Paket əmr faylları. Paket əmr faylları mətn şəklində
hazırlanır və proqram kimi yerinə yetirilə bilir. Ona siyahı
şəklində daxil edilmiş bütün əmrlər və proqramlar bu fayl
yükləndikdə ardıcıl olaraq yerinə yetirilir. Paket əmr faylları
«.bat» genişlənməsinə malik olurlar. Kompüter istifadəçisi hər
hansı əmrlər ardıcıllığını tez-tez yerinə yetirməli olursa, onda bu
əməllərin adları daxil edilmiş paket əmrlər faylı yarada və onu
istifadə edə bilər. MS-DOS və WINDOWS əməliyyat sistemləri
tərəfindən paket əmr faylı olan «autoexec.bat» faylından istifadə
olunur. Bu fayl avtomatik yüklənmə faylıdır. O, əməliyyat
sisteminin yüklənməsi prosesi qurtardıqdan sonra avtomatik
olaraq işə düşür. Kompüteri qoşduqdan sonra əməliyyat sistemi
yüklənən zaman yerinə yetirilməsi nəzərdə tutulan bu tip
proqramların və əmrlərin adları bu fayla yazılır.
|