Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə9/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   5   6   7   8   9   10   11   12   ...   61
Gasimov-informatika-darslik

Informasiya  sistemləri  –  informasiya  texnologiyalarının  və 

proseslərinin,  eləcə  də  sənədlərin  təşkilati  və  texniki  qaydada,  o 

cümlədən  kompüter  texnikasından  istifadə  etməklə,  nizamlanmış 

məcmusudur. 

Qeyd  olunduğu  kimi,  informatika  elmində  başlıca  məsələ 

hesablama  vasitələrinin  köməyilə  informasiyanın  qəbulu,  emalı, 




 

12 


saxlanması  və  ötürülməsidir.  Bu  baxımdan  informasiya  elmində 

informasiya iki yerə bölünür: analoq və rəqəmli  informasiya.  

Bu cür bölgünün aparılması informasiyanın təbiətindən irəli 

gəlir.  Belə  ki,  təbiətdə  və  həyatda  baş  verən,  insanın  vizual 

müşahidə (görmə) və qulaqasma orqanları tərəfindən qəbul edilən, 

eləcə  də  klassik  telefon,  televiziya  və  radio  vasitəsilə  ötürülən 

məlumatlar analoq informasiyadır.  

Hesablama  texnikasında,  o  cümlədən  kompüterlərdə, 

kompüter şəbəkələrində və müasir rabitə vasitələrində məlumatlar 

rəqəm informasiyası şəklində saxlanılır, emal olunur və ötürülür.  

Analoq informasiya ilə rəqəm informasiyası arasında əlaqəni 

göstərmək üçün aşağıdakı nümunəyə baxaq. Musiqi alətlərində ifa 

olunan  və  insanların  qulaqları  tərəfindən  qəbul  edilən  musiqi 

analoq  informasiyadır.  Lakin  bu  musiqi  əsərləri  notlara 

köçürüldükdən (kodlaşdırıldıqdan) sonra, notlar şəklində yazılmış 

musiqi  rəqəmli  informasiyası  xarakteri  alır.  Beləliklə,  analoq 

informasiya rəqəmli informasiyaya çevrilmiş olur. 

Analoji  olaraq,  mətn,  şəkil,  audio  və  video  məlumatlar  da 

kompüterə  daxil  edilərkən  kodlaşdırılır  və  siqnallara  çevrilir. 

Başqa sözlə, bu məlumatlar rəqəmli məlumatlara çevrilir.  

Göründüyü kimi, analoq informasiya kəsilməz olur, yəni bu 

informasiyada  hadisənin  bütün  məqamları  öz  əksini  tapır,  lakin 

rəqəmli  informasiya  baş  vermiş  hadisənin  reallığını  itirməmək 

şərti ilə onu ayrı-ayrı kadrlar, yəni siqnallar şəklində saxlayır. Bu 

baxımdan, rəqəmli informasiyaya diskret informasiya deyirlər. 

Analoq  informasiyanın  rəqəmli  informasiyaya  çevrilməsi 

prosesinə analoq-rəqəm çevrilməsi deyilir.  

Insanın  hissiyat  orqanları  yalnız  analoq  informasiyasını 

qəbul  və  emal  edə,  saxlaya  və  ötürə  bilir.  Qeyd  olunduğu  kimi, 

informasiyanın  qəbulu,  ötürülməsi  və  emalı  funksiyalarını  yerinə 

yetirən  bir  çox  texniki  qurğular  və  vasitələr  (məsələn:  televizor, 

radio, maqnitafon, telefon) analoq qurğularıdır.  

Rəqəmli  informasiya  ilə  işləyən  qurğulara  misal  olaraq 

kompüter  texnikasını,  lazer  kompakt  diskli  musiqi  mərkəzlərini, 




 

13 


rəqəm  tipli  rabitə  vasitələrini  misal  göstərmək  olar.  Belə  ki, 

qurğular yalnız rəqəmli informasiyanın qəbulu, emalı, saxlanması 

və ötürülməsi üçün nəzərdə tutulmuşdur.  


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin