Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır



Yüklə 399,8 Kb.
səhifə32/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   29   30   31   32   33   34   35   36   37
referat 3331

II fazada 2009-cu ildən ölkədə iqtisadi siyuasiyanın pisləşməsinin qarşısının alınmasına yönəldilən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hökümət antiböhran maliyyələşdirmənin ikinci transını 700 mln İsveçrə frankı həcmində ayırmışdır. Bu vəsaitlərin 530 milyonu infrastruktur layihələrinin maliyyələşdirilməsinin həyata keçirilməsi üçün, yerdə qalanı isə müəssisələrdə çalışan işçilərin işdən çıxarılmasının qarşısının alınması üçün işçilərə dövlət dəstəyi göstərilməsi məqsədi ilə ayrılmışdır.
Antiböhran tədbirlərinin III fazası vergi normalarının aşağı salınması yolu ilə əhalinin istehlak qabiliyyətinin dəstəklənməsini nəzərdə tutur. Onun əsas məqsədi ölkədaxili tələbatın stimullaşdırılmasının təmin olunmasıdır.
3. Xarici-iqtisadi fəaliyyətin aktivləşdirilməsi siyasəti İsveçrə iqtisadiyyatını inkişaf etdirilməsi xüsusi əhəmiyyətə malikdir və ixracatçıların dünya bazar-larına maneəsiz çıxmasının stimullaşdırılmasının təmin edilməsini nəzərdə tutur.
İsveçrə hökümətinin antiböhran idarəetmə tədbirləri başqa ölkələrin siyasətinə oxşardır. Onların əksəriyyəti bank sektorunun sağlamlaşdırılması və kapitalın restrukturizasiya olunmasından başlamış sonra isə istehsalın stimullaşdırılma-sına yönəldilən tədbirlər həyata keçirmişlər Bütün bu kimi tədbirlərin həyata keçirilməsinə baxmayaraq ölkədə tənəzzülün qarşısı hələlik alınmayıb, İsveç frankının deflyasiyası probleminin mövcudluğu iqtisadi inkişafın tormozla-masını davam etdirir. Bunun nəticəsində 2009-cu ildə İsveçrədə qiymətlər əvvəlki ilə nisbətən 1.7% aşağı düşmüşdür.
Ölkə iqtisadiyyatına, onun bank sisteminə ABŞ, Almaniya və Fransanın təsiri çox böyükdür. Onların tələbi ilə offşor biznesinin inkişafının qarşısının alınmasına məcbur olaraq İsveçrə höküməti banklarda offşor şirkətlər tərəfindən yerləşdirilən kapitalın əldə edilməsi (kriminal) mənbələri haqqında məlumat verməyə öhdəçiliyini, öz üzərinə götürmüşdür.
Bütün çətinliklərə baxmayaraq defisitsiz büdcəyə malikdir, qızıl-valyuta ehti-yatlarını azaltmır; Mərkəzi bankı dövlətdən asılılığa düşməyib, bank faizlərin 0,25%dən azalda bilmişdir; dövlətin iqtisadiyyata müdaxiləsi minimal həddədir və böhranlı vəziyyətdədə hüquqi tənzimləmə əsas olaraq saxlanmışdır.
İnnovasiyalı iqtisadi inkişaf xəttini rəhbər tutan İsveçrə rəqabət qabiliyyə-tinə görə dünyada II yerə tutmaqda davam edir.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin