Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə51/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   47   48   49   50   51   52   53   54   ...   61
Gasimov-informatika-darslik

əlavələri  adlanır.  Windows  mühitində  Windows  əlavələri  ilə 


 

72 


yanaşı  MS  DOS  əməliyyat  sisteminin  proqramları,  əlavələri  və 

tətbiqi proqramları da istifadə oluna bilər.  

Qeyd  olunduğu  kimi,  Windows  sistemi  pəncərələrlə  işləyir. 

Yüklənən  hər  bir  proqram  yeni  pəncərədə  açılır.  Sonrakı 

paraqraflarda  pəncərələr haqqında geniş  danışılacaq,  lakin  burada 

qeyd  etmək  lazımdır  ki,  bütün  pəncərələr  eyni  quruluşa  və 

funksiyaya  malikdirlər.  Növündən  asılı  olmadan  hər  bir 

pəncərənin  qrafik  cəhətdən  oxşarlığı  ilə  yanaşı  onlar  arasında 

funksional  baxımdan  da  uyğunluq  olur.  Belə  ki,  pəncərədə 

proqramların  imkanlarını  müəyyən  edən,  iyerarxik  açılan, 

proqramın funksiya və rejimlərini yerinə yetirən, eləcə də müxtəlif 

parametrlərini  təyin  edən  bəndlərə  və  altbəndlərə  malik  menyü 

olur.  

Proqramın işi və ondan çıxış menyü vasitəsilə idarə olunur. 

Lakin  bəzi  daha  tez-tez  istifadə  olunan  funksiyalar  pəncərədə  və 

ya  klaviaturada  olan  hər  hansı  düymələrə  «bağlanır»  və  onların 

basılması  ilə  yerinə  yetirilir.  Proqram  işləyən  zaman  sistem  hər 

hansı səhvi və ya digər xidməti informasiyanı məlumat pəncərəsi 

vasitəsilə ekrana çıxarır.    

Hazırda  fərdi  kompüterlərdə  Windows  95,  Windows  98, 

Windows  2000,  Windows  NT  və  Windows  XP  sistemlərindən 

daha  çox  istifadə  olunur.  Bu  sistemləri  qısaca  aşağıdakı  kimi 

xarakterizə etmək olar. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin