Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


Mövzu 5: Müflisləşmənin proqnozlaşdırılmasının müqayisəli təhlil üsulu



Yüklə 399,8 Kb.
səhifə21/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
referat 3331

Mövzu 5: Müflisləşmənin proqnozlaşdırılmasının müqayisəli təhlil üsulu.
Müəssisənin müflisləşmə məsələləri ilə məşğul olan auditor şirkətləri analitik qiymətləndirmə zamanı müxtəlif meyarlarından və qiymətləndirmə üsullarından istifadə etməyə üstünlük verirlər. Müflisləşmənin proqnozlaşdırması təcrübəsində geniş istifadə olunan meyarlar və göstəriciləri iki qrupa bölmək olar. Birinci qrupa müəssisənin maliyyə durumunu pisləşdirə və müflisləşmə ehtimalını artıra bilən və xoşagəlməz meyllər yaradan aşağıdakı meyarlar və göstəricilər aid olunur:
- istehsal fəaliyyətində tez-tez baş verən və həcmi böyük olan itkilər;
- kritik həddi və vaxtı keçmiş kreditor borcları;
- uzunmüddətli maliyyələşdirmə mənbələri kimi qoyuluşları qısamüddətli borc vəsaitlərindən tez-tez istifadə olunması;
- likvidlik əmsalının qiymətinin aşağı səviyyədə qalması;
- dövriyyə vəsaitlərinin çatışmaması;
- ümumi maliyyələşdirmə mənbələrinin tərkibində borc vəsaitlərinin xüsusi çəkisinin daim yüksək həddə qalması;
- reinvestisiya siyasətinin düzgün olmaması;
- borc öhdəliklərinin müəyyən olunmuş limitdən çox olması;
- investorlar, kreditorlar, səhmdarlar və digər tərəflər qarşısında götürülmüş hesablaşma öhdəliklərinin xroniki olaraq vaxtında yerinə yetirilməməsi;
- vaxtı keçmiş debitor borclarının xüsusi çəkisinin yüksək olması;
- əmtəə və istehsal ehtiyatlarının normadan çox olması;
- kredit təşkilatları ilə münasibətlərin pisləşməsi;
- məcburən yeni və sərfəli olmayan maliyyə resursları mənbələrindən istifadə edilməsi;
- istismar müddəti keçmiş avadanlıqlardan istehsalatda istifadə olunması;
- uzunmüddətli kontraktların itirilməsi potensialının yüksək olması;
- sifariş portfelində xoşagəlməz dəyişikliklərin baş verməsi.
İkinci qrupa müəssisənin maliyyə vəziyyətini kritik həddə gətirib çıxara bilən aşağıdakı meyarlar və göstəricilər aid edilir:
- idarə aparatının mühüm işçisinin itirilməsi;
- istehsal-texnoloji proseslərin pozulması və məcburən dayandırılması;
- müəssisənin fəaliyyətinin kifayət qədər diversifikasiya olunmaması, başqa sözlə maliyyə nəticələrinin bir layihədən, eyni tipli avadanlıqdan, aktiv növündən asılı olması;
- müəssisənin nəticəsi bilinməyən məhkəmə proseslərində iştirak etməsi;
- əsas kontragentlərin itirilməsi;
- müəssisənin texniki və texnoloji yeniləşdirilməsinin kifayət qədər qiymət-ləndirilməməsi;
- uzunmüddətli müqavilələrin səmərəli olmaması;
- müəssisənin fəaliyyəti ilə əlaqədar olan siyasi risk.
Yuxarıda qeyd edilən meyarların və göstəricilərin qiymətləri keçən dövrlərə aid statistik məlumatların əsasında dəqiqləşdirilir.
Müəssisənin müflisləşmə ehtimalını göstərən əlamətlərə balansın strukturun-da baş verən dəyişikliklər və nəğd pul axınının məhdudlaşması aid edilir. Lakin aşağıda sadalanan məsələlər ciddi hesab olunmalıdır:
- hesablarda pul vəsaitlərinin həcminin kəskin azalması;
- debitor borcunun həcminin artması;
- debitor borclarının tərkibində ödəniş müddətləri keçmiş borcların həcminin artması;
- debitor-kreditor borclarının tarazlığının pozulması;
- satış həcminin müxtəlif səbəblərdən aşağı düşməsi.
Müəssisədə yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Argenti(A-hesab) meto-dikasından istifadə olunur.Onun əsasında müflisləşməyə aparan prosesin mövcud olması aydınlaşdırılır. Müflisləşmə prosesi bir neçə il gedir. Bu proses 3 mərhələyə bölünür:
1. Çatışmayan cəhətlər. Müflisləşməyə aparan ( əlamətlər) çatışmayan cəhətlər bir neçə il özünü göstərir. Onların əksəriyyətini qabaqcadan aydın göstərmək olur.
2. Səhvlər. Müflisləşməyə aparan çatışmayan cəhətləri aradan qaldırmağa yö-nəldilən qərarlar səhv ola və onu baş verməsini tezləşdirə bilər.
3. Simptomlar, əlamətlər. Müəssisənin səhvlərinin və onun ödənc qabiliy-yətinin itirməsinə dəlalət edən amillərin əlamətlərini, müflisləşmə simptom-larını vaxtında görmək mümkündür.
Müəyyən olunmuş simptomlara, səhvlərə, çatışmayan cəhərtlərə Argenti üsuluna əsasən 0-100-dək bal verilərək yaxınlaşan müflisləşmə haqqında müəyyən fikir söylənir. Bundan ötrü A-hesabı hesablanmalıdır.
A-hesabın qiyməti 25dən çox olarsa müəssisənin yaxın 5 ildə müflis-ləşəcəyini gözləmək olar. A-hesabın qiyməti nə qədər yüksək olarsa müflis-ləşmə daha tez ola bilər. Müvəffəqiyyətlə fəaliyyət göstərən şirkətlərin əksə-riyyəti üçün A-hesabın qiyməti 5-18 bal arasında olmalıdır. Ciddi çətinliklərlə üzləşən şirkətlər üçün A-hesabın qiyməti 35-70 bal arasında müəyyən olun-muşdur.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin