texniki
sistemlər zəif inkişaf etmişdi, hətta mövcud deyildi. Ona görə də
Amper idarəetmə dedikdə yalnız cəmiyyətin idarə edilməsini
nəzərdə tuturdu. Amper bu elmi kibernetika adlandırmışdı.
«Kibernetika» yunan sözüdür və mənası "mahir idarə edən"
deməkdir.
Amerika riyaziyyatçısı Norbert Viner 1948-ci ildə ilk dəfə
olaraq kibernetika elminə texniki sistemlərdə və canlı təbiətdə
idarəetmə haqqında elm kimi tərif vermişdi. Onun riyazi məntiq
sahəsindəki
elmi
işləri
hesablama
texnikasının
və
proqramlaşdırmanın elmi əsasını qoymuşdur. Kibernetikaya
verilmiş təriflər cəmiyyətdə mübahisələr doğurmuş və bu
səbəbdən bir neçə yerə bölünmüşdür.
Hazırda kibernetika elmi psixologiya və riyazi məntiq
arasındakı əlaqələrin öyrənilməsindən başlayaraq, süni intellekt
üsullarının yaradılmasınadək çoxistiqamətli elmi tədqiqatları
özündə birləşdirir.
Kibernetika elminin parçalanması nəticəsində yaranan
elmlərdən biri də informatikadır.
Dostları ilə paylaş: |