kompilyator.
Interpretatorlar proqramın mətnini sətirbəsətir (hər bir
operatoru ayrı-ayrılıqda) maşın dilinə çevirir və dərhal yerinə
yetirir. Bu zaman yerinə yetirilən proqram modulu (exe - fayl)
yaradılmır.
Kompilyatorlar proqramın mətnini bütövlükdə maşın dilinə
çevirdikdən sonra yerinə yetirir. Bu zaman proqramın mətni
əsasında yerinə yetirilmək üçün hazır olan «.exe» fayl yaradılır.
4.2.5. Proqramın sazlanması
Proqramın hazırlanma prosesində proqramın mətnində yol
verilən səhvlərin düzəldilməsi, eləcə də kompilyasiya olunduqdan
sonra və onun tədricən testləşdirliməsi zərurəti yaranır. Test-
ləşdirmə (yoxlama) zamanı müxtəlif vəziyyətlər üçün, məsələn
müxtəlif ilkin verilənləri istifadə etməklə proqramın düzgün
işləməsinin yoxlanması nəzərdə tutulur.
Bəzən elə olur ki, proqram çoxsaylı yoxlama testlərində
özünü doğruldur, lakin gözlənilmədən minlərlə haldan birində
proqramda səhv aşkar olunur. Ciddi proqram məhsulları istehsal
edən təşkilatlar proqramlarının daha dərindən yoxlanılmasını
təmin etmək məqsədilə yoxlama versiyalarını (beta versiyaları)
çoxlu sayda istifadəçilər arasında yayırlar. Bu istifadəçilər
tərəfindən aşkarlanmış səhvlərə əsasən proqramda düzəlişlər edilir
və sonda proqramın yekun versiyasını ərsəyə gətirmək mümkün
olur.
|