Bronxoton şərbət bronchoton вeynəlxalq patentləşdirilməmiş adı



Yüklə 11,65 Kb.
Pdf görüntüsü
tarix15.03.2017
ölçüsü11,65 Kb.
#11479

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 



 

 

BRONXOTON     şərbət 

BRONCHOTON 

 

 

Вeynəlxalq patentləşdirilməmiş adı: Glaucine hydrobromide, Ephedrine hydrochloride, Basil oil. 



 

Tərkibi 

Təsiredici maddələr: 125 q şərbətin tərkibində 0,125 q qlausin-hidrobromid, 0,100 q efedrin-hidroxlorid, 0,125 

q adi reyhan yağı vardır. 



Köməkçi maddələr:  limon turşusu, saxaroza, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, tvin 80, 

96%-li etanol, təmizlənmiş su. 

 

Təsviri 

Spesifik qoxulu sarımtıl-qəhvəyi rəngli, şərbətəbənzər maye. 

 

Farmakoterapevtik qrupu 

Mərkəzi təsirli öskürəkəleyhinə dərman vasitəsi. Simpatomimetik. 

 

АТС kodu: R05DB20. 

 

Farmakoloji xüsusiyyətləri 

Bronxoton  şərbəti kombinəedilmiş  dərman vasitəsi kimi öskürəkəleyhinə  və bronxgenişləndirici təsirə 

malikdir. Qlausin-hidrobromid nəfəs almaya təsir etmədən öskürək mərkəzinin faallığını azaldır. Zəif 

bronxospazmatik və sekretor təsirə malikdir. 

Efedrin-hidroxlorid simpatomimetik vasitə, nəfəs almanı artırır, ödemi azaldır, bronxları genişləndirir. 

Adi reyhan yağı iltihab əleyhinə və zəif antiseptik təsirə malikdir. 

 

İstifadəsinə göstərişlər   

• 

Kəskin və xroniki bronxitlərin kompleks müalicəsi



• 

Traxeobronxit; 

• 

Bronxial astma 



• 

Göyöskürək 

• 

Bronxokonstriksiya. 



 

Əks göstərişlər 

Bronxotonun tərkibində olan təsiredici və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. 

Ürəyin işemik xəstəliyi, koronar ateroskleroz, feoxromositoma, qlaukoma, şəkərli diabet, hipertireoz, 

adenoma, yuxusuzluq, hamiləlik, laktasiya, 3 yaşadək uşaqlar.  

 

İstifadə qaydası və dozası 

Daxilə.


Böyüklərə-gündə 3-4 dəfə 1 xörək qaşığı. 

3-10 yaşında uşaqlara-gündə 3 dəfə 1 çay qaşığı. 

10 yaşdan yuxarı uşaqlara –gündə 3 dəfə 2 çay qaşığı. 

 

Əlavə təsirləri 

Allergik reaksiyalar. 

Əlavə  təsir  əsasən efedrin hidroxloridin təsiri ilə  əlaqədardır: arterial qan təzyiqinin və ürək döyüntüsünün 

artması, yuxusuzluq, başgicəllənmə, ürəkbulanma, tərləmə, iştahasızlıq, sidiyə getmənin çətinləşməsi. 

 

Buraxılış forması 

Polietilenteraftalatdan hazırlanmış 125 q-lıq plastmas flakonda. Flakon içlik vərəqə ilə birlikdə karton qutuya 

qablaşdırılır. 

 

Saxlanma şəraiti 

15-25°C-dək temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

4 il. 


Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Resept əsasında buraxılır. 

 

 



İstehsalçı  

"Vetprom" AD. Bolqarıstan, 2400 Radomir şəh. 



 

Yüklə 11,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin