Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


Mövzu 13: Antiböhran idarəetmə texnologiyası və onun mərhələlə



Yüklə 399,8 Kb.
səhifə35/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   29   30   31   32   33   34   35   36   37
referat 3331

Mövzu 13: Antiböhran idarəetmə texnologiyası və onun mərhələlə
İdaretmə prosesində idarə olunan obyektə məqsədyönlü təsir göstərir. Belə təsirlər idarə edən sistem tərəfindən qəbul edilmiş qərarlar əsasında göstərirlər. Qərarların qəbul edilməsi idərəetmə prosesində müəyyən qaydalardan və üsullardan istifadə olunur. Qəbul edilmiş qərarın məzmunundan asılı olaraq, idarə olunan obyektə müxtəlif cür təsir göstərmək imkanı yaranır. Bununla əlaqədar olaraq, idərəetmə prosesinin məqsədyönlü təşkil olunması və bu zaman vaxtdan və mövcud resurslardan səmərəli istifadənin təmin edilməsi vacibdir.
Antiböhran idarəetmə mühitinin adi idarəetmə mühitindən fərqli olduğunu nəzərə alaraq, antiböhran idarəetmə texnologiyasında aşağıdakı xarakterik xüsusiyyətlərə diqqət yetirilməsi vacibdir:

  • Vaxtın çatışmaması faktoru;

  • İdarə olunma dərəcəsinin aşağı olması;

  • Maraqların toqquşması;

  • Qeyri-müəyyənlik və risklilik səviyyəsinin yüksək olması;

  • Problemlərin həm ziddiyyətli, həm də mürəkkəb olması;

  • Xarici mühitin təzyiqinin ciddi olması;

  • Rəqabət qabiliyyətinin aşağı düşməsi;

  • Dövlətin tənzimləyici rolunun və imkanlarının minimuma enməsi;

  • Hakimiyyət balansının pozulması;

  • Tələbatın minimuma düşməsi və s.

Antiböhran idarəetmə texnologiyası dedikdə, böhranın qabaqcadan müəyyən
edilməsinə, qarşısının alınmasına, mənfi təsirinin aradan qaldırılmasına yönəldilən tədbirlər kompleksinin həyata keçirilməsi ardıcıllığı başa düşülür. İdarəetmə qərarlarının hazırlanması proseslərinin və əməliyyatlarının hazırlan-ması proseslərinin və əməliyyatlarının hansı ardıcıllıqla, kombinasiyada və paralelliklə həyata keçirilməsinin müəyyən edilməsi vacibdir. Bundan ötrü analitik tədqiqat işlərinin və təşkilati tədbirlərin görülməsi lazımdır. Antiböhran idarəetmə texnologiyası idarə edilən obyektin, prosesin mahiyyətindən irəli gələn funksiyaların reallaşdırılmasına yönəldilən aktiv idarəetmə fəaliyyətidir.
Antiböhran idarəetmə texnologiyası müəyyən texnoloji ardıcıllığı əks etdirən texnoloji sxem əsasında həyata keçirilir. Antiböhran idarəetmə texno-logiyasının sxemi səkkiz blokdan ibarətdir. (Şəkil 13.1) Onlar böhranlı vəziyyətdən çıxmaq üçün həyata keçirilməsi vacib olan əməliyyatların yerinə yetirilməsi ardıcıllığını göstərir. Böhranlı vəziyyətdən çıxmağın optimal variantının texnoloji sxemində 1-ci blok antiböhranlı idarəetmənin təmin olunması üçün işçi qrupun yaradılmasını nəzərdə tutur. Qrupa daxil edilən müəssisələrin böhranlar nəzəriyyəsi, proqnozlaşdırma, idarəetmə qərarla-rının hazırlanması, idarəetmə sistemlərinin tədqiqi, makroiqtisadiyyat, mikro-iqtisadiyyat və s. haqqında biliklərə malik vacibdir. Onlar eyni zamanda, da böhranlı vəziyyətlərdə səmərəli idarəetmə metodologiyasına risklərin qiymət-ləndirilməsi üsullarını, personalın, texnologiyanın, informasiyanın idarə edil-məsi mexanizmlərini mənimsəməyi bacarmalıdır.
Texnoloji sxemin 2-ci bloku antiböhran idarəetmə tədbirlərinin vaxtında və məqsədyönlü həyata keçirilməsinin yoxlanmasını nəzərdə tutur.
3-cü blok. Antiböhran idarəetmə qərarlarının qəbul edilməsini nəzərdə tutur. Bu mərhələdə təşkilatda yaranmış vəziyyəti xarakterizə edən məlumat-ların toplanması, situasiyanın araşdırılması və təşkil olunması, böhranlı vəziy-yətdən çıxma yollarının müəyyən edilməsi, lazım olan resursların müəy-yən olunması, qoyulmuş məqsədə çatmaq imkanının yoxlanması və s. nəzərdə tutur.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin