Tv-də kadrlar



Yüklə 26,26 Kb.
səhifə1/5
tarix09.06.2023
ölçüsü26,26 Kb.
#127786
  1   2   3   4   5
Lecture 14.az


TV-də kadrlar
Televiziyada müxtəlif kadrlardan istifadə olunur. Hər kadrın özünəməxsusluğu, konkret məqsəd və vəzifəsi var. Onlardan istifadə zamanı da məhz həmin özəlliklər nəzərə alınır və reportajın görüntü baxımından daha aydın qavranılmasında hər kadrın imkanları ayrıca təhlil olunur, qiymətləndirilir. Montaj zamanı səhvlərə yol verməmək və daha uğurlu süjet ortaya qoymaq üçün reportyor da kadrlar barədə məlumatlı olmalı, hadisə yerində çəkilmiş görüntülərdən savadlı, məntiqli eyni zamanda televiziyanın əsas prinsiplərini pozmamaq şərtilə istifadə etməlidir.
Köklənmə planı – televiziyada ən çox istifadə olunan plandır. Buna həmçinin ümumi, statik, rus dilində isə “общий” plan da deyilir. Köklənmə planı məkanın genişliyini tamaşaçıya göstərməklə yanaşı, hadisənin harada baş verdiyini, olay yerində ayrı-ayrı detallar arasında qarşılıqlı əlaqə və bağlılığı ortaya qoyur. Bütün bunlar isə hadisənin miqyası barədə geniş təəssürat yaradır. Bu planda vacib olan məqam məkanı imkan daxilində daha geniş diapazonda
götürməkdir. Odur ki, köklənmə planı adətən genişbucaqlı obyektivlə çəkilir və hadisə yerinə gələn teleoperator daha uğulu köklənmə kadrı tutmaq üçün hündür yer axtarır. Bu plan montaj zamanı da kifayət qədər əlverişlidir.
Belə ki, köklənmə planı kameranın xırda əsmələrini, teleoperatorun çəkiliş zamanı yol verdiyi xırda səhvləri göstərmir. Montajda isə köklənmə planı digər kadrlardan fəqrli olaraq ən çox halda 4 saniyə müddətində verilə bilər. Buna səbəb köklənmə planının iri və ya orta plandan fərqli olaraq daha çox informasiya daşımasıdır. Tamaşaçı köklənmə planında yer alan bütün detalları görmək istəyir. Odur ki, 2 yaxud 3 saniyəlik köklənmə planında bütün informasiyanı və ya detalları görmək sadəcə olaraq mümkün deyil. Məhz bu üzdən də teleoperator köklənmə planlarını 10-15 saniyədən az olmayaraq çəkməlidir. Köklənmə planın uzun çəkilməsinin daha bir səbəbi var. Reportyor son sözünü, həmçinin süjetdə əməyi olan insanların adını, soyadını, həmçinin çalışdığı telekanalın adını məhz köklənmə planının üzərində deyir. Bu isə kadrın bir qədər uzun çəkilməsini tələb edir. Əks halda, montajçı sonuncu kadrı televiziya dili ilə
desək, stopa atmalı olur ki, bu da arzuolunmaz haldır.
Köklənmə planı hadisə barədə ümumi təəssürat yaratdığından materialın məhz bu planla başlaması və bu planla da bitməsi daha məqsədəuyğundur. Lakin bu planın müsbət cəhətləri ilə yanaşı, mənfi tərəfləri də mövcuddur:
- Çox zaman məkan amili köklənmə planını çəkməyə imkan vermir və teleoperator hündür nöqtə tapmaqda, hadisə yerinin ümumi planını götürməkdə ciddi çətinliklərlə qarşılaşır;
- Köklənmə planında hadisə yerindən çəkilən informativ görüntülər eyni anda əks olunduğundan tamaşaçını tez yorur. Odur ki, bir süjetdə maksimum 3, yaxud 4 köklənmə planı verməyiniz
məsləhətdir;
- Köklənmə planı hər hansı detalı ayrıca deyil, digər obyektlərin fonunda verir. Bəli, bu zaman tamaşaçı həmin detalın digər obyektlərlə qarşılıqlı əlaqəsini və bağlılığını görür, lakin onun üçün
daha vacib olan hər hansı məqamı aydın görmək imkanından məhrum olur. Başqa sözlə, statik kadr bütün detalları əhatə etsə də, onların heç birini aydın göstərə bilmir;
- Köklənmə planının çəkilməsi daha çox vaxt aparır. Teleoperatorun statik plan üçün konkret nöqtə seçməsi, daha sonra kameranı quraşdıraraq 10-15 saniyə görüntü götürməsi, bu zaman daha çox detal tutmağa çalışması ən azı 4-5 dəqiqə vaxt aparır ki, bu da digər planların çəkilişi ilə müqayisədə bir qədər çoxdur;
Lakin qeyd olunan bütün mənfi keyfiyyətlərə baxmayaraq, hadisə yerində olan reportyor və teleoperator köklənmə planı çəkməyə sadəcə olaraq məcburdur. Əks halda uğurlu süjetdən və ya reportajdan danışmaq olmaz.

Yüklə 26,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin