81
«text1.doc», «text2.doc», «texta.doc», «text.doc» və s. adlı bütün
fayllar göstərilə bilər.
"*" simvolu ixtiyari sayda simvolu əvəz edir. Məsələn,
«text*.doc» maskası «text1.doc», «text11.doc», «textabc.doc»,
«textcons.doc» və s. adlı bütün faylları ifadə edir. *.com maskası
.com əlavə hissəsi «com» olan bütün faylları müəyyən edir.
«Text.*» maskası adı «text» olan bütün faylları (əlavə ixtiyari
ola bilər) göstərir. «*.*» maskası adı və əlavə hissəsi ixtiyari
olan bütün faylları ifadə edir.
Lazım olan faylın adının düzgün yazılmasına əmin
olmadıqda və yaxud hər hansı növə aid olan bütün faylları tapıb
onlar üzərində müəyyən əməliyyatın yerinə yetirilməsi zamanı
maskalardan istifadə etmək daha əlverişlidir. Məsələn, cari
kataloqda olan bütün faylları silmək üçün MS DOS əməliyyat
sistemdə «del *.*» əmrinin verilməsi kifayətdir.
Dostları ilə paylaş: