4-cü blok. Texnoloji sxemin bu mərhələsində təşkilatın böhrandan çıxarılma-sına yönəldilən idərəetmə qərarları sisteminin yaradılması nəzərdə tutulur.
5-ci blok. Texnoloji prosesin bu mərhələsində antiböhran idarəetmə qərarlarının yerinə yetirilməsinin təşkil olunması nəzərdə tutulmuşdur.
6-cı blok. Bu mərhələdə təşkilatın fəaliyyətinin nəticələri xarakterizə edən göstəricilərdən istifadə olunaraq, idarəetmə qərarlarının yerinə yetirilməsinin kefiyyəti qiymətləndirilir və təhlil olunur. İdarəetmə qərarlarının yerinə yetirilməsi kefiyyəti səmərəlilik meyarlarına görə məqbul hesab olunduğu hallarda və təşkilatın fəaliyyətində yaxşılığa doğru yönəldilən dəyişiklik baş verdikdə, antiböhran idarəetmə texnologiyasının sonrakı mərhələsinə keçid təmin edilir.
7-ci blok. Texnoloji prosesin bu mərhələsində antiböhran idarəetmənin sonrakı mərhələsinin işlərinin yerinə yetirilməsinin məqsədəuyğunluğu yoxlanılır. Əgər antiböhran proqramı yerinə yetirilibsə və təşkilatın bazarda mövqeyi yaxşılığa doğru dəyişməyibsə, təşkilatın statusunun dəyişdirilməsinə və yaxud onun müflis elan olunmasına yönəldilən tədbirlər həyata keçirilir. Təşkilatın mövqeyi dəyişdiyi halda isə, antiböhran idarəetmə sistemini dəyişmiş mühitə uyğunlaş-dırmaq lazım gəlir. Bu isə əlavə tədbirlərin hazırlanmasını və həyata keçirilmə-sini tələb edir.
8-ci blok. Texnoloji sxemin sonuncu mərhələsində gələcəkdə böhranlı vəziyyətlərin yarana bilməsinin proqnozlaşdırılmasına yönəldilən tədbirlər işlənib-hazırlanır.Proqnozlaşdırma antiböhran idarəetmə texnologiyasının vacib mərhələ-sindən biridir.Onun köməyi ilə böhranlı hallardan yan keçmək, ona hazırlaş-maq, onun təsirindən dəyən ziyanı minimuma endirmək mümkündür.
Antiböhran idarəetmədə böhranlı halların yaranma əlamətlərinə nəzarət etmək və onları vaxtında aşkar etmək vacib məsələlərdən biridir.Bununla əlaqədar olaraq, aşağıdakı əlamətlərin nəzarət altına alınması və nəzərə alınması vacibdir:
1. Müəssisənin təkliflərinə malgöndərənlərin, partnyorların, kreditorların, bankların, istehlakçıların müvafiq qaydada reaksiya verməməsi gələcəkdə müəs-sisənin fəaliyyətində böhranlı vəziyyətin ola biləcəyinə xəbərdarlığın başlıca əlaməti kimi qəbul edilə bilər;
2. Müəssisənin fəaliyyətini xarakterizə edən maliyyə göstəricilərinin, maliyyə hesabatlarının vaxtında və kefiyyətlə təqdim edilməsinin, auditor yoxlama-larının keçirilməsinin xarakterində baş verən dəyişikliklərdə böhranlı vəziy-yətin yarana biləcəyinin əlaməti rolunda çıxış edə bilər.
Müəssisədə növbədənkənar yoxlamaların keçirilməsi, dövlət tərəfindən onun kommersiya fəaliyyətinin məhdudlaşdırılması, fəaliyyəti ilə əlaqədar lisenzi-yanın ləğv edilməsi və ya geri alınması halları da böhranlı halların yarana biləcəyinin əlamətləri rolunda çıxış edə bilər.