60
4.2. Proqram təminatının yaradılması prinsipi
Kompüterlər üçün yeni proqramların işlənib hazırlanması
prosesi bir neçə mərhələdən ibarətdir. Proqramların tərtib
olunmasının böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, hər bir
mərhələni ayrı-ayrılıqda nəzərədən keçirək.
4.2.1. Məsələnin qoyuluşu
Işin məqsədinin dəqiq formallaşdırılmasını təmin etmək
üçün həll edilən məsələnin qoyuluşu, yəni tələbləri, şərtləri və
qarşıya qoyulan vəzifələri müəyyənləşdirilməlidir. Bu zaman
dəqiqləşdirilməlidir ki, ilkin verilənlər nədən ibarətdir, nəticə
olaraq nəyi tapmaq lazımdır, hansı hesabat formaları tələb olunur,
proqramın interfeysi necə olmalıdır (yəni istifadəçi ilə dialoq necə
həyata keçiriləcək) və s. Məsələnin düzgün qoyuluşu onun tələb
olunan səviyyədə həllinin təmin edilməsi üçün ən vacib şərtlərdən
biridir.
Dostları ilə paylaş: