Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


Mövzu 11: Müəssisənin və aktivlərin likvidliyinin mahiyyəti



Yüklə 399,8 Kb.
səhifə33/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   29   30   31   32   33   34   35   36   37
referat 3331

Mövzu 11: Müəssisənin və aktivlərin likvidliyinin mahiyyəti.
Müəssisələrin maliyyə dayanıqlığını xarakterizə edən indikatorlardan biri müəssiənin ödənc qabiliyyətidir. Dünya təcrübəsində ödənc qabiliyyəti dedikdə müəssisənin kreditorları qarşısında öz üzərinə götürdüyü qısamüddətli borc öhdəçiliklrəinin yerinə yetirilməsi üçün likvidli aktivlərinin kifayət qədər mövcud olması başa düşülür. Likvidli aktivlər elə aktivlərdir ki, maksimum qısa müddət ərzində onları pula( vəsaitə) çevirmək mümkün olur və yaxud onlar özü-özlüyündə ödənc vasitəsi rolunda çıxış edir. Ödənc qabiliyyətinin olmasının əsas əlamətini müəssisənin cari hesabında pul vəsaitinin kifayət qədər olması və vaxtı keçmiş kreditor borclarının olmaması təşkil edir. Beləliklə maliyyə dayanıqlığının başlıca əlaməti müəssisənin xalis likvidli aktivlərinin mövcud olmasıdır. Xalis likvidli aktivlər müəssisənin bütün likvidli aktivləri ilə bütün qısamüddətli borc öhdəçilikləri arasındakı fərqlə müəyyən olunur. Ödənc vəsaitlərinin məbləği qısamüddətli borc öhdəçi-liklərinin məbləğindən çox olduqda müəssisə ödənc qabiliyyətli hesab olunur. Bunun əksi müəssisənin ödənc qabiliyyətinin olmadığını göstərir.
Ödənc vasitələrinə kassada, hesablaşma hesabında olan pul vəsaitləri, qısa müddət ərzində pula çevrilə bilən qısamüddətli qiymətli kağızlar aid edilir. Müəssisənin kassasında, bankdakı hesablarında pul vəsaitlərinin olmaması, banklar, malgöndərələr qarşısında, işçilərə əmək haqqı üzrə öhdəçiliklərini vaxtında yerinə yetirə bilməməsi müəssisənin ödənc qabiliyyətinin olmamasını göstərən əlamətlərdir.
Likvidlik geniş mənada müəssisənin aktivlərinin müəyyən şəraitdə nəğd pula çevrilməsi imkanını göstərərək onun normal istehsal-təsərrüfat fəaliyyəti-nin təmin olunması üçün lazımi qədər pul vəsaitlərinə malik olmasıni xarak-terizə edir.
Likvidli aktivlər dedikdə kreditorlar qarşısında müəssisənin öz üzərinə götürdüyü borc öhdəçiliklərinin vaxtında yerinə yetirilməsi üçün mobil ödənc vəsaitlərinin mövcud olması başa düşülür.
Aktivlərin likvidlik dərəcəsi onların nəğd pul vəsaitlərinə çevrilməsi üçün lazım olan vaxtın müddəti ilə müəyyən olunur. Likvidlik aktivlərin satılması üçün tələb olunan vaxt kimi baxıla bilər.
Müəssisənin likvidliyi onun daxili və xarici mənbələrdən operativ qaydada ödənc vasitələrinin axtarıb tapması və borc öhdəçiliklərini yerinə yetirə bil-məsi imkanı ilə xarakterizə olunur.
Aktivlərin likvidliyi müəssisənin ödənc qabiliyyətinin əlamətləridir. Deməli bu anlayışların mahiyyəti eyni deyildir. Balansın likvidliyi müəssisənin öhdə-çiliklərinin dövriyyə vəsaitləri hesabına vaxtın yerinə yetirilməsi üçün vəsaitlərinin mövcud olması dərəcəsilə ifadə olunur. Onun likvidliyi müəssisə-nin dövriyyə aktivlərinin qısamüddətli borc öhdəçiliklərindən çox olması ilə təyin olunur.
Aktivlərin likvidliyi müəyyən şəraitdə müəssisənin öhdəçiliklərinin yerinə yetirilməsi üçün onların nəğd pul vəsaitlərinə tranformasiya olunması imkanı ilə müəyyən olunur.
Aktivlərin likvidliyi – balansın likvidliyi – müəssisənin likvidliyi – müəssisənin ödənc qabiliyyəti anlayışları (göstəriciləri) arasında sıx əlaqə mövcuddur.
Müəssisənin likvidlik səviyyəsinin təhlil edilməsi zamanı onun cari aktivləri ilə cari paasivlərini müqayisəli təhlil etmək lazımdır.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin