§4. Antiböhran idarəetmənin səmərəliliyi. İdarəetmə sisteminin inkişafı onun səmərəliliyinin yüksəlməsi ilə müşahidə olunur. İdarəetmənin səmərəliliyinin yüksəlməsi isə onun potensialının artması, yəni pozitiv dəyişikliklərin baş verməsi imkanları ilə, vacib olan resursların mövcudluğu və onlardan istifadənin mümkünlüyü ilə izah edilir. Belə bir potensialın və eləcədə idarəetmənin səmərəliliyinin dəyişməsi böhran təhlükə-sini yarada da bilər.
Antiböhran idarəetmənin səmərəliliyi böhranın lokallaşdırılması və yaxud da müsbət dəyişikliklərin əldə edilməsi ilə bu məqsədlər üçün sərf edilmiş xərc-lərin və resursların özünü doğrultması ilə xarakterizə olunur. Belə səmərəliliyi konkret göstəricilərlə qiymətləndirmək çox çətin olsa da onun nəticəsini müqa-yisəli təhlil yolu ilə müəyyən etmək mümkündür.
Antiböhran idarəetmənin səmərəliliyinimüyyən edənamilləri ayırmaq olar. Onlara aşağıdakılar aiddir:
1.Antiböhran idarəetmədə peşəkarlıq və xüsusi hazırlıq işinin götürülməsi.
2. Antiböhran idarəetmə səriştəsinə və təcrübəsinə malik olmaq.
3.Böhranlı vəziyyətdən irəli gələn riskli qərarların qəbul edilməsi metodolo-giyasından istifadə olunması.
4. Mövcud vəziyyətin elmi təhlili və meyllərin proqnozlaşdırılması.
5. Antiböhran idarəetmədə korporativ yanaşmadan istifadə.
6. Antiböhran idarəetmədə avtoritetdən və liderlikdən istifadə olunması.
7. Antiböhran idarəetmədə operativlik və çeviklik.
8. Keyfiyyətli antiböhran idarəetmə strategiyasının və proqramının mövcud-luğu.
9. Antiböhran idarəetmədə insan amilinin rolunun nəzərə alınması.
10. Antiböhran idarəetmədə monitorinqdən istifadə edərək böhranlı vəziyyətin qiymətləndirilməsi.
Mövzu 4: İdarəetmədə böhranların diaqnostikası. §1. Diaqnostikanın əsas predmetləri. “ Diaqnostika” sözü yunan sözü olan “diaqnoz”dan əmələ gəlib dərketmə, müəyyənetmə mənasını verir. “Diaqnoz” dedikdə hansısa tədqiqatın nəticəsi, nəticəyə onu əks etdirən göstəricilərə görə hər hansı bir yekun fikrin, rəyin söylənməsi başa düşülür. “ Diaqnoz” müəyyən vaxtda hansısa konkret bir şeyə aid edilib qeyd edilən, hansısa ünvanla əlaqələndirilən konkret bir şeydir. Diaqnoz qoyulmasına diaqnostika adlandırılan tədqiqatın nəticəsi imkan verir. Diaqnostika dedikdə kompleks tədqiqat prosedurları vasitəsilə idarə edilən obyektin, prosesin vəziyyətini xarakterizə edən zəif yerini müəyyən edən amillərin müəyyən edilməsi başa düşülür. Diaqnostika akt deyildir, o müəyyən vaxtda və məkanda həyata keçirilən prosesdir. Diaqnostika prosesi tədqiqat, axtarış, dərketmə prosesidir. Diaqnostikadan idarə edilən prosesin, obyektin real vəziyyətini müəyyən etmək üçün istifadə edilməsi daha əhəmiyyətlidir. Diaqnostika obyektinin, məqsədinin, vəzifələrinin, baza parametrlərinin və digər əlaqədar elementlərin tədqiq edilməsi vacibdir.
Diaqnostika obyekti kimi mürəkkəb, yüksək təşkil olunan dinamik sistemlər ( ölkə iqtisadiyyatı, sahə iqtisadiyyatı, müəssisə iqtisadiyyatı) və eləcədə onla-rın istənilən elementi ( resursları, təşkilatdaxili mühit, istehsal funksiyaları, təş-kilat strukturu, maya dəyəri və s. ) baxıla bilər. Diaqnostika məqsədini tədqiq edilən obyektin mövcud vəziyyəti haqqında konkret tarixə diaqnoz qoyulması təşkil edir. Diaqnozun əsasında düzgün və kiyafət qədər əsaslandırılmış iqtisadi siyasət, strategiya və taktika qurulması mümkündür.
Diaqnostika məsələlərini iqtisadi sistemin bütün elementlərinin tənzimlənmə-sinə və əlaqəli şəkildə həyata keçirilməsinə yönəldilən tədbirlərin işlənməsi təşkil edir. İdarə olunan sistemin, obyektin real vəziyyəti haqqında obyektiv məlumat əldə etmədən idarəetmə həyata keçirilə bilməz. Diaqnostika məsələ-ləri digər iki məsələ - analiz və proqnoz ilə möhkəm əlaqədardır. İqtisadi diaqnoztikada proqnozlaşdırmadan diaqnozların dəqiqləşdirilməsində tez-tez istifadə olunur. Diaqnostika eyni zamanda da proqnozun son nəticəsi rolunda çıxış edə bilər.Diaqnostika tədqiqat prosesi olduğuna görə o real faktlara əsaslanmalıdır; obyektiv olmalıdır; düzgün və dəqiq olmalıdır.