68
-
çox məsələli bir istifadəçi əməliyyat sistemləri – eyni
zamanda yalnız bir istifadəçi işləyə bilər, lakin o, eyni
zamanda bir neçə proqramı yükləyə bilər.
- çox məsələli çox istifadəçi əməliyyat sistemləri – bu
sistemlər eyni zamanda bir neçə istifadəçinin bir çox
proqramlarla işləməsinə imkan verir.
- şəbəkə imkanlarına malik əməliyyat sistemləri – onlar çox
məsələli və çox istifadəçi əməliyyat sistemləri olmaqla
yanaşı, həm də şəbəkə xidmətlərinin göstərilməsi, şəbəkə
vasitəsilə digər kompüterlərə və informasiya resurslarına
qoşulma, onların emalı, istifadəsi və s. imkanlara malik
olurlar.
Ən çox istifadə olunan və geniş yayılan əməliyyat sistemləri
aşağıdakılardır:
- EHM-in əməliyyat sistemləri (OS ES, IBM və s.) – bu
əməliyyat sistemləri bir neçə istifadəçinin terminallar
vasitəsilə eyni zamanda bir sıra proqramlarla işləməsinə
imkan verir, yəni onlar çox istifadəçi və çox məsələli
əməliyyat sistemləridir. Bu növ əməliyyat sistemlərindən
CM, OS, IBM tipli böyük hesablama maşınlarında (makro və
mini EHM) istifadə olunurdu.
- IBM/PC tipli fərdi kompüterlərin əməliyyat sistemləri -
CP/M, MSX, MS DOS, PC DOS, DR DOS və s. Onlar
birinci qrup əməliyyat sistemlərinə aiddirlər və əvvəlki nəsil
fərdi kompüterlər üçün nəzərdə tutulmuşdur.
- Windows
əməliyyat
sistemləri:
Windows
3.1/95/98/2000/NT/XP. Windows 3.1/95/98/2000/XP bir
istifadəçi və çoxməsələli əməliyyat sistemləridir, lakin
Windows 95/98/2000/XP sistemlərində şəbəkə vasitəsilə bir
və daha çox istifadəçinin işlənməsi üçün imkanlar
reallaşdırılmışdır. Windows NT sistemi isə çox məsələli çox
istifadəçi şəbəkə əməliyyat sistemidir.
69
- UNIX əməliyyat sistemləri: UNIX, Linux, RedHat və s. Bu
sistemlər çox məsələli çox istifadəçi şəbəkə əməliyyat
sistemləridir.
Dostları ilə paylaş: