4.5. Windows əməliyyat sistemi
IBM PC tipli kompüterlər üçün 80-ci illərin əvvəllərində
Microsoft firması tərəfindən yaradılmış MS DOS əməliyyat
sistemlərindən daha çox istifadə olunurdu. Əvvəlki paraqraflarda
qeyd olunduğu kimi, bu əməliyyat sistemləri bir çox müsbət
cəhətləri ilə yanaşı bir sıra çatışmazlıqlara da malik idi. Bu
çatışmazlıqlara istifadəçi ilə kompüter arasında inkişaf etmiş
dialoqun, müxtəlif proqramlar, qurğular və sistemlərlə işləmək
üçün intellektual interfeysin olmaması, adi istifadəçilər üçün bu
sistemdə əmrlər rejimində işləməyin çətin olması və s. aiddir.
Adətən bu qisim əməliyyat sistemi ilə işləməyi asanlaşdırmaq
məqsədilə örtük proqramları yaradılırdı. Örtük proqramlarına
nümunə kimi MS DOS üçün ilk belə proqramlardan olan Norton
Commander (NC) sistemini göstərmək olar. Bu sistem kompüter
istifadəçilərinin rəğbətini qazanaraq, geniş istifadə olunurdu. NC
proqramının köməyi ilə MS DOS əməliyyat sisteminin əsas
əmrlərini klaviaturadan daxil etmədən müəyyən düymələri
basmaqla yerinə yetirmək mümkün olurdu. Bir çox örtük və servis
proqramlarının meydana gəlməsinə baxmayaraq NC sistemi
kompüter istifadəçiləri tərəfindən indiyədək müvəffəqiyyətlə
istifadə olunur.
80-ci illərin ikinci yarısından başlayaraq Microsoft firması
qrafik
interfeysə
malik
Windows
əməliyyat sistemini
istifadəçilərin ixtiyarına vermişdir. Windows sistemi fərdi
kompüterlər üçün yeni növ proqramların meydana gəlməsinə
səbəb olmuşdur. Windows sisteminin asan başa düşülən, rahat
qrafik interfeysləri bir-birindən asılı olmayan ayrı-ayrı pəncərələr
şəklində reallaşdırılmışdır. Belə ki, Windows sistemi, onun əlavə
70
proqramları, utilitləri və digər proqram təminatları yükləndikdə
ekranda pəncərələr şəklində açılır. Pəncərələr Windows sisteminin
əsas müəyyənedici elementidir. Windows sisteminin adı da
pəncərə sözündən («windows» ingiliscə «pəncərə» deməkdir)
götürülmüşdür.
MS DOS sistemi ilə müqayisədə Windows sistemi aşağıdakı
əsas üstünlüklərə malikdir:
- Windows sistemi kompüterin işini bütövlükdə rahat idarə
etməyə imkan verir və sistemin işini səmərəli edir;
- Windows mühitində daha geniş funksional imkanlara və
intellektual istifadəçi interfeysinə malik proqram vasitələri
yaratmaq və onlardan istifadə etmək mümkündür;
- Windows sistemi kompüterin resurslarının proqram-texniki
vəsaitlər arasında optimal bölüşdürülməsini və daha yaxşı
idarə olunmasını, istifadəçilər tərəfindən kompüterdə olan
informasiya resurslarının, eyni zamanda bir neçə proqram
tərəfindən istifadəsini, proqram-texniki təminatın paralel işini
təmin edir.
Ümumiyyətlə, Windows sistemini xarakterizə edən əsas
xüsusiyyətlər kimi aşağıdakıları qeyd etmək olar:
- Windows – fərdi kompüterlər üçün nəzərdə tutulmuş bütöv,
qapalı işçi sistemidir. Windows sisteminin köməyi ilə
praktiki olaraq ondan əvvəl mövcud olan əməliyyat
sistemlərinin əsas əməliyyatlarını yerinə yetirmək olar.
- Windows qrafik interfeysə malik sistemdir. Istifadəçi
klaviaturanın köməyi ilə əmrləri mətn şəklində daxil etməyə
məcbur deyil. Siçanın və ya klaviaturada hərəkət etdirici
düymələrin köməyi ilə pəncərədən, menyüdən və ya paneldən
lazım olan əmri, proqramı, rejimi seçməklə yerinə yetirmək
mümkündür.
- Windows çoxməsələli sistemdir. Windows mühitində bir-
birindən asılı olmadan bir neçə məsələnin paralel
yüklənməsini və yerinə yetirilməsini təmin etmək olar.
71
- Windows proqramları arasında informasiya mübadiləsi
mümkündür. Belə ki, bir proqramdan digərinə keçmək,
verilənləri və hər hansı informasiyanı bir proqramdan
digərinə ötürmək, bəzi proqramları bağlamaq, digərlərini
yükləmək, eyni zamanda ekranda bir neçə proqramın dialoq
və ya nəticə pəncərələrini açmaq olar.
- Windows sisteminin proqramları xarici qurğulardan və
kompüterin texniki parametrlərindən asılı olmur. Bu
proqramların xarici qurğularla işi Windows sisteminin
xidməti proqramları – drayver və utilitləri vasitəsilə
nizamlanır və həyata keçirir. Bu o deməkdir ki, konkret xarici
qurğu ilə işləyərkən və ya kompüterin resurslarına müraciət
edərkən, onların paylanması, eyni zamanda digər proqramlar
tərəfindən istifadəsi və s. bu kimi məsələlərin həlli istifadəçi
proqramları tərəfindən deyil, Windows əməliyyat sistemi
tərəfindən yerinə yetirilir. Başqa sözlə, əgər Windows sistemi
hər hansı xarici qurğu və ya resursla işləyə bilirsə, onda
Windows mühitində işləyən proqramlar da həmin qurğu və
resurslardan istifadə etmək imkanına malik olurlar.
- Windows əməliyyat sisteminin daha böyük əməli yaddaşdan
istifadə etmək imkanı vardır. MS DOS əməliyyat sistemi
yalnız 1Mb-a qədər əməli yaddaşa müraciət edə bilir.
Windows sistemində isə belə məhdudiyyət yoxdur.
- Windows sistemi multimediya qurğuları ilə işləmək, audio-
video informasiyanı qəbul və emal etmək, eləcə də ötürmək
imkanlarına malikdir. Belə ki, Windows sistemində
mikrofondan, kompakt diskdən, MIDI-sintezatordan və s.
qurğulardan
audioinformasiyanı,
rəqəm
tipli
videokameradan,
TV-çeviricidən
və
s.
qurğulardan
videoinformasiyanı qəbul etmək, eləcə də onlar üzərində
müxtəlif əməliyyatları yerinə yetirmək olar.
Windows sistemi kompleksinə daxil olmayan və işləmək
üçün sonradan yaradılmış proqramlar Windows sisteminin
Dostları ilə paylaş: |