6
GIRIŞ
Müasir dövrdə insanların fəaliyyət sahələrindən asılı
olmadan kompüter texnikasının istifadəsinə tələbat mövcuddur.
Belə ki, kompüter texnikası ən mürəkkəb texnoloji sistemlərin
idarə olunmasından başlayaraq kargüzarlığa qədər müxtəlif
sahələrdə tətbiq olunur.
Bu gün informasiyanın toplanması, saxlanması, emalı və
ötürülməsi tələb olunan bütün fəaliyyət sahələrində kompütersiz
keçinmək mümkün deyil. Ona görə də başlıca obyekti
informasiya, əsas aləti isə kompüter olan informatika elminin ali
təhsil müəssisələrində öyrənilməsi böyük əhəmiyyət kəsb edir.
Bu dərs vəsaiti «Informatika və kompüter texnikası» fənni
çərçivəsində informatika elminin əsaslarının öyrənilməsinə həsr
olunmuşdur. Ümumiyyətlə, fənnin tədris proqramına uyğun
olaraq, bir neçə dərs vəsaitinin hazırlanması nəzərdə tutulmuşdur.
«Informatikanın əsasları» dərs vəsaiti onlardan birincisidir. Dərs
vəsaiti 4 fəsildən ibarətdir. Birinci fəsildə informatikanın ümumi
anlayışları, ikinci fəsildə isə say sistemləri öyrənilir. Müasir fərdi
kompüterlər, onların xarakteristikaları, quruluşu, aparat-texniki
təminatı üçüncü fəsildə, kompüterlərin proqram təminatı,
proqramların yaradılma mexanizmləri isə dördüncü fəsildə
verilmişdir.