73
sistemində setup proqramı, istifadəçi interfeysi və s. komponentlər
daha da təkmilləşdirilmişdir.
Windows 98 sistemində yeni kompüter qurğularının
qoşulması və idarə edilməsi prosesi avtomatlaşdırılmış və
intellektuallaşdırılmışdır
(konfiqurasiyanın
və
enerji
ilə
qidalanmanın idarə edilməsi, Win32-drayver modeli, bir neçə
monitorun qoşulması və s.).
Windows 98 sistemindən başlayaraq reallaşdırılmış Plug and
Play texnologiyası kompüterin resurslarının, ona qoşulmuş
qurğuların düzgün işləməsinə, onların avtomatik təyin edilməsinə,
quraşdırılmasına və ya silinməsinə, diaqnostikasına və fəaliyyətinə
nəzarət etməyə imkan verir. Belə ki, kompüter yükləndikdə ona
yeni qoşulan qurğu avtomatik olaraq tanınır, qurğunun bütün
lazımi drayverləri yüklənir və ya onların yüklənməsi üçün
istifadəçiyə müraciət olunur və bu məqsədlə ekranda zəruri
məlumatlar çıxır.
Plug and Play texnologiyası Windows 98-in elektrik
qidalanma parametrlərindən istifadə edir və onları nizamlayır.
Nasazlıq yarandığı zaman hadisələr jurnalında onlar haqqında
sistem tərəfindən qeydlər aparılır.
Bunlardan əlavə, kompüter şəbəkələri ilə iş sahəsində
Windows 98 sisteminin tərkibinə yeni protokolları daxil
edilmişdir: NDIS 5.0, Windows Sockets 2.0 (Win Sock 2.0),
RSVP protokolou, ISDN-lə iş, çoxkanallı PPP, PPTP (virtual
xüsusi şəbəkə protokolu), DFS (paylanmış fayl sistemi) və s.
Dostları ilə paylaş: