Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


Mövzu 9: Böhran mərhələsində müəssisənin maliyyə-iqtisadi təhlili



Yüklə 399,8 Kb.
səhifə29/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   25   26   27   28   29   30   31   32   ...   37
referat 3331

Mövzu 9: Böhran mərhələsində müəssisənin maliyyə-iqtisadi təhlili.
§1. Ödənc qabiliyyəti olmayan müəssisəni xarakterizə edən əsas maliyyə göstəriciləri.
Müəssisənin böhrandan çıxarılması proqramının formalaşdırılması müəssisə-də maliyyə-iqtisadi təhlilin aparılmasını tələb edir. Təhlil zamanı müəssisənin aktivlərinin və passivlərinin vəziyyəti; debitor və kreditor borcları; özünəməx-sus vəsaitlərlə təmin olunması səviyyəsi; müəssisəyə verilmiş sifarişlər; müəs-sisənin məhsullarının qiyməti və onlara olan tələbat və s. hərtərəfli araşdırılıb qiymətləndirilməlidir. Çünki ancaq onların əsasında böhranlı vəziyyətin yaran-ması səbəblərini müəyyən etmək və aradan qalıdırmaq yollarını müəyyən etmək mümkündür.
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin hərtərəfli təhlil edilməsi və onun inkişaf perspektivlərinin proqnozlaşdırılması müəssisənin böhranlı vəziy-yətdən çıxarılması üçün gərəkli olan resursların həcmini və formalaşdırılması mənbələrinin müəyyənləşdirilməsinə şərait yaradır.
Müəssisənin zərərlə işləməsinin və müflisləşmə həddinə çatmasının ilkin əlaməti malgöndərən və podratçı təşkilatlar, öz işçiləri, dövlət büdcəsi və eləcədə digər kreditorlar qarşısında öz üzərinə götürdüyü öhdəçiliklərin (hesablaşmaların) vaxtında yerinə yetirməməsidir, gecikdirilməsidir (3 ay).
Xarici ölkələrin və eləcədə ölkəmizin təcrübəsinə görə müəssisənin ödənc qabiliyyətinin itirməsi faktını iki yanaşma əsasında müəyyən etmək olar:
1. Müəyyən texnloji ardıcılıqla (müflisləşmə haqqında AR qanununa müva-fiq qaydada) müəssisənin maliyyə-iqtisadi fəaliyyətinin (nəticlərinin) təhlil edilməsi və onun ödənc qabiliyyətini itirməsini xarakterizə edən maliyyə göstəricilərinin mövcudluğunun müəyyənləşdirilməsi.
2.Müəssisənin maliyyə vəziyyətini təhlil etmək və onun balansının qurulu-şunu qeyri-kafi müəssisənin isə ödənc qabiliyyətini itirmiş hesab etmək üçün müəssisənin balansının strukturunun qabaqcadan qiymətləndirilməsi.
I yanaşma aşağıdakı texnoloji ardıcılığın yerinə yetirilməsini nəzərdə tutur:
1. Müəssisənin inkişaf məqsədlərinin və onların təmin edilməsi meyarlarının müəyyənləşdirilməsi.
2. Müəssisənin güclü və zəif cəhətlərinin təhlil edilməsi (SWOT təhlil)
3. Müəssisənin vəziyyətinin və inkişaf meyllərinin ümumi diaqnostikası.
4. Müəssisənin maliyyə vəziyyətinin təhlil edilməsi.
5. Problemlərin təhlili və əsaslarının müəyyənləşdirilməsi.
6. Problemlərin həlli yollarının müəyyən edilməsi.
7. Müəssisənin innovasiya potensialının qiymətləndirilməsi.
8. Prioritetli fəaliyyətin əsas istiqamətlərinin seçilməsi.
9. Müəssisənin inkişaf variantlarının proqnozlaşdırılması, təhlili və qiymət-ləndirilməsi.
10. İnkişaf proqramının işlənməsi.
11. Resursların formalaşdırılması mənbələrinin qiymətləndirilməsi.
12. Resursların bölüşdürülməsi.
13. Birinci növbədə reallaşdırılacaq layihələrin seçilməsi.
14. Komandanın formalaşdırılması.
15. İnkişaf strategiyasının və proqramının seçilməsi.
16. İlkin təşkilati tədbirlər dairəsinin müəyyənləşdirilməsi.
Qeyd etmək lazımdır ki, heç bir müəssisə tam şəkildə belə yanaşmaya əməl etmir və bunun nəticəsində böhranlı vəziyyətdən çıxmayıb müflis olur.
Müəssisənin inkişaf məqsədinin müəyyən edilməsi bir neçə mərhələdən ibarət olan mürəkkəb prosesdir. Bu proses auditorların və rəhbər işçilərin fəal müzakirəsini tələb edir. Bu zaman müəssisənin müflisləşməni göstərən maliyyə meyarları və göstəriciləri əsas götürülür.
Müəssisənin cari vəziyyətini və imkanlarını kompleksli şəkildə qiymətləndi-rən zaman klassik təhlil və qiymətləndirmə üsullarındaan istifadə olunur. Onlara daxildir:
- SWOT – analiz əsasında müəssisənin güclü və zəif cəhətlərinin, imkan-arının və təhlükələrinin müəyyən edilməsi;
- bazarın qiymətləndirilməsi;
- istehsal imkanlarının qiymətləndirilməsi;
- insan resurslarının qiymətləndirilməsi;
- material (maddi) resurslarının müəyyən edilib qiymətləndirilməsi;
- müəssisənin maliyyə vəziyyətinin və resurslarının qiymətləndirilməsi.
Konstruktiv nəticələr çıxartmaq üçün son məqsəddən başlayaraq onun əldə edilməsinə əks təsir göstərən amillərin müəyyən edilməsi və gözlənilən nəti-cələrin təmin edilməsinə şərait yaradan problemlərin və məsələlərin dairəsinin dəqiqləşdirilməsi lazımdır.Bu yolla diqqət mərkəzində saxlanması vacib olan strateji əhəmiyyətli inkişaf problemləri üzə çıxarılır və bütün resurslar onların həyata keçirilməsinə yönəldir.
Müəssisələrin ödənc qabiliyyətinin müəyyənləşdirilməsində istifadə edilən II yanaşma mühasibat (balans)hesabları əsasında müəssisənin balansının struktu-runun təhlil edilib qiymətləndirilməsindən ibarətdir. Bu zaman “Müəssisənin mühasibat balansı” (Forma № 1); “ Mənfəət və zərər haqqında hesabatı” (Forma № 2) əsas təhlil mənbəyi rolunda çıxış edir.
İdarəetmə nöqteyi nəzərənindən müəssisənin müflisləşmə vəziyyətinə düş-məsi onun böhranlı vəziyyətindən xəbər verir.Bu o deməkdir ki, müəssisə istehsal-təsərrüfat fəaliyyətini davam etdirmək üçün lazım olan maliyyə vəsaitlərinə malik deyildir. Müəssisənin ödənc qabiliyyətinin olmamasını onun mühasibat balansının strukturunun qeyri-məqbul olması göstərir.
Müəssisənin böhranlı vəziyyətə düşməsinin rəsmi qaydada diaqnozlaşdırıl-ması prosedurları 4 əmsalın müəyyən edilməsini və qiymətləndirilməsini nəzərdə tutur:
- cari likvidlik (ləğv olunma) əmsalı – Ktl;
- müəssisənin özünəməxsus vəsaitlərlə təmin olunması əmsalı – Koss;
- müəssisənin ödənc qabiliyyətinin bərpa edilməsi əmsalı – Kvp;
- müəssisənin ödənc qabiliyyətinin itirməsi əmsalı – Kup ;
1. Ktl −əmsalı müəssisənin cari fəaliyyəti üçün lazım olan dövriyyə vəsaitləri ilə təmin olunmasını və təcili öhdəçiliklərini vaxtında ödəməsini xarakterizə edir:
Ktl = ;
2. Koss − əmsalı müəssisənin dayanıqlı maliyyə vəziyyətinin saxlanılması üçün vacib olan özünəməxsus dövriyyə vəsaitlərinin mövcud olmasını xarakterizə edir:
Koss = ;
Əgər Ktl < 2, Koss < 0,1 olarsa müəssisənin balansının sturkturu qeyri-məqbul, müəssisə isə ödənc qabiliyyətini itirmiş hesab edilir.
3. Kvp−əmsalı müəssisənin hesablanmış cari likvidlik əmsalının (Ktl) onun normalaşdırılmış qiymətinə bölünməsi yolu ilə tapılır. Hesablanmış cari lik-vidlik əmsalı (Ktl) onun faktiki qiymətinin üstünə ödənc qabiliyyətinin bərpa olunmasının (hesabat) dövrünün sonuna və əvvəlinə olan müddətdə dəyişdiril-məsinin qiymətini gəlməklə tapmaq olar. Hesabat dövrü (T) 3,6,9.12 ay götürülə bilər.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin