Böhranların mahiyyəti. Böhranlar dağıdıcı olmaya da bilər. Böhranlar kəskin keçə bilər. Onlar sosial-iqtisadi sistemlərin təbiətindən irəli gələn obyektiv və subyektiv səbəblər üzündən baş verə bilər. Böhranlar sosial-iqtisadi sistemlərin fəaliyyəti və inkişafı zamanı özünü biruzə verən ziddiyyət- ləri əks etdirir. Onlar həm də fəaliyyət prosesində qarşıya çıxa bilər. Belə ki, personalın kvalifikasiyası və texniki silahlanma səviyyəsi arasında uyğunsuz-luq, texnoloji vasitələr və onlardan istifadə şəraiti arasında olan fərqdən böh-ranlı vəziyyət yarana bilər.
Böhran sosial-iqtisadi sistemlərə xas olan ziddiyyətlərin son dərəcədə kəskin-ləşməsidir. Böhranın səbəbləri müxtəlif ola bilər. Onlar obyektiv və subyektiv səbəblərdən yarana bilər. Obyektiv səbəblərə sosial-iqtisadi sistemlərin moder-nizasiya, restrukturizasiya edilməsinin tsilik xarakterə malik olması tələblə-rindən irəli gəlir. Subyektiv səbəblərə idarəetmə sistemində buraxılan səhvlər və eləcədə zəlzələlərin və digər təbii hadisələrin baş verməsini labüd edən təbii faktorlar, amillər xarakterizə edir.
Böhranların baş vermə səbəbləri daxili və xarici amillər ola bilər. Xarici səbəblərə makroiqtisadi inkişaf meylləri və strategiyası ilə əlaqədar olan amillər və yaxud dünya iqtisadiyyatının inkişafı, rəqabətin güclənməsi, ölkədə olan siyasi vəziyyətin gərginləşməsi kimi amillər aid edilir. Daxili səbəblərə isə riskli marketinq strategiyasının, ölkə müəssisədaxili konfliktlərin yaranması, istehsalın təşkilində buraxılan səhvlər idarəetmənin qeyri-təkmil olması, innovasiya və investisiya siyasətinin düzgün qurulması və s. bu kimi amillər aid edilir.
Böhranlı vəziyyətlərin yaranması təhlükəsi daim mövcud olur. Bunu nəzərə alaraq böhranların baş verə biləcəyini qabaqcadan proqnozlaşdırılması vacib məsələyə çevrilmişdir.
Böhranların dərk edilməsi və idarə edilməsi baxımından böhranın səbəbləri və mümkün nəticələrinin müəyyən edilməsi vacibdir. Bu zaman təşkilatın yeniləşdirilməsi və ya dağıdılması, təşkilatın sağlamlaşdırılması və yaxud yeni böhranın yaranması mümkünlüyü nəzərə alınmalıdır. Böhrandan çıxmaq həmişə müsbət nəticələrə gətirmir. Əvvəlkindən daha dərin və uzun çəkə biləcək yeni böhranlı vəziyyətin yarana bilməsi istisna olunmur. Zəncirvari böhranlı vəziyyətlərin yaranması və eləcə də böhranlı vəziyyətin uzun müd-dətli konservasiya halına keçməsi də mümkündür.
Böhranın nəticəsi iki amillə bağlıdır: birincisi böhranı yaradan səbəblərlə, ikincisi böhranlı inkişaf proseslərinin idarə edilməsi mümkünlüyü ilə.
Böhranın idarə edilməsi nəticəsində ciddi dəyişikliklərə nail olmaq və yaxud da böhrandan uzunmüddətli və davamlı olan çıxış yoluna çıxmaq olar.
İstehsal fəaliyyət dairəsinin genişləndiyi və idarə edilməsinin mürəkkəbləş-diyi bir dövrdə böhranlı halların vaxtında müəyyən edilməsi və müəyyən tədbirlərin həyata keçirilməsi peşəkarlıq səviyyəsi yüksək olan antiböhran idarəetmə kadrlarının, menecerlərin hazırlanmasını tələb edir. Yüksək risklilik şəraitində, ekstremal situasiyalarda, böhranlı hallarda müəssisələrin idarə edil-məsinin yaxşılaşdırılması belə halların təhlil edilib vaxtında aşkarlanmasına və müəyyən antiböhran idarəetmə üsullarının tətbiqinə şərait yaradan metodiki yanaşmaların formalaşdırılması nəticəsində mümkün ola bilər.