Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   2   3   4   5   6   7   8   9   ...   24
Brian Tracy The Power of Self-Discipline

2012 – ci il “Kiçik Biznes Məsləhətçisi” mükafatı 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 

Giriş 
Daxili-İntizam Möcüzəsi. 
 
“Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda bircə dənə də 
olsun real səbəb yoxdur". 
 
 
Mark Tven. 
 
Nə  üçün  bəziləri  digərlərindən  daha  uğurlu  olur? 
Nə üçün bəziləri yaşanan eyni illər ərzində digərlərindən 
daha çox pul qazanir, həyatlarını daha xoşbəxt yaşayır və 
ümumiyyətlə,  həyatda  daha  çox  şeyə  nail  olurlar?  Uğu-
run “əsl sirri” nədir? 
Mən,  adətən,  seminarlarımı  belə  bir  sualla  başlayı-
ram:" Kim öz gəlirini iki dəfə artırmaq istərdi?" 
Demək olar, hamı gülümsəyərək əlini qaldırır.     
Sonra növbəti sual:  
-Kim artıq çəkidən azad olmaq istərdi? Kim borclar-
dan azad olmaq, maliyyə müstəqilliyi əldə etmək istərdi? 
Yenə  də  hamı  gülümsəyir  və  həvəslə  əlini  qaldırır. 
Onda mən deyirəm: 
-Çox gözəl! Biz hamımız bu gözəl istəklərə malikik. 
Daha  cox  pul  qazanmaq,  ailəmizə  daha  çox  vaxt  sərf  et-
mək,  sağlam  olmaq  və  maliyyə  mütəqilliyi  əldə  etmək 
istəyirik. Biz nəinki sadəcə bu istəklərə malikik, hətta on-
lara nail olmagın yollarını da bilirik. Və nə vaxtsa qol çır-
mayıb  həmin  işləri  görmək  məramındayıq.  Amma  qolu-
muzu  çırmayıb  işə  girişməzdən  öncə  tətil  götürüb,  “Nə 
vaxtsa” adlı gözəl tropik  adaya istirahətə getməyi qərara 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 

alırıq.  “Nə  vaxtsa  filan  kitabı  oxuyacağam.  Nə  vaxtsa 
məqsədimə nail olmaq üçün lazim olan işləri görəcəyəm. 
Nə  vaxtsa...”  Əhalinin 80%-i “Nə  vaxtsa adası”nda  yaşa-
yır.  “Nə  vaxtsa”  görəcəkləri  işlər  və  əldə  edəcəkləri  nai-
liyyətlər haqda düşünür, xəyallar qurur. 
-Bəs onların “Nə vaxtsa adası”ndakı qonşuları kim-
lərdir?  
-‘‘Nə vaxtsa adası”nın digər sakinləri!  
-Bəs  bu  adadakı  əhalinin  əsas  söhbət  mövzusu  nə-
dir? 
-Bəhanələr!  
Onlar bir yerə toplaşıb, bu adada olmaqlarına müx-
təlif bəhanələr gətirirlər. “Niyə buradasan?”- deyə bir-bi-
rilərindən soruşurlar. Və bu suala verilən cavabların oxşar 
olmaları hec də təəccüblü deyil. “Uşaqlığım pis keçdiyin-
dən...”,  “Yaxşı  təhsil  almadığımdan....”,  “Başlanğıc  kapi-
talım  olmadığından”,  “Mənim  bosum  pis  adamdır...”, 
“Kimsə  məni həvəsləndirmir...”  və  ya “İqtisadiyyat    bər-
bad vəziyyətdədir...” 
Onların  hər  biri,  uğur  üçün  öldürücü  təsirə  malik 
“bəhanə” xəstəliyinə tutulublar. Onlar hamısı xoş məram-
lıdırlar, amma necə deyərlər, “Cəhənnəmin yolu xoş  mə-
ramla salınmışdır.”  
Uğurun birinci qaydası çox sadədir: adanı tərk et! 
Bəhanələrə son qoy! İşi ya gör, ya da görmə, amma 
bəhanə gətirmə. Beynini fəaliyyətsizlik üçün müxtəlif bə-
hanələr uydurmağa sərf etməyi dayandır. Nə isə et. Bir iş 
gör. İşə başla. Özün üçün təkrar et: “Görüləcək iş, sadəcə, 
məndən asılıdır!” 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 

Ugursuzlar  bəhanə  gətirir,  qaliblər  isə  inkişaf  edir.  
Gətirdiyiniz bəhanənin tutarlı və ya dəyərli olmasını necə 
müəyyən edə bilərsiniz? Çox sadə, ətrafıniza baxın və so-
ruşun:“Mənim  gətirdiyim  səbəbi  gətirən  uğurlu  adam 
varmı?” Özünüzə qarşı səmimi olsanız görərsiniz ki, eyni 
şəraitə düşmüş yüz minlərlə, hətta milyonlarla adam var 
ki,  heç  bir  çətinliyə  baxmayaraq  öz  həyatlarını  dəyişmiş 
və  uğur  qazanmışlar.Əgər  cəhd  etsəniz,  milyonların  edə 
bildiyini siz də edə bilərsiniz. 
Deyirlər, insan, bir işə bəhanə gətirməyə sərf etdiyi 
qədər enerjini səmərəli bir işə sərf etsə, aldığı nəticə özü-
nü  belə  təəccübləndirər.  Amma öncə adanı  tərk etməlisi-
niz!  
Çox az adam start xəttindən müəyyən üstünlüklərlə 
tərpənir. Şəxsən mən ali təhsil almamışam. Bir neçə il fizi-
ki  işdə  işləmişəm.  Məhdud  təhsil,  məhdud  qabiliyyətlər 
və  məhdud  gələcəyə  malik  idim.  Və  sonra  sual  verdim: 
“Nə  üçün  bəziləri  digərlərindən  daha  uğurlu  olur?”  Bu 
sual həyatımı dəyişdi. Uğur və nailiyyətə aid minlərlə ki-
tab və məqalə oxudum. Sanki nailiyyət əldə etməyin yol-
ları,  2000  il  ərzində  bütün  mümkün  vasitələrlə  müzakirə 
edilmiş və yazılmışdır. Bütün filosof, müəllim və eksper-
tlərin qeyd etdiyi vacib bir keyfiyyət var – daxili intizam. 
Bəhanə  kamfortuna  müqavimət  göstərmək  üçün  məhz 
intizam tələb olunur. Demək, adanı tərk etmək üçün sizə 
intizam  lazımdır.  Məhz    parlaq  gələcəyin  açarı  budur-
intizam, bunsuz heç bir uğur dayanıqlı olmaz.  
Daxili intizamın aşılanması mənim həyatımı dəyişdi 
və sözsüz ki, sizinkini də dəyişəcək. Özümdən daima da-
ha  artığını  tələb  etməklə  mən  əvvəlcə  satışda  sonra  isə 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 

idarəçilikdə  uğurlar  qazandım.  Təhsilimi  davam  etdir-
dim, otuz yaşımda, ağır zəhmət və kitabxanalarda minlər-
lə saat sərfi tələb edən magistr dərəcəsinə yiyələndim. Ka-
nadada  ilk  Suzuki  importçusu  oldum,  altmış  beş  diller 
məntəqəsi  açdım,  25  milyon  dollarlıq  avtomobil  satdım 
və bütün bunları avtomobil sənayesindən heç bir şey an-
lamadığım halda  edə  bildim.  Cünki  mənim daxili  intiza-
mım  və  lazım  olan  bilikləri  əldə  etmək  məqsədim  güclü 
idi.  
Daşınmaz əmlak bazarına qoşularkən, bu sahə haq-
da heç bir məlumatım və təcrübəm yox idi, sadəcə əvvəlki 
işlərdə aşılanmış daxil intizamım var idi. Sonralar mən, ti-
carət  mərkəzləri,  sənaye  şəhərcikləri  və  ofis  binaları  ilə 
məşğul olmağa başladım.  
Daxili  intizam  hesabına,  treninq,  konsultasiya,  na-
tiqlik və satış sahəsində uğurlu biznes qurdum. Audio və 
video proqramlarım, kitablarım, seminar və treninq proq-
ramlarım  otuz  altı dilə  tərcümə  edilərək əlli dörd ölkədə 
yayıldı və 500 milyon dollardan çox gəlir gətirdi. Mindən 
çox şirkətə konsultasiyalar verdim,seminarlarımda  5 mil-
yondan artıq insan iştirak etdi. Bütün bu uğurlarımın əsa-
sında  isə daxili  intizam dayanırdı. Kəşf etdim  ki,  qarşıya 
qoyulan istənilən məqsədə nail olmaq olar, yetər ki, onun 
haqqını ödəmək və heç vaxt ruhdan düşməmək üçün da-
xili intizam olsun. 
 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
10 
Bu kitab kimin üçündür. 
 
Bu  kitab,  ambisiyalı  və  həyatda  mümkün  olan  hər 
şeyi əldə etmək istəyən məqsədyönlü insanlar üçün yazıl-
mışdır. Daha çox nailiyyət əldə etmək və əvvəlkindən da-
ha  uğurlu olmaq istəyi  ilə alışıb yanan  insanlar üçün ya-
zılmışdır.  
Uğurun  ən  əsas  və  vacib  sirri,  fərqli  bir  insan  ol-
maqdır. Nailiyyətləriniz, əldə etdiyiniz material varlıqlar-
dan  daha  çox  şəxsiyyətinizin  necə  olmasıdır  ki,  sizi 
digərlərindən fərqləndirən və daha uğurlu edən də məhz 
bu  olacaq.  Daxili  intizamın  formalaşdırılması,  sizi  uğura 
aparan yoldur.  
Bu kitab sizin böyük işlər görən uğurlu adam olma-
ğınızda sizə bələdçilik edəcək.  
 
 
Qarşıya çıxan imkan uğurun səbəbini  
müəyyən edir. 
 
Bir neçə il öncə Vaşinqtonda keçirilən bir konfransın 
iştirakçısı idim. Nahar fasiləsi zamanı  boş qalan sonuncu 
masanın arxasına əyləşdim. Bir neçə dəqiqə sonra, gözum 
masa  axtaran  yaşlı  kişi  və  gənc  qadına  sataşdı.  Əyləşdi-
yim masa dörd nəfərlik olduğundan əlimi qaldırıb onları 
masaya  dəvət  etdim.  Kişi  tərəddüd  etsə  də,  mən    israr 
etdim. Söhbət etməyə başladıq və məlum oldu ki, qarşım-
da  oturan  bu  adam  Kop  Kopmeyerdir.  Uğur  və  nailiy-
yətlər  sahəsinin  canlı  əfsanəsi.  Yazdığı  dörd  bestsellerin 
hər birində 250 uğur prinsipi vardır ki, bunlar da əlli illik 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
11 
təhqiqat  və  araşdırmalar  nəticəsində  aşkar  edilmişdir. 
Mən bu kitabların dördünü də dəfələrlə oxumuşdum. Bir 
az  söhbət  etdikdən  sonra  mən,  hər  kəsin  verəcəyi  sualı 
verdim: “Müəyyən etdiyiniz 1000 uğur prinsipindən han-
sını  ən  vacib  hesab  edirsiniz?”  O  mənə  baxıb  gülümsədi 
və gözlərinin qəribə şəkildə parlamasında anladım ki, ona 
bu sualı verən ilk adam deyiləm. Heç düşünmədən cavab 
verdi: “Uğurun ən vacib prinsipi, hələ 20-ci əsrin əvvəllə-
rində  Amerikanın  ən  məhsuldar  yazıçılarından  biri  olan 
Elbert  Habbart  tərəfindən  qeyd  edilmişdir:  Daxili  inti-
zam, istəyinizdən asılı olmayaraq, lazım olan işi görmək 
bacarığıdır.  Təhsilim  və  təcrübəm  sayəsində  aşkar  etdi-
yim  yerdə  qalan  999  prinsip  daxili  intizam  olmadan  işə 
yaramaz.” 
Beləliklə,  daxili  intizam şəxsi  inkişafın  açarıdır. Bu, 
bütün  qapıları  açan  və  hər  şeyi  mümkün  edən  möcüzəli 
xüsusiyyətdir.  Daxili  intizam  hesabına  orta  səviyyəli  ad-
am, istedad və ağlının imkan verdiyi qədər sürətli inkişaf 
edə bilər. Lakin bu xüsusiyyətə malik olmayan, ən ağıllı, 
savadlı  və  bacarıqlı  adam  belə  orta  səviyyədən  yuxarı 
qalxa bilməz.  
 
 
İki ən qatı düşməniniz. 
 
Daxili intizamın varlığı uğur təminatçısı olduğu ki-
mi, onun yoxluğu da uğursuzluğun əsas səbəbidir. Onun 
yoxluğu  bizi  bəhanələr  gətirməyə  və  özümüzü  ucuz  sat-
mağa  vadar  edir.  Uğur,  xoşbəxtlik  və  nailiyyətin  iki  ən 
qatı düşməni, Az müqavimətli yol və Səmərə Faktorudur. 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
12 
Az  müqavimətli  yol,  insanları  istənilən  vəziyyətdə 
daha asan olana qaçmağa vadar edən amildir. Biz hər bir 
işdə  kəsə  yol  axtarırıq.  İşə  son  dəqiqədə  gəlirik  və  saat 
tamam olan kimi ofisi tərk edirik. Asan qazanc və tez var-
lanmaq  yolları  axtarırıq.  Zamanla,  zəhmət  tələb  edən  la-
kin uğur üçün lazımlı işləri görmək əvəzinə asana qaçma-
ğa adət edirik.  
Səmərə Faktoru isə Az müqavimətli yolun başqa bir 
forması  olub,  uğursuzluğa  səbəb  olaraq  daha  böyük  fə-
sadlar  törədir.  Bu  prinsipin  məğzi:  insanlar  istədiklərinə 
nail olmaq üçün daha asan və qısa yollar axtararaq hərə-
kətlərinin nəticəsinin gələcəkdə nəyə səbəb olması haqda 
qətiyyən  narahat  olmurlar.  Başqa  sözlə,  insanlar,  lazım 
olanı  etmək  əvəzinə,  asan,  maraqlı  və  səmərəli  görünəni 
edirlər.  
Hər  gün  və  hər  dəqiqə  bizim  daxilimizdə,  lazımlı, 
düz, amma çətin olan işi görməklə, daha asan, maraqlı və 
heç  bir  faydası  olmayan  işi  görmək  arasında  mübarizə 
gedir. Əldə edə biləcəyimiz uğurları qazanmaq  istəyimiz 
həqiqidirsə, onda hər gün və hər dəqiqə Az müqavimətli 
yola tərəf axının qarşısını alaraq, özümüzü lazım olan  işi 
görməyə vadar etməklə daxilimizdəki mübarizəni udma-
lıyıq.  
 
 
 
Özünüzə nəzarət edin. 
 
Daxili intizamın başqa adı özünə nəzarətdir. Uğura 
yalnız  öz  emosiyalarımıza,  iştahımıza  və  sapmalarımıza 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
13 
nəzarət  etməklə  nail  olmaq  olar.  Özünə  nəzarət  edə  bil-
məyən  insan zəif və bütün aspektlərdə etibarsız olur.  
Daxili  intizam    özünüidarə  kimi  də  ifadə  oluna 
bilər. Özünü idarə etmək qabiliyyəti - danışığının və hərə-
kətlərinin  əsas  məqsədinə  uyğun  idarə  edilməsi    uğurlu 
adamlara xas xüsusiyyətdir.  
İntizam, həmçinin özünə etiraz da adlandırıla bilər. 
Bu, qarşınıza qoyduğunuz məqsədə doğru aparan lazımlı 
işləri görərək asan yolu seçməyə qarşı etiraz etməkdir. 
Gələcəkdə  daha  böyük  nailiyyətlərdən  həzz  almaq 
üçün  indiki  məmnuniyyətlərin  təxirə  salınması  bacarığı 
daxili intizamın tələbidir.  
 
 
Uzaqgörənliklə düşün. 
 
Harvard  universitetinin  sosioloqu  doktor  Edvard 
Banfild  Amerika  sosioiqtisadiyyatinin  mobilizə  edilməsi 
məqsədi ilə əlli illik təhqiqat aparmişdır. Və  bu təhqiqat-
dan sonra belə bir nəticə çixarmişdir ki, böyük uğur əldə 
etmiş  insanların  hamısı  üçün  əsas  səciyyəvi  cəhət  -  gələ-
cək  perspektivi  görmək  -  bacarığıdır.  Banfild,  “zaman 
perspektivini”,  “şəxsin  indiki  addımlarını  hansı  gələcəyə 
hesablayıb  atması”  kimi  izah  etmişdir.  Başqa  sözlə,  ən 
uğurlu insanlar, uzaqgörənliklə düşünən insanlardır. On-
lar  necə  gələcək  istədiklərini,  hansı  nailiyyətlərə  can  at-
diqlarını  müəyyən  etmək  üçün  bacardıqları  qədər  uzaga 
baxırlar. Onlar həmin bu məqsədləri nəzərə alaraq bu gün 
müəyyən  işləri  görmək,  müəyyən  işlərdən  isə  imtina  et-
məyi qərara alırlar.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
14 
Uzaqgörənliklə düşünmək praktikası isə karyeraya, 
şəxsi münasibətlərə, evliliyə və pula tətbiq edilir ki, qarşı-
dakı hissələrdə bunları ətraflı müzakirə edəcəyik. Uğurlu 
adamlar, indiki fəaliyyətlərinin gələcəkdə əldə etmək istə-
dikləri  nailiyyətlərinə  uyğun  olmasını  təmin  edirlər.  On-
lar daim şəxsi intizama riayət edirlər.  
Yəqin ki, uzaqgörənliklə düşünmədə ən önəmli söz 
qurban  verməkdir.  Uğurlu  insanlar  ömürləri  boyu  gələ-
cək böyük nailiyyətlər naminə bugünkü cılız mükafatlar-
dan imtina edirlər.  
Qurban vermək bacarığını gunlərlə, aylarla, hətta il-
lərlə  kiçik  əyləncələri  qurban verib  vaxtlarını, uğurlu gə-
ləcək qurmaq üçün vacib olan şəxsi inkişaflarına və təhsil-
lərinə sərf edən insanlarda görə bilərsiniz.  
Lonqfellou bir dəfə yazmışdır: 
“Uca zirvələr güclü insanlar tərəfindən, 
Edilməmişdir fəth qəfil sıçrayışlarla. 
Yatarkən digərləri şirin yuxuda, 
İrəliləyirdilər onlar gecələri də.” 
Sizin  bu  gün  planlaşdırmaq  və  zəhmət  çəkmək  ba-
carığınız  əyləncəli  olmasa  da,  lazım  olan  işləri  görmək 
intizamınız uğurlu gələcəyinizin açarıdır. Uzaqgörənliklə 
düşünmək bacarığı inkişaf etdirilə bilən xüsusiyyətdir. Bu 
bacarığınızı  inkişaf  etdirdikcə,  bugünkü  hərəkətlərinizə 
tam  nəzarət  edə  bildiyinizdən,  gələcəyinizin  nə  qədər 
uğurlu  olacağını  daha  dəqiqliklə  deyə  biləcəksiniz.  Bu 
fərqli düşünənlərin xüsusiyyətidir. 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
15 
Bu günün əyləncələri gələcəyin ağrılarına  
çevrilə bilər. 
 
Daxili intizama əməl etmədikdə iki qanunun qurba-
nı olursunuz. Birincisi “Gözlənilməyən nəticə”dir. Bu qa-
nuna  görə, “Uzaqgörənlik  bacarığının  çatışmazlığı  üzün-
dən hər hansısa bir hərəkətin gözlənilməyən nəticəsi göz-
lənilən  nəticəsindən  dəfələrlə  pis  ola  bilər.”  İkinci  qanun 
“Yanlış nəticə”dir və bu qanuna görə, dərhal qazanılacaq 
mükafata  yönəldilmiş hərəkət  gələcəkdə səhv  və  ya  göz-
lənilməyən nəticələr verə bilər. Misal üçün biz, daha yaxşı 
olmaq  və  xoşbəxt  gələcək  qazanmaq  üçün  vaxt,  zəhmət 
və  pul  yatırımları  edirik.  Amma  ev  tapşırığını  etməyə 
lazımi diqqət və zəhmət sərf etmədiyimizdən nəticə göz-
lədiyimizin  əksinə  olur  və  hətta  tam  fəaliyyətsizliyimiz-
dən də pis olur. Belə bir halı demək olar hər kəs dəfələrlə 
yaşayıb.  
 
 
Uğurun sadə müəyyənedicisi. 
 
Tanınmış  biznesmen  Herbert  Qrey,  “Uğurun  sadə 
müəyyənedicisi”  adlandırdığı  uzun  illik  təhqiqat  apar-
mışdır.  On  bir  illik  təhqiqatın  sonunda  belə  bir  nəticəyə 
gəlmişdir  ki,  “Uğurun  ən  sadə  müəyyənedicisi,  uğurlu 
adamların,  uğursuz  adamların  sevmədiyi  işləri  özləri 
üçün  adətə  çevirmələridir”.  Bəs  bu  işlər  nədir?  Uğursuz 
adamların sevmədikləri işlər elə uğurlu adamların da sev-
mədiyi  eyni  işlərdir.  Sadəcə,  fərq  ondadır  ki,  uğurlu 
adamlar  gələcək  nailiyyətlər  üçün  həmin  işləri  görməyin 
Примечание [E41]:  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
16 
vacibliyini dərk edir və özlərini buna məcbur edə bilirlər. 
Qrey,  həmçinin  müəyyən  etmişdir  ki,  uğurlu  adamlar 
ürəyəyatan nailiyyət haqda düşündükləri halda, uğursuz 
adamlar ürəklərinə yatan vasitə haqda düşünürlər. 
Motivasiya  natiqi  Denis  Voltey  qeyd  etmişdir  ki, 
yüksəkdə olan uğurlu adamlar “gələcək nailiyyət”lərə hə-
dəflənmiş  hərəkətlərə,  adi  adamlar  isə  gərginliklərini 
götürəcək, asan hərəkətlərə meyl edirlər.  
 
 
Desertdən öncə Nahar. 
 
Daxili intizamın ən sadə qaydası “Naharı desertdən 
öncə  yemək”dir.  Nahar,  zamanı  sadə  qanunauyğunluq 
var: desert ən sonda yeyilir. Öncə əsas yeməklər yeyilir və 
boşqab  boşaldılır  və  yalnız  bundan  sonra  desert  verilir. 
Adi  adamlar  arasında  yanlışlığa  səbəb  olan  deyim  var: 
Həyat  qısadır,  öncə  deserti  ye!  Təsəvvür  edin,  işdən  evə 
gəlirsiniz və şam yeməyindən öncə iri bir şirniyyatı həzmi 
rabidən keçirirsiniz. Bundan sonra, sərf etdiyiniz enerjini 
bərpa etmək  üçün zəruri olan  qidaları  qəbul etmək  üçün 
iştahınız  qalacaqmı?  Şəkər  dolu  qarınla  özünüzü  necə 
hiss edəcəksiniz? Enerjinizi bərpa edəcək və hansısa məh-
suldar bir iş həvəsində olacaqsınızmı? Yoxsa, yorğunluq-
dan günü bitmiş elan edəcəksiniz? 
İşdən  sonra  yoldaşlarla  bir-iki  bakal  pivə  içdikdən 
sonra  evə  gedib  televizorun  qarşısındakı  divanda  otur-
duqda  da  eyni  nəticəni  alacaqsınız.  Bunlar  hamısı,  sizin 
günün ikinci yarısını məhsuldar keçirməyinizə mane olan 
“desert”lərdir.  Və  bütün  bunların  ən  pis  tərəfi  isə,  tək-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
17 
rarlanan  işlərin  adətə  çevrilməsidir.  Adəti  isə  tərgitmək 
çox  çətin  olur.  Asan  yolu  seçmək,  əyləncəli  olan  işləri 
görmək  və  deserti  birinci  yemək  adəti  get-gedə  güclənə-
rək mənəvi zəiflik və uğursuzluğa səbəb olur. 
 
 
Daxili intizam adəti. 
 
Xoşbəxtlikdən siz, özünüzə daxili intizam adəti aşı-
laya  bilərsiniz.  Xoşunuza  gəlib-gəlməməyindən  asılı  ol-
mayaraq  özünüzü  lazım  olan  işi  lazım  olan  vaxtda  gör-
məyə vadar etməklə, daxili intizamınızı daim məşq etdir-
məklə  onu  daha  da  gücləndirə  bilərsiniz.  Bəhanələr  tap-
mağa son qoyacaqsınız.  
Pis adətlərə alışmaq asan, onlarla yaşamaq isə çətin-
dir.  Yaxşı  adətləri isə  aşılamaq  çətin  onlarla  yaşamaq  isə 
asandır.  Və  Qoezin  dediyi  kimi  “Hər  iş  asan  olmazdan 
öncə  çətin  olur”.  Daxili  intizam  və  özünə  nəzarət    kimi 
adətlərə  alışmaq  çətindir, amma adət  etdikdən  sonra  on-
lar  avtomatikləşir  və  asan  idarə  olunur.  Daxili  intizam 
adəti xarakterinizə tam oturub, xüsusiyyətlərinizdən biri-
nə  çevrildikdən  sonra,  siz  intizamsızlığa  yol  verdikdə 
özünüzü narahat hiss etməyə başlayırsınız.  
Ən  yaxşı  xəbər  isə  bütün  adətlərin  öyrənilə  bilən 
olmasıdır.  İstədiyiniz  adam  olmaq  üçün  sizə  lazım  olan 
istənilən adəti özünüzə aşılaya bilərsiniz. İstədiyiniz vaxt 
daxili  intizamınızdan  istifadə  etməklə  istədiyiniz  şəxsiy-
yətə  çevrilə  bilərsiniz.  Daxili  intizamınızı  gücləndirmək 
istiqamətində  göstərdiyiniz  hər  bir  səy  sizin  digər  xüsu-
siyyətlərinizi  də  gücləndirir.  Təəssüf  ki,  daxili  intizamda 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
18 
göstərilən  hər  bir  zəiflik  də  bütün  digər  xüsusiyyətlərin 
zəifləməsinə səbəb olur. 
Daxili intizamınızı gücləndirmək üçün, öncə müəy-
yən  bir  sahədə  konkret  necə  rəftar  edəcəyinizi  qərara 
almalısınız. Və həmin sahədə tam intizama nail olmayana 
kimi  hec  bir  kənaraçıxmaya  –  istisnaya  yol  vermirsiniz. 
Hər  dəfə  ayagınız  büdrədikdə,  yolunuzdan  yayındıqda 
(bu isə mütləq baş verəcək) siz yenidən ayağa qalxıb yol-
unuza  davam  edərək  daxili  intizamınızı  daha  da  güc-
ləndirəcəksiniz  və  sonunda  sizin  üçün  intizamlı  hərəkət 
etmək intizamsızlıq etməkdən daha asan olacaq.  
 
 
Böyük gəlir. 
 
Yüksək daxili intizama yiyələnməyin gətirdiyi gəlir 
qeyri-adidir.  Daxili  intizam  və  özünü  qiymətləndirmə 
arasında düz mütənasiblik var: 
-  özünüidarə  və  nəzarət  bacarığınızı  artırdıqca  özünüzə 
olan hörmətiniz də artır. 
-  daxili intizamınızı artırdıqca özünüzlə fəxr edəcəksiniz. 
-  daha  intizamlı  olduqca  özünüzü  daha  ucalarda  görə-
cəksiniz. Özünüz haqda daha pozitiv düşünəcəksiniz. 
Özünüzü daha xoşbəxt və qüdrətli hiss edəcəksiniz.  
Daxili intizam xüsusiyyətinin aşılanması bütün öm-
rün  boyu  davam  edən  uzun  bir  mübarizədir.  Asan  yola 
qaçmaq  həvəsi  daim  alt  şüurunuzda  parlayacaq.  O,  sizi 
yalnış yola çəkmək, lazım olanı deyil, əyləncəli olanı seç-
məyə  həvəsləndirərək  daxili  intizamınızı  pozmaq  üçün 
əlverişli məqam gözləyəcək.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
19 
Napaleon  Hill,  bestsellerə  çevrilmiş  kitablarından 
birini  bu  sözlərlə  bitirmişdir:  “Daxili  intizam,  sərvətin 
açarıdır”.  Daxili  intizam,  özünü  dəyərləndirməyin,  özü-
nəhörmətin və fəxrin açarıdır. Daxili intizam, bütün çətin-
liklərinizi aşıb istədiyiniz xoşbəxt həyata nail olmağınızın 
qarantıdır.  
Bəzi  insanların  digərlərindən  daha  xoşbəxt  və  zən-
gin  olmaqlarının səbəbi daxili  intizam aşılamaq  bacarığı-
dır.  
 
 
Bu kitab necə yazılmışdır. 
 
Qarşıdakı səhifələrdə mən, öz potensialınızdan isti-
fadə  edib  bacardığınız  hər  şeyi  əldə  etmək  üçün  daxili 
intizamın  zəruri  oldugu  iyirmi  bir  sahəni  şərh  edəcəm. 
Daha  asan  istifadə  olunması  üçün  bu  kitab  üç  hissəyə 
ayrılmışdır.  
Birinci  hissə  “Daxili  intizam  və  şəxsi  müvəffəqiy-
yət”  adlandırılmışdır.  Buradakı  yeddi  başlıqda  siz,  məq-
sədlər qoymaq, xarakterinizi gücləndirmək, daha məsuli-
yyətli  olmaq,  gördüyünüz  hər  bir  işi  dəqiqliklə  sonuna 
çatdırmaq  kimi  xüsusiyyətlər  də  daxil  olmaqla,  şəxsi 
həyatınızda  daxili  intizamdan istifadə  edərək şəxsi həya-
tınızın potensialını daha da artırmağı öyrənəcəksiniz.  
İkinci hissənin yeddi başlığında isə, biznes, satış və 
şəxsi  maliyyə  məsələlərində  indikindən  dəfələrlə  çox 
nailiyyətlər  əldə  etməyi  öyrənəcəksiniz.  Öz  sahənizdə  li-
der olmaq, biznesi daha məhsuldar idarə etmək, satış həc-
mini  artırmaq,  daha  ağıllı  yatırımlar  etmək  və  vaxtınızı 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
20 
daha səmərəli idarə etməkdə daxili intizamın nə qədər və 
nə üçün vacib olduğunu öyrənəcəksiniz. 
Nəhayət  üçüncü  hissənin  yeddi  başlığında,  daxili 
intizam sehrinin şəxsi həyata necə tətbiq edilməsini öyrə-
nəcəksiniz.  Xoşbəxtlik,  sağlamlıq,  ailə,  uşaq  tərbiyəsi  və 
dostluqda  daxili intizamın  tətbiq edilməsini  öyrənəcəksi-
niz. Həyatınızın və bütün sahələrdəki münasibətlərinizin 
keyfiyyətini artırmağı öyrənəcəksiniz. 
Hər  bir  hissədə  mən  sizə,  gördüyünüz hər  bir  işdə 
yüksək daxili intizam və özünüidarə tətbiq etməyi göstə-
rəcəm. Qarşıdakı səhifələrdə siz, şəxsi və peşəkar inkişafı-
nızı  idarə  etməyi  və  həyatınızın  hər  bir  sahəsində  daha 
güclü, daha xoşbəxt və özünə güvənən biri olmağın yolla-
rını  öyrənəcəksiniz.  Sizi  geri  dartan  köhnə  adətlərinizi 
tərgitməyi  və  onları,  məqsədinizə  nail  olmaq  üçün  lazım 
olan daxili intizam, özünüidarə və qətiyyət kimi adətlərlə 
əvəz etməyi öyrənəcəksiniz. Düşüncələrinizi, emosiyaları-
nızı və gələcəyinizi idarə etməyi öyrənəcəksiniz. 
Daxili  intizam  xüsusiyyətinə  yiyələndikdən  sonra 
siz,  təbiət  qüvvəsi  kimi  qarşısıalınmaz  olacaqsınız.  Bir 
daha  inkişaf  etmədiyinizə  görə  bəhanələr  gətirməyəcək-
siniz.  Cəmisi  bir  neçə  ay  ərzində  adi  insanların  bütün 
ömürləri  boyu  əldə  etdiyindən  daha  çox  nailiyyət  əldə 
edəcəksiniz.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
21 
 
 
 
 
 
I KİTAB 
 
 
Daxili İntizam və Şəxsi müvəffəqiyyət. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Buradakı  yeddi  başlıqda  siz,  məqsədlər  qoymaq, 
xarakterinizi  gücləndirmək,  daha  məsuliyyətli  olmaq, 
gördüyünüz hər bir işi dəqiqliklə sonuna çatdırmaq kimi 
xüsusiyyətlər  də  daxil  olmaqla,  şəxsi  həyatınızda  daxili 
intizamdan  istifadə  edərək  şəxsi  həyatınızın  potensialını 
daha da artırmağı öyrənəcəksiniz.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
22 
I HİSSƏ 
Daxili-İntizam və Uğur 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin