4. Dördüncü qrup problemlərə böhranlı vəziyyətlər yarada bilən münaqişə-lərin aradan qaldırılması və personalın peşəkarlığının yüksəldilməsi problemləri və eləcə də antiböhran idarəetmə strukturuna daxil olan marketinq, müflisləşmə,müəssisələrin sanasiyası problemlərinin həllinə yönəldilən tədbirlərlə əlaqədar investisiya qoyuluşları problemləri daxildir. Bütün bunlar antiböhran idarəet-mənin xüsusi idarəetmə tipi olduğuna dəlalət edir.
§3. Antiböhran idarəetmə əlamətləri və xüsusiyyətləri. İdarəetmənin xarakterik xüsusiyyətlərindən birini onun predmeti təşkil edir. Ümumi halda idarəetmənin predmetini insanların fəaliyyəti təşkil edir. Təşkilatın idarəetməsi insanların birgə fəaliyyətinin idarəedilməsidir. Belə fəa-liyyətin idarə edilməsi problemləri çoxşaxəlidir. Onlara istehsalın idarəedilməsi, maliyyənin idarəedilməsi, marketinqin idarəedilməsi, ekoloji idarəetmə, strateji idarəetmə və s. aid olunur.
Antiböhran idarəetmə predmeti real böhran amilləri və onlara təsir göstər-mək vasitə olan idarəetmə mexanizmləridir. Başqa sözlə böhranlı vəziyyətin gərginləşməsinə və onun baş verməsinə səbəb olan ziddiyyətlər antiböhran idarəetmənin predmetidir.İstənilən halda idarəetmə antiböhran idarəetmə imkan-larına və mexanizmlərinə malik olmalıdır. Təşkilat böhranlı vəziyyətə düşdük-də isə antiböhran idarəetməyə tələbat daha çox olacaqdır. Antiböhran idarəet-mə imkanlarından istifadə edilmədikdə böhranın mənfi nəticələrindən qaçmaq mümkün olmayacaqdır.
Antiböhran idarəetmənin mahiyyəti aşağıdakılarla ifadə olunur:
- böhranları qabaqcadan görmək, gözləmək və yaratmaq olar;
- böhranları müəyyən qədər tezləşdirmək, ləngitmək və müəyyən müddət gecikdirmək, geri almaq olar;
- böhranlara qarşı hazırlaşmaq olar və bu vacibdir;
- böhranların gedişini yumuşaltmaq mümkündür;
- böhranlı şəraitdə idarəetməyə xüsusi yanaşma, xüsusi biliklər, təcrübə və bacarıq tələb edir;
- böhranlı proseslər müəyyən həddə qədər idarə edilən prosesdir;
- böhrandan çıxmaq proseslərinin düzgün idarə olunması onları sürətləndirə və fəsadlarını minimuma endirə bilər;
Böhranlar müxtəlif olduğu kimi antiböhran idarəetmə yolları da müxtəlifdir. Belə bir müxtəliflik idarəetmə sistemlərinin və onların idarə olunması proses-lərinin xüsusiyyətindən və eləcədə istifadə olunan antiböhran idarəetmə mexanizmlərinin rəngarəngliyindən irəli gəlir. Antiböhran idarəetmə sisteminin elementləri və mexanizmləri ... şəkildə əks etdirilmişdir.
Antiböhran idarəetmə sistemlərinə xas olan əsas xüsusiyyətlərə aşağıdakılar daxildir:
- bəzi idarəetmə sistemlərinə xas olan çeviklik və adaptasiya olunmaq qabiliyyəti;
- qeyri-formal idarəetmə motivlərinin, səylərinin, inamın, dözümlüyün güc-lənməsi;
- idarəetmənin diversifikasiyası, mürəkkəb şəraitdə səmərəli idarəetmə əlamət-lərinin məqbul tipologiyasının axtarıb tapılması;
- yaranmış problemlərə müvafiq qaydada və çevik reaksiya vermək üçün mərkəzləşdirmə dərəcəsinin azaldılması;
- səylərin birləşdirilməsinə şərait yaradan inteqrasiya proseslərinin gücləndiril-məsi və səlahiyyət potensialından daha səmərəli istifadə edilməsi.
Antiböhran idarəetmə proseslərinin və texnologiyalarının başlıca əlamətləri-nə və xüsusiyyətlərinə aşağıdakılar aiddir:
- resurslardan istifadənin mobillik və dinamiklik səviyyəsinin yüksək olma-sı, innovasiya proqramlarının reallaşdırılması;
- idarəetmə qərarlarının işlənməsi və həyata keçirilməsi zamanı proqram-məqsədli yanaşmadan və texnologiyadan istifadə olunması;
- idarəetmə proseslərində vaxt amilinə həssaslığın yüksəldilməsi və situasi-yanın dinamikasına uyğun gələn fəaliyyətin vaxtında həyata keçirilməsi;
- idarəetmə qərarlarının qabaqcadan qiymətləndirilməsi və alternativlərin seçilməsi işini diqqətin artırılması;
- antiböhran idarəetmədə istifadə olunan qərarların hazırlanması və həyata keçirilməsi meyarlarının və keyfiyyətinin yüksəldilməsi.
Böhranlı vəziyyətlərdə təsir vasitəsi kimi istifadə olunan idarəetmə mexa-nizmləri müxtəlifdir.Böhranlı hallarda adi təsir vasitələrindən istifadə olun-ması həmişə səmərəli olmur. Bunu nəzərə alaraq ( antiböhran idarəetmədə) aşağıda sadalanan antiböhran idarəetmə mexanizmlərindən istifadə olunmasına üstünlük verilir:
- böhranlı situasiyanın hərtərəfli təhlil edilməsini, resurslardan səmərəli istifadə olunmasını, səhvlərdən qaçılmasını nəzərdə tutan antiböhran idarəetmə tədbirlərinin motivləşdirilməsi;
- sosial-psixoloji sabitliyin təmin olunmasına, fəaliyyətin nəticələrində inamın yüksək səviyyədə saxlanılması;
- peşəkarlığın yüksəldilməsinin daha əhəmiyyətli və qiymətli olmasının dərk edilməsi;
- daha yaxşı olan inkişaf variantının tapılmasına və problemlərin həllinə səy göstərilməsi;
- qarşılıqlı məqbul olan korporativ maraqların nəzərə alınması və innovasi-yaların dəstəklənməsi.
Bütün bunlar bütövlükdə idarəetmə stilində öz yerini tapmalıdır. Menecerlə-rin və idarəetmənin mühüm fəaliyyət xarakteristikasını təşkil edən antiböhran idarəetmə stilinin tərkib elementlərinə aşağıdakılar aid olunur: peşəkarlıq etimadının doğrultmaq; məqsədyönlülük; elmi yanaşma; özü-özünü təşkiletmə; cavabdehliyi öz üzərinə götürmək. Antiböhran idarəetmənin mahiyyətini əks etdirən xarakteristikalarına daxildir: