Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


§2. Böhranın diaqnostika mərhələləri



Yüklə 399,8 Kb.
səhifə18/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
referat 3331

§2. Böhranın diaqnostika mərhələləri.
Böhranın diaqnostikanın iki mərhələyə ayrılır:
- obyektin müəyyən obyektlər tipinə, qrupuna aid edilməsi;
- diaqnostika obyektinin baza parametrlərinə əsasən müqayisə edilməsi və fərqləndirici əlamətlərinin təyin olunması.
Birinci mərhələ obyektin keyfiyyətcə identifikasiya olunmasını nəzərdə tutur. Bu zaman obyektin ümumi xarakterə malik olan əsas əlamətləri müəyyən edilir. Məsələn, makroiqtisadi böhran diaqnostika edildikdə həmin ölkənin iqtisadiyyatının hansı ölkələrin iqtisadi sisteminə, tipinə (inkişaf etmiş, inkişaf-da olan, keçid iqtisadiyyatlı ölkələr qruplarına) aid edilməsi təmin olunur.Böh- ranın diaqnostikası zamanı ölkənin iqtisadi sisteminin mülkiyyət formasının (dövlət, səhmdar, xüsusi mülkiyyətinin) müəyyən olunması və s. vacibdir.
İkinci mərhələdə obyektin kəmiyyət xarakteristikaları müəyyənləşdirilib iden-tifikasiya olunur. Bundan ötrü tədqiqat obyektinin taktiki vəziyyətini əks etdirən göstəricilərin baza parametrlərindən kənarlaşması diaqnozlaşdırılır.
§3.Böhranların diaqnostikanın metodları.
Diaqnozların qoyulması üsulları, formaları və mexanizmləri tədqiq edilən obyektin xüsusiyyətlərindən, təbiətindən asılı olaraq fərqlənə bilərlər. Diaqnoz qoyulması üsullarının və mexanizmlərinin seçilməsinə təsir edən əsas amil vaxt amilidir. Çünki obyektin vəziyyəti ancaq konkret vaxtda qiymətləndirildikdə və onun nəticələrinə əsaslandırıldıqda əhəmiyyətli qərarlar qəbul edilə bilər. Diaqnozun bu variantı statik diaqnoz adlanır. Bu halda qəbul edilmiş diaqnoz real vəziyyətə uyğun gəlir, onu əks etdirir. Diaqnoztikada diaqnozun qoyul-ması prosesinin təşkili böyük əhəmiyyət kəsb edir. Diaqnozun qoyulması normadan kənarlaşmanın müəyyən olunması yolu ilə ayrılır. Diaqnostika prosesi analizdən başlanır. Analizin əsasında inkişafın ümumi qanunauyğunluq-ları, əlamətləri müəyyən edilir. Diaqnostika müxtəlif üsulları ilə müəyyən edilir. Onlara aşağıdakılar aid edilir:
- analitik üsul;
- ekspert üsulu;
- xətti və dinamik proqramlaşdırma üsulu;
- modellərin köməyilə diaqnostika üsulu.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin