4.6. Fayl sistemləri, fayl və kataloq (qovluq) anlayışları
Kompüterin yaddaş qurğusunda informasiyanın fayllar və
kataloqlar
şəklində saxlanmasını, faylların yaradılmasını,
adlandırılmasını, qeydiyyatını və s. müəyyən edən qaydalar
məcmusu əməliyyat sisteminin fayl sistemi adlanır.
Informasiyanın saxlanılması və bir yerdən başqa yerə
daşınması üçün kompüterlərdə müxtəlif texnologiyalara əsaslanan
disk qurğuları nəzərdə tutulmuşdur. Əvvəlki paraqraflarda qeyd
olunduğu kimi, müasir kompüterlərdə maqnit disklərindən (bərk
disk, yumşaq disket və s.) və CD-disklərindən (lazer
texnologiyasından) istifadə olunur. Növündən asılı olmadan hər
bir disk qurğusu informasiyanı müəyyən müddət (uzun və ya qısa)
yadda saxlamaq üçün nəzərdə tutulmuşdur və informasiyanın
diskə yazılıb oxunması üçün yazı-oxu mexanizmlərinə malikdir.
Disk qurğuları fiziki element kimi kompüterə qoşulur, lakin
istifadə zamanı onlar əməliyyat sistemi tərəfindən məntiqi disk
kimi qəbul edilir. Belə ki, hər bir fiziki disk sistem tərəfindən bir
və ya bir neçə məntiqi disk kimi istifadə edilə bilər. Beləliklə,
məntiqi disk tam fiziki diskdən və ya onun bir hissəsindən ibarət
ola bilər. Adətən, əməliyyat sistemlərində məntiqi disk ingilis
hərfləri ilə işarə olunur. Bu hərfdən sonra qoşa nöqtə qoyulur,
məsələn, «A:», «B:», «C:».
Kompüterə bir neçə bərk disk, disk sürücüsü (yumşaq
disketlər üçün), CD-ROM qoşula bilər. Qeyd olunmalıdır ki,
əməliyyat sistemlərinin əmr və funksiyalarının köməyi ilə əməli
yaddaşın bir hissəsini də məntiqi disk (virtual disk) kimi elan
etmək olar. Bu disklər kompüter qoşulu olduqda özünü sərbəst
77
fiziki disk kimi aparır, söndürüldükdə isə əməli yaddaş kimi
onun üzərinə yazılmış informasiya tamamilə silinir. Bəzən
proqramlar tərəfindən aralıq informasiyanın daha sürətlə diskə
yazılması və diskdən oxunması tələb olunur. Bu zaman məntiqi
disklərdən istifadə olunması proqramın işini xeyli sürətləndirir.
Belə ki, əməli yaddaşlarda yazıb oxuma prosesi maqnit, lazer və
s. disklərdəki yazıb oxuma prosesindən dəfələrlə sürətlə yerinə
yetirilir.
Qeyd olunduğu kimi, informasiya yaddaş qurğularında
baytların
ixtiyari
ardıcillığı
şəklində
saxlanılır.
Bu
informasiyanın formatı (yazılış forması) və başlığı (adı)
məlumdursa, onda konkret məna kəsb edir. Konkret
informasiyanı əks etdirən baytlar ardıcıllığı kompüterin
yaddaşında qeydiyyatdan keçir. Qeydiyyatdan keçmiş belə
baytlar ardıcıllığına fayl deyilir.
Başqa sözlə, informasiya disklərdə fayllar şəklində
saxlanılır. Fayl – diskin informasiya yazılmış və müəyyən
olunmuş qaydada adlandırılımış hissəsidir. Faylın adına, ölçüsünə,
formatına əsasən onu kompüterin yaddaşından oxumaq, emal və
istifadə etmək mümkün olur. Faylın ölçüsü, yəni daxilində olan
informasiyanın həcmi baytlarla ölçülür.
Faylların adlarının formatı əməliyyat sisteminin fayl sistemi
ilə müəyyən olunur. Məsələn, MS-DOS əməliyyat sistemində
faylların adları cəmi 12 simvoldan ibarət ola bilər və ad iki yerə
bölünür: ad və əlavə hissə (genişlənmə). Ad hissənin uzunluğu 8
hərfdən, əlavə hissənin uzunluğu isə 3 hərfdən çox ola bilməz.
Ad və əlavə hissə bir-birindən «.» (nöqtə) ilə ayrılır.
Məsələn: «readme.txt», «system.ini», «command.com». Digər
əməliyyat sistemlərində (UNIX, MS Windows və s.)
məhdudiyyətlər bir qədər fərqli olur.
Faylın adının genişlənməsi adətən, onun məzmununun hansı
növə aid olduğunu göstərir, məsələn:
.txt – mətn faylı;
78
.c - C proqramlaşdırma dilində yazılmış proqramın ilkin
mətni;
.pas - Pascal proqramlaşdırma dilində yazılmış proqramın
ilkin mətni;
.hlp – adətən sistemlərdə kömək üçün nəzərdə tutulmuş fayl.
Müəyyən proqramların yaratdığı və emal etdiyi faylları
digərlərindən fərqləndirmək üçün ümumi qəbul olunmuş
genişlənmələrdən istifadə olunur, məsələn:
.doc - MS Word proqramında yaradılmış sənəd;
.xls - MS Excel proqramında yaradılmış cədvəl;
.ppt – MS Point proqramında yaradılmış slayd və s.
Digər bir qisim fayllar - yerinə yetirilə bilən fayllar, yəni
proqramlardır. Proqram faylları adətən kompilyator və ya
translyator vasitəsilə yaradılır. Bütün növ fayllar özlərində
informasiya saxlayırlar. Bu informasiya xüsusi proqramlar
tərəfindən istifadə oluna, oxuna və ya istifadəçiyə göstərilə bilər.
Lakin proqram faylları özlərində informasiya saxlamaqla yanaşı
eyni zamanda yaradılarkən nəzərdə tutulmuş müəyyən
funksiyanı yerinə yetirə bilirlər. Proqram fayllarının adlarının
əlavə hissələri mütləq «.exe» və ya «.com» olmalıdır.
Faylların adları disklərdə kataloqlarda qeyd olunurlar.
Kataloq - disk üzərində faylların adlarının, onların ölçüləri,
axırıncı dəyişdirilmə tarixi haqqında məlumatların, faylların
atributlarının (xassələrinin) və s. saxlandığı xüsusi yerdir. Əgər
hər hansı faylın adı müəyyən kataloqda qeydiyyata alınıbsa, onda
deyirlər ki, verilən fayl bu kataloqa daxildir. Hər bir diskdə çoxlu
sayda kataloqlar yaradıla, hər bir kataloqa isə çoxlu sayda fayl
daxil ola bilər, lakin hər hansı fayl yalnız bir kataloqda qeydiyyata
alına bilər. Faylın başqa kataloqa da daxil olması üçün bu faylın
surətini mütləq həmin kataloqa köçürmək lazımdır.
Əslində hər bir kataloq xüsusi struktura malik fayldır, ona
görə də kataloqlar da ada malik ola, başqa kataloqda qeydiyyata
alına bilər. Qeyd olunduğu kimi kataloqlar və fayllar prinsip
79
etibarı ilə analogiya təşkil etdiyi üçün onların adlarına olan tələbat
və məhdudiyyətlər də eynidir.
Qeyd olunmalıdır ki, kataloqlara bir çox başqa kataloqlar
daxil ola bilər. Onda daxil olan kataloqa həmin kataloqun
altkataloqu, daxilində başqa kataloqlar saxlayan kataloqa isə
üstkataloq deyilir.
Faylların kataloqlara, bu kataloqların digər kataloqlara, öz
növbəsində onların da başqa kataloqlara daxil olması ümumiyyətlə
ağacvari iyerarxik struktur əmələ gətirir. Bu strukturun kökündə
baş kataloq (kötük kataloq) durur. Hər bir diskdə bir baş kataloq
və təbii ki, kataloqların bir ağacvari iyerarxik strukturu ola bilər.
Baş kataloq, adətən, həmişə bu diskin özü olur. Ağacvari
strukturda altkataloqlar silsiləsinin, yəni altkataloqların dərinliyi
(bir-birinə daxil olan kataloqların sayı) həddən artıq çox ola bilər.
Bəzi əməliyyat sistemlərində buna məhdudiyyət qoyulmur.
Ağacvari iyerarxik strukturun təxmini forması 4.5 saylı
şəkildə göstərilmişdir.
Əməliyyat sistemində fayllara müraciət və onlarla iş zamanı
faylların tam (bütöv) adi istifadə olunur. Faylın tam adı dedikdə
baş kataloqdan başlayaraq faylın özünə qədər bütün kataloqların,
altkataloqların adları daxil olmaqla tam yolu (marşrutu) göstərilən
sətir başa düşülür. Bu zaman kataloqların və faylların adları bir-
birindən ayrıc ("\" və ya "/") ilə ayrılır, məsələn:
C:\Windows\Command\attrib.exe
Baş
kataloq
(disk)
Yol
(marşrut)
Fayl
80
Faylın tam adı onun hansı diskdə, bu diskin hansı
kataloqunda, bu kataloqun hansı altkataloqunda və s. olduğunu
dəqiq müəyyən edir.
Dostları ilə paylaş: |