Bronxýal astma üZR? KlýNÝk töVSÝY? L? R



Yüklə 262,11 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix09.03.2017
ölçüsü262,11 Kb.
#10811
1   2

II komponent: Risk faktorlarının aşkar edilməsi  

və onların təsirinin azaldılması 

 

Triggerlərin  – astmanın kəskinləşməsinə  səbəb olan faktorların – 

aşkar edilməsi və onlara nəzarət edilməsi astmanın müvəffəqiyyətli 

müalicəsi üçün çox vacibdir. Xəstəni  əhatə edən mühitdə triggerlərin 

olmaması BA simptomlarının profilaktikasına kömək edir, dərmanlara 

olan ehtiyacı azaldır. BA-nın kəskinləşməsinə  səbəb olan allergen və 

çirkləndirici maddələrdən  ən çox yayılanları bunlar hesab olunur: yataq 

gənəsi, heyvanların xəzi və s. allergenləri, tarakanlar, bitki tozcuqları, kif, 

məişət sobalarının tüstüsü. Virus infeksiyası, fiziki gərginlik, qida 

allergenləri, aspirin və digər qeyri-steroid iltihab əleyhinə preparatlar, β-

blokatorlar və s. də BA-nın triggerlərinə aid edilir. 

Yataq gənəsi – ev tozunun ən əhəmiyyətli komponentini təşkil edir. 

Gənələr mikroskopik ölçülərə malikdirlər. Onlar heç bir xəstəlik 

törətmir və yoluxdurmurlar. Insan dərisinin ifrazatları ilə qidalanır və 

döşəklərdə, yorğanlarda, xalçalarda, yumşaq mebeldə, pərdələrdə və toz 

kollektorları adlandırılan digər yerlərdə külli miqdarda aşkar edilirlər. 

Rütubətli və isti mühitdə onlar xüsusilə sürətlə çoxalırlar. Erkən uşaqlıq 

dövründə ev tozu allergenlərinin təsirinə  məruz qalmaq BA-nın 

inkişafına imkan yaradır. 



Profilaktika: Hər 7-10 gündən bir yataq ağlarını temperaturu 60ºС-dən 

yüksək olan qaynar suda yumaq lazımdır. Döşəkləri, yorğanları  və 

balışları vaxtaşırı günə vermək lazımdır. Yataq dəstləri qalın, 

kraxmallanmış parçadan olmalıdır. Ən yaxşısı xüsusi allergiya əleyhinə 

yataq dəstlərindən istifadə etməkdir. Xalçaları, palazları, yumşaq 

oyuncaqları, müqəvvaları, parçadan üz çəkilmiş mebelləri evdən (heç 

olmasa yataq otağından) kənarlaşdırmaq, müntəzəm olaraq mənzildə 

quru və yaş  təmizləmə aparmaq, otaqların havasını tez-tez dəyişmək 

lazımdır. 

Heyvanların allergenləri (pişiklər, itlər, ev dovşanları, dağsiçanları 

və s.) çox zaman BA üçün risk faktorları təşkil edir. 



Profilaktika:  Heyvanları evdən və ya heç olmasa yataq otağından 

kənarlaşdırmaq, mənzildə yaş  təmizləmə aparmaq və hava 

təmizləyicisindən istifadə etmək lazımdır. 

Tütün tüstüsü risk faktorudur – həm xəstə siqareti özü çəkdikdə, 

həm də  ətrafdakıların çəkdiyi siqaretin tüstüsünü udduqda. Tütün 

tüstüsü  uşaqlarda sensibilizasiya riskini artırır, xəstələrdə isə 

simptomların ağırlaşmasına gətirib çıxara bilir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

14

Profilaktika: Siqaret çəkmək olmaz. Xəstənin  ətrafındakı  şəxslər də 

siqaret çəkməməlidirlər (heç olmasa otaqda). Siqaret çəkilən ictimai 

yerlərə getməyin. 



Tarakan allergeni çox zaman BA üçün trigger rolunu oynayır. 

Profilaktika: Mənzili müntəzəm olaraq əsaslı surətdə təmizləmək, xəstə 

evdə olmadığı zaman insektisidlərdən istifadə etmək.  İnsektisidlərdən 

istifadə olunduqdan sonra xəstə evə  gələnə  qədər mənzilin havasını 

dəyişmək və hava təmizləyicisini işə salmaq lazımdır. 



Kif, digər göbələk sporları  və bitki tozcuqları  əksər xəstələrdə 

BA-nın kəskinləşməsinə  gətirib çıxarır və ya xəstəliyin yeganə  səbəbini 

təşkil edir.  

Profilaktika:  Havada  bitki tozcuqlarının və sporların yüksək 

konsentrasiyası zamanı  pəncərələri bağlamaq və qapalı  məkandan 

çıxmamaq. Hava təmizləyicisindən istifadə olunduqda bu tədbirlər daha 

çox kömək edir. 



Odunların yandırılmasından  əmələ  gələn tüstüdə  və digər ev 

mənşəli çirkləndirici maddələrdə 

qiciqlandırıcı hissəciklər 

mövcuddur.  

Profilaktika:  Bütün tüstü bacalarını çölə  çıxarmaq, otaqların havasını 

tez-tez dəyişmək, məişət aerozollarından istifadə etməmək (o cümlədən 

mebelin pardaxlanması üçün), hava təmizləyicisindən istifadə etmək. 

Soyuqdəymələr və respirator virus infeksiyaları  BA-nın 

kəskinləşməsinə (xüsusilə uşaqlarda) səbəb ola bilər. 



Profilaktika: Kəskin respirator virus infeksiyalarının profilaktikası üçün 

ümumi qəbul olunmuş  tədbirlər, bədənin möhkəmləndirilməsi, orta və 

ağır dərəcəli astmalı  xəstələrdə  hər il qrip əleyhinə vaksinasiya 

aparmaq. Soyuqdəymənin ilk əlamətləri meydana çıxdıqda inhalyasion 

β

2-

aqonistlərdən



 

istifadə etmək, peroral qlükokortikosteroidlərlə 

müalicəyə daha erkən başlamaq. BA-nın simptomlarına tam nəzarəti 

təmin etmək üçün iltihab əleyhinə müalicəni bir neçə  həftə  ərzində 

davam etdirmək. Keçirilmiş infeksiyadan sonra bir neçə  həftə  ərzində 

BA-nın simptomlarının güclənməsi müşahidə oluna bilər. 



Fiziki hərəkətlər  BA-lı  xəstələrin  əksəriyyətində trigger rolunu 

oynayır. 



Profilaktika: Düzgün seçilmiş müalicə zamanı BA-lı  xəstələrin 

əksəriyyəti fiziki hərəkətlərlə (o cümlədən qaçış  və digər idman 

yarışları) tam şəkildə  məşğul ola bilər. Hərəkətlərə başlamazdan  əvvəl 

qısa və ya uzunmüddətli təsirə malik β

2

-aqonistlərin, yaxud natrium-



kromoqlikatın qəbulu (İQK-dən müntəzəm istifadə edilməsi fonunda) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

15

astma simptomlarının profilaktikası üçün ən effektiv vasitə hesab 



olunur. Digər triggerlərdən fərqli olaraq fiziki hərəkətlərdən imtina 

etmək lazım deyil. 



β-adrenoblokatorlar və qeyri-steroid iltihab əleyhinə 

preparatlar (aspirin) BA-nın kəskinləşməsinə səbəb ola bilər, ona görə 

də bu preparatlardan istifadəni istisna etmək lazımdır. 



Qida allergenləri və konservantlar (asetilsalisil turşusunun 

törəmələri) çox zaman BA-nın  əmələ  gəlməsinin və ya 

kəskinləşməsinin səbəbi kimi çıxış edir. Qida gündəliyinin aparılması 

bu risk faktorlarının aşkar edilməsinə  və sonradan "günahkar" qida 

məhsulu və ya DV-nin eliminasiyasına kömək edir. 

 Triggerlərlə kontaktın azaldılması  həyat tərzinin dəyişdirilməsi ilə 

bağlıdır, bu isə bəzi xəstələr və ya onların ailələri üçün çətinlik törədə 

bilər. Astma triggerləri ilə kontaktın azaldılmasının  ən  əlverişli 

üsullarını tapmaq üçün pasiyentlə fərdi iş aparmaq lazımdır. Sevimli ev 

heyvanından ayrılmaq bütün ailə üçün problem yarada bilər, ancaq 

heyvanı, heç olmasa həyətə köçürmək və ya yataq otağından 

kənarlaşdırmaq mümkündür. Yenidoğulan uşağın gənə ilə kontaktı 

astmanın inkişafına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, 

uşağın doğulması onsuz da yaşayış tərzinin dəyişməsinə səbəb olur, ona 

görə də bu dövrdə lazımi qoruyucu tədbirlərin görülməsi daha asan başa 

gəlir. Heyvanların kənarlaşdırılması, hava təmizləyicisindən və allergiya 

əleyhinə yataq dəstlərindən istifadə edilməsi, yataq ağlarının tez-tez 

qaynar suda yuyulması  bəzən çətinlik törədə bilər, buna baxmayaraq 

ailələr bu cür həyat tərzinə əməl etməlidirlər. 

 

III komponent: Astmanın qiymətləndirilməsi,  

müalicəsi və müşahidə olunması 

 

ASTMAYA HANSI SƏVİYYƏDƏ NƏZARƏT EDİLDİYİNİN 



QİYMƏTLƏNDİRİLMƏSİ 

 

 



Сari müalicə planının tərtib olunması, müalicə rejiminə nə dərəcədə 

əməl edildiyinin qiymətləndirilməsi, həmçinin astmaya nəzarətin 

səviyyəsinin müəyyən edilməsi üçün hər bir pasiyent müşahidə altında 

saxlanmalıdır. Yaxşı  nəzarət edilən, hissəvi nəzarət edilən və  nəzarət 

edilməyən astmanı ayırd etmək üçün astmanın təsnifatı bölməsində sadə 

sxem verilmişdir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

16

YAXŞI NƏZARƏT SƏVİYYƏSİNƏ NAİL OLMAQ ÜÇÜN 



MÜALİCƏ 

 

 



Hər bir pasiyentə,  Cədvəl  №4-də göstərilmiş beş müalicə 

"pilləsindən" birinə uyğun gələn müalicə  təyin edilməlidir. Pasiyentin 

vəziyyəti nə  qədər ağırdırsa, müalicə pilləsi də bir o qədər yüksək 

olmalıdır. Astmaya yaxşı  nəzarətin  əldə edildiyi ən aşağı müalicə 

pilləsini seçmək lazımdır. Əgər seçilmiş müalicə pilləsində astmaya pis 

nəzarət olunursa, o zaman bir pillə yuxarı qalxmaq lazımdır. Astma 

tutmalarının müalicəsi ayrıca işıqlandırılacaqdır. 

 Ehtiyac 

yarandığı zaman hər bir müalicə pilləsində təxirəsalınmaz 

terapiya vasitələri  təyin olunur. Bu vasitələr qısa zamanda tənəffüs 

yollarının sərbəstliyini təmin edir və astmanın simptomlarını 

yüngülləşdirir (pasiyentin bu qrupdan olan preparatlardan nə  qədər 

istifadə etdiyinə diqqət yetirmək lazımdır, onların müntəzəm və ya tez-

tez qəbul olunması astmaya pis nəzarət edildiyinin göstəricisidir). 

 Pasiyent, 

2-dən 5-ə  qədər olan müalicə pillələrində, həmçinin 

xəstəliyin gedişinə  nəzarət edən  dərmanlar qəbul edir. Bu dərmanlar 

iltihabi prosesi zəiflədir, simptomların  əmələ  gəlməsinin və tutmaların 

yaranmasının qarşısını alır. Hal-hazırda inhalyasion qlükokortiko-

steroidlər bu qrupdan olan ən effektiv dərmanlar hesab edilir. 

 

İlk dəfə astma diaqnozu qoyulmuş  və o vaxta qədər dərman qəbul 



etməmiş pasiyentlərdə müalicəni 2-ci pillədən başlamaq lazımdır (əgər 

simptomlar güclüdürsə, 3-cü pillədən). 



 

İnhalyasion dərmanlara daha çox üstünlük verilir, çünki belə 

yeridilmə üsulunda dərman maddələri birbaşa tənəffüs yollarına 

çatdırılır. Nəticədə sürətli və daha güclü terapevtik effekt əldə edilir, 

həmçinin digər orqan və sistemlərə əlavə təsir göstərilməsi azalır. Hal-

hazırda dozalaşdırılmış aerozol inhalyatorları (DAİ), dozalaşdırılmış toz 

inhalyatorları (DTİ) və nebulayzerlər daha çox yayılmışdır. 

Speyserlərdən istifadə olunması inhalyatorların işlədilməsini 

asanlaşdırır, DV-lərin ağ ciyərlərə çatdırılmasını yaxşılaşdırır, ağız və 

udlaq boşluğuna təsiri azaldır, yerli və ümumi əlavə  təsirlərin 

səviyyəsini aşağı salır (xüsusilə İQK-lərin tətbiqi zamanı). 

 Müxtəlif inhalyatorların tətbiq edilməsi zamanı fərqli texnikalardan 

istifadə olunur. Pasiyentlərə  və ya onların valideynlərinə  (əgər 

pasiyentlər uşaqdırsa) inhalyasiya üçün vasitələrdən istifadə etməyi 

öyrətmək, həmçinin hər bir həkim qəbulu zamanı onlardan öz 

vərdişlərini nümayiş etdirməyi xahiş etmək lazımdır.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


Cədvəl №4. ASTMANIN MÜALİCƏ PİLLƏLƏRİ 

1-ci pillə 

2-ci pillə 

3-cü pillə 

4-cü pillə 

5-ci pillə 

Pasiyentin maarifləndirilməsi 

Ətraf mühitin təsirlərinə nəzarət

 

Ehtiyac 



yarandıq-

da, sürətli 

təsirə 

malik β


2

-

aqonist 



Ehtiyac yarandıqda, sürətli təsirə malik β

2

-aqonist 



Birini seçin 

Birini seçin 

Birini və ya 

daha çoxunu 

əlavə edin 

Birini və ya hər 

ikisini əlavə edin 

Aşağı dozalı 

İQK 

Aşağı dozalı 



İQK + 

uzunmüddətli 

təsirə malik β

2

-



aqonist 

Orta və ya 

yüksək 

dozalı İQK 



+ uzunmüd-

dətli təsirə 

malik β

2

-



aqonist 

Peroral QK-lər 

(ən aşağı 

dozalarda) 

Antileykotri-

yen preparatı 

(reseptorların 

antaqonisti 

və ya sintetik 

inhibitor) 

Orta və ya 

yüksək dozalı 

İQK 

Antileyko-



triyen 

preparatı 

Anti-IgE 

müalicəsi 

 

Aşağı dozalı 



İQK + 

antileykotriyen 

preparatı 

Yavaş xaric 

olunan 

teofillin 



 

Xəstəliyin 

gedişinə 

nəzarət 


edən 

dərman-


ların 

seçilməsi 

 

Aşağı dozalı 



İQK + yavaş 

xaric olunan 

teofillin 

 

 



 

17

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

18

Tez bir zamanda tənəffüs yollarının sərbəstliyini təmin edən və 



astmanın simptomlarını yüngülləşdirən alternativ dərman preparatlarına 

inhalyasion antixolinergiklər, qısamüddətli təsirə malik peroral β

2

-

aqonistlər, uzunmüddətli təsirə malik bəzi peroral β



2

-aqonistlər və 

qısamüddətli təsirə malik teofillin daxildir. Əgər müntəzəm İQK qəbulu 

ilə müşayiət olunmursa, qısa və ya uzunmüddətli təsirə malik β

2

-

aqonistlərin müntəzəm şəkildə təyini tövsiyə edilmir. 



 

NƏZARƏT SƏVİYYƏSİNİN MÜŞAHİDƏ ALTINDA SAXLANMASI 

 

 Daimi 


müşahidə astmanın nəzarətdə saxlanmasının əsasını təşkil 

edir, ən aşağı müalicə pilləsini seçməyə və dərmanların minimal 

dozalarından istifadə etməyə imkan verir. 

 Adətən pasiyent ilkin müraciətdən sonrakı 1-3 ay ərzində, bundan 

sonra isə hər növbəti 3 aydan bir müayinə olunur. Astma tutmasından 

sonra pasiyent 2 həftədən 1 aya qədər olan müddət ərzində müşahidə 

altında saxlanmalıdır. 

 

Hər həkim qəbulu zamanı pasiyentə aşağıdakı sualları (Cədvəl №5) 



vermək lazımdır: 

 

Cədvəl №5 



ASTMA ÜZƏRİNDƏ NƏZARƏT PLANI GÖZLƏNİLƏN MƏQSƏDLƏRƏ 

CAVAB VERİRMİ? 

Pasiyentdən soruşun: 

Astma sizi gecə oyanmağa 

məcbur edirmi? 

Təxirəsalınmaz terapiya 

vasitələrindən həmişəkindən 

daha çox istifadə etməyinizə 

ehtiyac yaranıbmı? 

Hər hansı təcili tibbi yardım 

göstərilməsinə ehtiyacınız 

olubmu? 

Nəfəsvermənin maksimal sürəti 

sizə məxsus ən yaxşı səviyyədən 

aşağı olubmu? 

Siz özünüzün adi fiziki 

hərəkətlərinizi yerinə 

yetirirdinizmi? 

Bu tədbirləri nəzərdən keçirin: 

Zərurət yarandıqda dərmanların təyini və 

astmaya nəzarət planını  tənzimləyin (bir pillə 

yuxarı  və ya aşağı).  İlk növbədə onların 

pasiyentin vəziyyətinə uyğun gəlib-gəlmədiyinə 

diqqət yetirin. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

19

 



PASİYENT İNHALYATOR, SPEYSER VƏ YA PİKFLOUMETRLƏRDƏN 

DÜZGÜN İSTİFADƏ EDİRMİ? 

 

Pasiyentdən xahiş edin: 



Zəhmət olmasa, dərmanlarınızı 

necə qəbul etdiyinizi nümayiş 

etdirin.  

Bu tədbirləri nəzərdən keçirin: 

Düzgün texnikanı nümayiş etdirin. Pasiyentdən 

dərman qəbulunu yenidən göstərməyi xahiş 

edin. 


PASİYENT, ASTMAYA NƏZARƏT PLANINA UYĞUN ŞƏKİLDƏ 

DƏRMANLARINI QƏBUL EDİR VƏ RİSK FAKTORLARININ 

TƏSİRİNDƏN KƏNARLAŞMAĞA ÇALIŞIRMI?   

Pasiyentdən soruşun (misal 

üçün): 

Müalicə planını tərtib edə 

bilməyimiz üçün, zəhmət 

olmasa, söyləyin, faktiki olaraq 

siz dərmanları nə qədər tez-tez 

qəbul edirsiniz? 

Astma üzərində nəzarət planını 

yerinə yetirərkən və dərmanları 

qəbul edərkən hansı 

problemlərlə üzləşirsiniz? 

Son bir ay ərzində özünüzü 

yaxşı hiss etməyinizlə əlaqədar 

dərmanların qəbulunu 

dayandırmısınızmı? 

Bu tədbirləri nəzərdən keçirin: 

Planı elə tənzimləyin ki, praktik istifadə üçün 

daha rahat olsun. Planın yerinə yetirilməsi 

qarşısındakı maneələri aradan qaldırmaq üçün 

problemləri pasiyentlə birlikdə həll edin. 

PASİYENTDƏ HƏR HANSI NARAHATLIQ HİSSİ VARMI?

 

Pasiyentdən soruşun: 



Sizdə xəstəliyinizlə, 

dərmanlarla və ya astmaya 

nəzarət planı ilə bağlı hər 

hansı narahatlıq hissi varmı? 

Bu tədbirləri nəzərdən keçirin: 

Narahatlıq hissini azaltmaq üçün əlavə izahat 

aparın və maneələri dəf etməyin yollarını 

müzakirə edin. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

20

Müalicənin dəyişdirilməsi: 

 



 



Əgər cari müalicə ilə astmaya nəzarət edilmirsə, o zaman 

müalicədə bir pillə yuxarı qalxmaq lazımdır. Adətən bir ay ərzində 

yaxşılaşma baş verir. Ancaq ilk növbədə  dərmanların qəbuluna – 

texnikanın düzgünlüyü və  təyinata uyğunluğu, həmçinin risk 

faktorlarının təsirindən kənar olmağa diqqət yetirmək lazımdır. 

 

Əgər astmaya hissəvi nəzarət edilirsə, o zaman müalicədə bir pillə 



yuxarı qalxmaq imkanını gözdən keçirmək lazımdır. Bu zaman 

daha effektiv müalicə vasitələrinin seçilməsinin mümkünlüyü, 

onların təhlükəsizliyi və qiyməti, o cümlədən pasiyentin əldə 

edilmiş  nəzarət səviyyəsindən razı olub-olmaması  nəzərə 

alınmalıdır. 

 



Əgər minimum 3 ay ərzində astmaya yaxşı  nəzarət olunursa, o 

zaman müalicədə bir pillə aşağı keçmək və dərmanların qəbulunu 

tədricən, mərhələli şəkildə azaltmaq lazımdır. Məqsəd – dərmanların 

qəbulunu astma üzərində  nəzarəti saxlamaq üçün zəruri olan 

minimal aşağı səviyyəyə qədər azaltmaqdan ibarətdir. 

IV komponent: Kəskinləşmələrin (tutmaların) müalicəsi 

 Astmanın kəskinləşməsi (tutma) vəziyyətində tədricən təngnəfəslik, 

öskürək, xırıltılar, yaxud döş qəfəsinin sıxılması hissi güclənir və ya bu 

simptomların kombinasiyası müşahidə olunur. 

 Tutmanın ciddiliyinə  qiymət verməmək düzgün deyil, ağır astma 

tutması həyat üçün təhlükə təşkil edə bilər. Tutmanın müalicəsi diqqətli 

müşahidə altında həyata keçirilir. 

 

Ağır astma tutmasının  aşağıdakı  əlamətləri müşahidə edilərsə, 

hospitalizasiya tələb olunur: 

 



Sakit vəziyyətdə pasiyentdə  zəifləmiş  və ya çətinləşmiş  tənəffüs 

qeyd edilir, o qabağa  əyilərək oturmuşdur (məcburi vəziyyət), 

danışarkən cümlə qurmaqdan çox qısa ifadələrdən istifadə edir 

(körpələr yeməkdən imtina edir). Pasiyent həyəcanlı, yuxulu və ya 

qorxmuş ola bilər. Onda bradikardiya və ya tənəffüsün tezləşməsi 

(dəqiqədə 30 dəfədən çox) müşahidə edilir. 

 

Fışıltılı güclü xırıltılar var və ya xırıltı yoxdur. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

21



 

Nəbz dəqiqədə 120 döyüntüdən çoxdur (körpələrdə  dəqiqədə 160 

döyüntüdən artıqdır) 

 



Başlanğıc müalicədən sonra belə NMS ən yaxşı  fərdi göstəricinin, 

yaxud proqnozlaşdırılan göstəricinin 60%-dən azını təşkil edir. 

 

Pasiyent çox yorğun və halsızdır. 



 

Bronxodilyatorun təyin edilməsindən sonra sürətli,  ən azı 3 saat 



davam edən, aşkar reaksiya yoxdur. 

 



Peroral qlükokortikosteroidlərlə müalicənin başlamasından sonrakı 

2-6 saat ərzində yaxşılaşma baş vermir.  

 

Pasiyentin vəziyyəti get-gedə pisləşir. 



Yüngül tutmalar NMS-nin 20%-dən az aşağı düşməsi, gecə 

oyanmaları  və sürətli təsirə malik β

2

-aqonistlərdən istifadənin artması 



ilə müəyyən olunur. Əgər pasiyentdə astmaya nəzarət etmək üçün fərdi 

fəaliyyət planı varsa və orada pillələr üzrə müalicə təsvir olunmuşdursa, 

o zaman yüngül tutmalar adətən ev şəraitində müalicə edilir. 

Orta ağırlıqlı tutmalar stasionar şəraitində müalicə aparılmasını tələb 

edə bilər. Ağır tutmalar isə, demək olar ki, həmişə stasionarda müalicə 

olunur. 


Astma tutmaları təxirəsalınmaz müalicə tələb edir: 

 



Adekvat dozalarda sürətli təsirə malik inhalyasion β

2

-aqonistlər 



təyin etmək lazımdır. (Müalicəyə ilk saat ərzində hər 20 dəqiqədən 

bir 2-4 inhalyasiya etməklə başlayın; bundan sonra yüngül 

kəskinləşmələr hər 3-4 saatdan bir 2-4 inhalyasiya, orta dərəcəli 

kəskinləşmələr isə hər 1-2 saatdan bir 6-10 inhalyasiya tələb edir). 

 

Orta dərəcəli və  ağır astma tutmaları zamanı peroral 



qlükokortikosteroidlərin (24 saat ərzində 0,5-1 mq/kq prednizolon 

və ya onun ekvivalenti) erkən tətbiq edilməsi iltihabı azaldır və 

bərpa prosesini sürətləndirir. 

 



Əgər pasiyentdə hipoksiya varsa, o zaman tibb mərkəzlərində və ya 

xəstəxanalarda ona oksigen vermək lazımdır (95%-li О

2

-dən istifadə 



edin). 

 



Hospitalizasiyaya daha az ehtiyac olduqda və NMS ilə GNH

1

 



göstəricilərinin yaxşılaşması müşahidə edildikdə,  β

2

-aqonist və 



antixolinergikin kombinasiyasından istifadə olunur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

22



 

Əgər metilksantinlər yüksək dozalı inhalyasion β

2

-aqonistlərə əlavə 



olaraq təyin edilirsə, onların istifadə olunması tövsiyə edilmir. 

Ancaq inhalyasion β

2

-aqonistlərin olmadığı  şəraitdə teofillindən 



istifadə edilə bilər. 

Astma tutmaları zamanı  aşağıdakı müalicə növlərinin tətbiq 

edilməsi tövsiyə olunmur

 



Sedativ preparatlar (qəti şəkildə çəkinmək lazımdır) 

 



Mukolitiklər (bronxoobstruksiyanı gücləndirə bilərlər) 

 



Döş qəfəsinə fiziki təsir/ fizioterapiya (pasiyentdə diskomfortu artıra 

bilər) 


 

Yaşlılarda və böyük yaşlı uşaqlarda çoxlu maye qəbulu (kiçik yaşlı 



uşaqlar və körpələr üçün lazım gələ bilər) 

 



Antibiotiklər (tutmaların müalicəsi üçün tətbiq olunmur, ancaq 

pasiyentdə eyni zamanda pnevmoniya və ya bakterial infeksiya, 

məs. sinusit, varsa, təyin edilə bilər) 

 



Epinefrin/adrenalin – anafilaksiya və ödemlərin (Kvinke ödemi) 

təcili müalicəsi üçün təyin edilə bilər, ancaq astma tutmalarının 

müalicəsində istifadə olunmur. 

 



Ağır astma tutmaları zamanı uzunmüddətli təsirə malik (yavaş xaric 

olunan) preparatların istifadəsi tövsiyə olunmur. 

 

  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

BRONXİAL ASTMALI PASİYENTLƏRƏ GÖSTƏRİLƏN 

YARDIMIN ÜMUMİ ALQORİTMİ 

Astmalı xəstələrin 

aşkar edilməsi 

Pikfloumetriya 

Nəzarətə götürmə 

Anamnezin toplanması, risk faktorlarının aşkar edilməsi 

Ağırlıq dərəcəsinin 

qiymətləndirilməsi 

Müalicə proqramının tərtibi 

Pasiyentlərə yazılı müalicə planının verilməsi 

“Təcili yardım”dan 

daxil olan məlumatlar 

Stasionardan 

göndərişlər 

Skrininq 

Müalicə planına yenidən 

baxılması 

Sonrakı müşahidə 

Hospitalizasiya 

Müalicə planına 

dəyişikliklər edilməsi 

üçün mütəxəssisin 

qəbuluna göndəriş 

Nəzarət 


edilən 

astma 


Nəzarət 

edilməyən 

astma 

Effekt 


yoxdur 

Pasiyentlərin və onların ailə üzvlərinin maarifləndirilməsi 

 

23

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

24

ƏLAVƏ 



Astmanın müalicəsində istifadə olunan dərman preparatları 

Cədvəl №6 

1. XƏSTƏLİYİN GEDİŞİNƏ NƏZARƏT ÜÇÜN DƏRMANLAR 

Preparat Dozası 

Əlavə təsirləri 

Şərhlər 

İnhalyasion 

qlükokortikosteroidlər 

Beklometazon 

Budesonid       

Flutikazon 

 

 

 

 

 

 

 

 

İQK: Başlanğıc 

doza astmaya 

nəzarətin 

səviyyəsindən 

asılıdır. Tədricən, 2-

3 aydan sonra, 

astmaya yaxşı 

nəzarətin əldə 

edildiyi minimal 

dozaya qədər 

azaldılır.               



(İQK-ların dozaları 

ayrıca cədvəldə 

verilmişdir).  

 

 

 

 

 

İQK: Yüksək gündəlik 

dozalar dərinin 

nazikləşməsinə və 

qançırların əmələ 

gəlməsinə, nadir 

hallarda isə böyrəküstü 

vəzlərin fəaliyyətinin 

zəifləməsinə gətirib 

çıxarır. Yerli əlavə 

təsirlər – səsin 

tutulması, ağız və udlaq 

boşluğunun kandidozu. 

Orta və aşağı dozalar 

uşaqlarda boy artımının 

əhəmiyyətsiz dərəcədə 

ləngiməsinə səbəb ola 

bilər. Ancaq böyük 

yaşda gözlənilən boy 

ölçüsünə çatmalarına 

təsiri müşahidə 

olunmamışdır.

 

İQK: Əlavə 

təsirlər 

yaranmasının 

potensial, ancaq 

kiçik riski 

effektiv olmaları 

ilə 

tarazlaşdırırlır. 



DAİ-lər üçün 

klapanları olan 

dəstəkli 

kameralar və 

DTİ-lərin 

istifadəsindən 

sonra ağzın 

yaxalanması oral 

kandidozların 

əmələ gəlmə 

riskini aşağı 

salır. 


 

Sistem 

qlükokortikosteroidləri 

Tabletlər və ya siroplar:   



Hidrokortizon 

Metilprednizolon 

Prednizolon     

Prednizon 

Tabletlər və ya 

siroplar: Gündəlik 

nəzarət üçün 

istifadə edildikdə, 

minimal effektiv 

doza 5-40 mq 

prednizon 

ekvivalentinin 

səhərlər və ya 

günaşırı təyin 

edilməsidir. 

Tutmalar zamanı 

gündə 40-60 mq, bir 

və ya iki dəfəyə 

(yaşlılarda) və 

gündə 1-2 mq/kq 

(uşaqlarda). 



Tabletlər və ya 

siroplar: Uzunmüddətli 

istifadə osteoporoz, 

hipertoniya, diabet, 

katarakta, piylənmə, 

dərinin nazikləşməsi və 

əzələ zəifliyi, 

böyrəküstü vəzlərin 

fəaliyyətinin zəifləməsi 

və boy artımının 

ləngiməsinə gətirib 

çıxara bilər. Peroral 

qlükokortikosteroidlərin 

qəbulu zamanı gedişi 

pisləşən xəstəliklərin – 

məs: herpes, virus 

infeksiyaları, suçiçəyi, 

vərəm, hipertoniya, 

diabet və osteoporoz – 

olmasına diqqət yetirin. 

Tabletlər və ya 

siroplar: 

Uzunmüddətli 

istifadə zamanı – 

günaşırı səhər 

təyin edilməsi 

toksikliyin 

azalmasına 

gətirib çıxarır.  

"Zərbə" 

dozalarından     

3-10 gün ərzində 

qısamüddətli 

istifadə astmaya 

nəzarətin tez bir 

zamanda əldə 

edilməsinə 

gətirib çıxarır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

25

Kromonlar 

İnhalyasion:        

Natrium kromolin 

Nedokromil 

Natrium kromolin: 

DAİ – 2 və ya 5 mq,  

2-4 inhalyasiya 

gündə 3-4 dəfə. 

Nebulayzer –  20 

mq gündə 3-4 dəfə. 



Nedokromil: DAİ – 

2 mq/inhalyasiya,  

2-4 inhalyasiya 

gündə 2-4 dəfə. 

Minimal əlavə təsirlər. 

İnhalyasiyadan sonra 

öskürək yarana bilər. 

Maksimal effekt 

əldə etmək üçün 

4-6 həftə lazım 

gələ bilər. Hər 

gün və tez-tez 

istifadə etmək 

tələb olunur. 

Bəzi pasiyentlər 

preparatın 

dadının 

xoşagəlməz 

olduğunu qeyd 

edirlər. 



Uzunmüddətli təsirə 

malik β

2

-aqonistlər  

İnhalyasion:  Formoterol 



(F) Salmeterol (Sm) 

Yavaş xaric olan 

tabletlər:        

Salbutamol (S) 

Terbutalin (T) 

İnhalyasiya: DTİ-

F: 1 inhalyasiya (12 

mkq) gündə 2 dəfə.     

DAİ-F: 2 

inhalyasiya gündə 2 

dəfə.              DTİ-

Sm: 1 inhalyasiya 

(50 mkq) gündə 2 

dəfə.     DAİ-Sm: 2 

inhalyasiya gündə 2 

dəfə. 

Tabletlər:                   

S: 4 mq/hər 12 saat    

T: 10 mq/hər 12 

saat  


İnhalyasiya: 

Tabletlərin təyin 

olunmasına nisbətən 

daha az və əhəmiyyətsiz 

əlavə təsirlər. 

Müntəzəm terapiya 

üçün istifadə edildikdə 

bu təsirlər ağır astma 

tutmaları və ölüm 

halları riskinin artması 

ilə əlaqədardır. 

Tabletlər: Taxikardiya, 

narahatlıq, skelet 

əzələlərinin tremoru, 

baş ağrısı, 

hipokaliemiyaya səbəb 

ola bilər. 



İnhalyasiya: 

Kəskin 


tutmaların 

müalicəsi zamanı 

Salmeterol-dan 

istifadə etmək 

OLMAZ. 

Nəzarətedici 



müalicədə onu 

monoterapiya 

şəklində deyil, 

İQK-lərlə 

müalicəyə əlavə 

olaraq təyin 

etmək lazımdır. 

Formoterol da 

oxşar təsirə 

malikdir, ancaq 

ehtiyac 

yarandıqda 

ondan kəskin 

simptomların 

müalicəsində 

istifadə etmək 

olar. 

Tabletlər: 

Yavaş xaric olan 

teofillin qədər 

effektivdirlər. 

Onların İQK-

lərlə müalicəyə 

əlavə olaraq 

təyin edilməsi 

haqqında 

məlumatlar 

yoxdur.  

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

26

Kombinasiya olunmuş 



preparatlar 

İnhalyasion:   QK + 

uzunmüddətli təsirə 

malik β


2

-aqonistlər  



Flutikazon +  Salmeterol 

(F/S) 

Budesonid + 

Formoterol(B/F) 

DTİ-F/S: 100, 250 

və ya 500 mkq + 50 

mkq - 1 inhalyasiya 

gündə 2 dəfə.              

DAİ-F/S: 50, 125 və 

ya 250 mkq + 25 

mkq - 2 inhalyasiya 

gündə 2 dəfə. 

DTİ-B/F: 100 və ya 

200 mkq + 6 mkq - 

1 inhalyasiya gündə 

2 dəfə.                      

DAİ-B/F:  80 və ya 

160 mkq + 4,5 mkq 

- 2 inhalyasiya 

gündə 2 dəfə.              

Kombinasiya olunmuş 

preparatların ayrı-ayrı 

komponentləri üçün 

təsvir edilmişlərlə 

eynidir. 

 

Orta və ağır 



davamlı astma 

zamanı İQK-

lərin dozasını iki 

dəfə artırmağa 

nisbətən 

preparatların 

kombinasiya 

edilməsi daha 

effektivdir. 

Kombinasiya 

olunmuş 

preparatların 

dozası astmaya 

nəzarətin 

səviyyəsindən 

asılıdır. 



Metilksantinlər 

Yavaş xaric olan: 



Teofillin 

Başlanğıc doza 

gündə 10 mq/kq, 

müntəzəm 

maksimal doza 

gündə 800 mq – bir 

və ya iki dəfəyə. 

Tez-tez mədə bulanması 

və qusma müşahidə 

olunur. Daha yüksək 

seroloji 

konsentrasiyalarda 

ürəkkeçmə, taxikardiya 

və aritmiya kimi ciddi 

əlavə təsirlər meydana 

çıxır. 


Teofillin-in 

səviyyəsini tez-

tez nəzarətdə 

saxlamaq tələb 

olunur. 

Preparatın 

sorulması və 

metabolizminə 

bir çox faktorlar, 

o cümlədən 

yüksək qızdırma 

təsir göstərə 

bilər. 

Antileykotriyen 

preparatları  

Montelukast (M) 

Pranlukast (P) 

Zafirlukast (Z) 

Yaşlılar:                    

M – 10 mq 

yatmazdan əvvəl.        

P – 450 mq gündə 2 

dəfə.                            

Z – 20 mq gündə 2 

dəfə.                            

                            

Uşaqlar:                     

M – 5 mq 

yatmazdan əvvəl (6-

14 yaş).                       

M – 4 mq 

yatmazdan əvvəl (2-

5 yaş).                     

Z – 10 mq gündə 2 

dəfə (7-11yaş). 

Preparatların tövsiyə 

edilən dozalarda təyin 

edilməsi zamanı 

müəyyən mənfi 

təsirlərin yaranması 

haqqında məlumatlar 

yoxdur. Qara ciyər 

funksiyasına təsiri ilə 

bağlı bir neçə məlumat 

var. 

Bu preparatlar 



yüngül davamlı 

astması olan 

pasiyentlərdə 

daha effektivdir. 

Onlar İQK-lərə 

əlavə edildikdə 

müsbət təsir 

göstərirlər, ancaq 

uzunmüddətli 

təsirə malik 

inhalyasion         

β

2



-aqonistlər 

kimi effektiv 

deyillər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

27

İmmunomodulyatorlar 



Omalizumab            

Anti-IgE

 

Yaşlılar: Preparat 2 

və ya 4 həftədən bir 

dəri altına yeridilir. 

Doza çəkidən və 

IgE-nin 

konsentrasiyasından 

asılı olur. 

Daxil edilmə yerində 

ağrı və qançır (5-20 %), 

çox nadir hallarda 

anafilaksiya (0,1 %). 

2-8ºС 


temperaturda 

saxlanmalıdırlar. 

Bir nöqtəyə 

yeritmək üçün 

preparatdan 

maksimum 150 

mq təyin edilir. 

 

 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

28

Cədvəl №7 



2. ASTMA SİMPTOMLARINI QISA MÜDDƏTDƏ YÜNGÜLLƏŞDİRƏN 

TƏXİRƏSALINMAZ TERAPİYA DƏRMANLARI 

Preparat Dozası 

Əlavə təsirləri 

Şərhlər 

Qısamüddətli təsirə 

malik β

2

-aqonistlər  

Salbutamol        

Fenoterol      

Levalbuterol 

Metaproterenol 

Terbutalin 

Təsir gücündə 

fərqlər mövcuddur, 

ancaq bütün 

preparatların bir 

inhalyasiyasının 

effekti əsasən yaxın 

səviyyədədir. 

Ehtiyac yarandıqda 

simptomatik istifadə 

üçün və ya fiziki 

hərəkətlərdən əvvəl 

tətbiq etmək üçün – 

DAİ-nin 2 

inhalyasiyası  və ya 

DTİ-nin 1 

inhalyasiyası. Astma 

tutmaları zamanı hər 

2-4 saatdan bir 4-8 

inhalyasiya, tibbi 

müşahidə altında 3 

dəfə 20 dəqiqədən 

bir təyin edilə bilər. 

İnhalyasiya: 

Taxikardiya, skelet 

əzələlərinin tremoru, 

baş ağrısı və əsəbilik. 

Çox yüksək dozada 

hiperqlikemiya, 

hipokaliemiya. 

 

Tabletlər və ya 



siroplar şəklində 

daxilə tayin edilmə bu 

əlavə təsirlərin 

yaranması riskini 

artırır. 

Kəskin 


bronxospazm üçün 

seçim preparatıdır. 

Tablet və ya 

siroplara nisbətən 

inhalyasiya üsulu 

ilə daxil edildikdə 

daha tez təsir edir 

və daha effektivdir. 

Preparatdan 

istifadənin artması, 

əldə edilən effektin 

kifayət dərəcədə 

olmaması və ya bir 

ay ərzində bir 

qabdan artıq 

dərmanın sərf 

olunması astmaya 

pis nəzarət 

edildiyinin 

göstəricisidir. Buna 

uyğun olaraq 

astmanın 

uzunmüddətli 

müalicəsini 

tənzimləyin. Bir ay 

ərzində dərmandan 

≥ 2 qab istifadə 

edilməsi, ağır və 

həyat üçün təhlükəli 

astma tutmaları 

riskinin artması ilə 

bağlıdır. 



Antixolinergik 

preparatlar 

İpratropium     bromid 

(İB) 

Oksitropium bromid   

DAİ-İB: hər 6 

saatdan bir 4-6 

inhalyasiya, kritik 

vəziyyətlərdə hər 20 

dəqiqədən bir. 

Nebulayzer – 3 dəfə 

20 dəqiqədən bir, 

sonra isə hər 2-4 

saatdan bir. Yaşlılar 

üçün 500 mkq və 

uşaqlar üçün 250-

500 mkq.  

Ağızda yüngül 

quruluq hissi və ya 

xoşagəlməz dad. 

β

2

-aqonistlərin 



təsirinə əlavə effekt 

təmin edə bilər, 

ancaq təsiri gec 

başlayır. β

2

-

aqonistlərə 



dözümsüzlük 

nümayiş etdirən 

pasiyentlər  üçün 

alternativ vasitədir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

29

Qısamüddətli təsirə 



malik teofillinlər   

Aminofillin 

7 mq/kq zərbə 

dozası 20 dəqiqədən 

artıq müddət ərzində 

yeridilir, sonra isə 

0,1 mq/kq/saat 

olmaqla fasiləsiz 

infuziya davam 

etdirilir. 

Mədə bulanması, 

qusma, baş ağrısı. 

Daha yüksək seroloji 

konsentrasiyalarda 

ürəkkeçmə, 

taxikardiya və 

aritmiya müşahidə 

olunur. 

Teofillin-in 

səviyyəsi üzərində 

nəzarət tələb 

olunur. İnfuziya 

zamanı 12 və 24 

saatdan sonra 

seroloji səviyyəni 

yoxlayın, 10-15 

mkq/ml səviyyəsini 

saxlamağa çalışın. 

Epinefrin/adrenalin 

inyeksiya 



 

1:1000 məhlul –           

(1 mq/ml).                    

0,1 mq/kq-dan 0,3-

0,5 mq/kq-ya qədər.     

20 dəqiqədən bir 3 

dəfə təyin edilə 

bilər. 


Selektiv β

2

-



aqonistlərin tətbiqi 

zamanı yarananlara 

bənzər, ancaq daha 

güclü əlamətlər. 

Bundan başqa: 

hipertoniya, qızdırma, 

uşaqlarda qusma və 

hallüsinasiyalar. 

Əgər selektiv β

2

-



aqonistlərdən 

istifadə 

mümkündürsə, 

adətən astma 

tutmalarının 

müalicəsi üçün 

tövsiyə olunmur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

30

Cədvəl №8 



İQK-lərin dozaları 

Yaşlılar  

Gündəlik doza (mkq) 

Uşaqlar  

Gündəlik doza (mkq) 

Preparat 

Aşağı  

Orta 

Yüksək Aşağı Orta Yüksək 

Beklometazon  200-500 >500-

1000 


>1000-    

2000 


100-

200 


>200-

400    


>400 

Budesonid 

200-400 >400-

800 

>800-


1600 

100-


200 

>200-


400 

>400 


Flutikazon 

100-250 >250-

500 

>500-


1000 

100-


200 

>200-


500 

>500 


 

 

Cədvəl №9 



Uşaqlarda inhalyasiya üçün vasitələrin seçilməsi 

Yaş qrupu 

Üstünlük verilən vasitə Alternativ 

vasitə 

4 yaşdan aşağı 

DAİ və uyğun gələn      

speyser (üz maskası ilə) 

Üz maskası ilə 

nebulayzer 

4-6 yaş 

DAİ və uyğun gələn      

speyser (müştüklə) 

Üz maskası ilə 

nebulayzer 

6 yaşdan yuxarı       

(DAİ – 5 yaşdan 

yuxarı) 


Nəfəslə aktivləşdirilən     

DTİ və ya DAİ,          

yaxud speyserli DAİ 

Müştüklü nebulayzer 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

31

Ədəbiyyat: 

 

1.

 



Pocket Guide for Asthma Management and Prevention. Revised 

December 2006. Quick-reference guidelines of the Global 

Initiative for Asthma (GINA). 

2.

 



van der Molen T, Ostrem A, Stallberg B, Ostergaard MS, Singh 

R. International Primary Care Respiratory Group (IPCRG) 

Guidelines: management of asthma. Primary Care Respiratory 

Journal. 2006 Feb;15(1):35-47. 

3.

 

Баранов А. А. Руководство по амбулаторно-



поликлинической педиатрии. 2007, с304-320. 

4.

 



Bronchial Asthma. AIHA Clinical Practice Guideline for 

General Practitioners. 2002, Washington, DC. 

5.

 

Бронхиальная астма. "Клинические рекомендации. 



Педиатрия" 2005-2006, Москва 

6.

 



The National Asthma Education and Prevention Program 

(NAEPP) Expert Panel Report. Quick-reference Guidelines for 

the Diagnosis and Management of Asthma – Update on Selected 

Topics 2002.  

http://www.nhlbi.nih.gov/guidelines/asthma/asthsumm.htm

  

7.



 

Genevieve W. Ressel. NAEPP Updates Guidelines for the 

Diagnosis and Management of Asthma. American Family 

Physician Journal. Vol. 68/No. 1 (July 1, 2003) 

8.

 

Oregon Population Based Guidelines for Asthma. Portland, May, 



7 – 2001. 

9.

 



Национальная программа “Бронхиальная астма у детей. 

Стратегия лечения и профилактики.” Москва, 2006 

10.

 

Руководство по диагностике, лечению и профилактике 



бронхиальной астмы. Под редакцией ак. А.Г.Чучалина. 

Москва, 2005 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

32

11.



 

Медицинские стандарты (протоколы) диагностики и 

лечения больных с аллергическими заболеваниями и 

нарушениями иммунной системы. Под ред. акад. РАМН 

Р.М.Хаитова. Москва, 2001 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

Klinik

protokolla

baðlý

t?klif

v?

Az?rbaycan Respublikasý S?hiyy? Nazirliy

S?hiyy? v?  Ýslahatlar M?rk?zin? gönd?r? bil?rsiniz.

 

Ünvan:   Baký, H.Z?rdabi küç., 96 

Tel: 

431 -60-88 

Faks: 

430 -52-85 

Email:  office@isim.az  

iradlarýnýzý

inin Ýctimai

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

Document Outline

  • bronxial astma-A5-obloska.pdf
    • Страница 1
  • 27 Asthma Guidelines_A5_MarsV.pdf
  • arxa sehife A5.pdf
    • Страница 1
    • Страница 2

Yüklə 262,11 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin